Anri Fransua Renye
Anri Fransua Renye | |||
![]() | |||
Tam adı | Henri-Fransua-Jozef de Regnier | ||
Doğum tarixi | 28 dekabr 1864 | ||
Doğum yeri | Honflyor, Kalvados depqrtamenti (Fransa) | ||
Vəfat tarixi | 28 dekabr 1864 | ||
Vəfat yeri | Paris | ||
Dəfn yeri | Per-Laşez qəbiristanlığı, Grave of Régnier | ||
|
Anri Fransua Renye (tam adı: Henri-Fransua-Jozef de Regnier) - (Honflyor, Kalvados depqrtamenti (Fransa) - 28 dekabr 1864 - Paris, 23 may 1936) — Fransız şairi və yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Atalar sözündə deyildiyi kimi , danışmazdan əvvəl dili yeddi dəfə çevirib, sonra susmaq lazımdır.
C[redaktə]
- Cümlə qurmaq bəzən, anlamaq isə həmişə zövq verir.
D[redaktə]
- Dostluqdan olan məyusluğu laqeydliklə, sevgidən olan məyusluğu isə unutmaqla müalicə etmək olar.
Ə[redaktə]
- Ən çox sevilən qadın həmişə ən çox sevilmək istəyən qadın deyil.
- Əvvəlcə üç dəfə fikirləş, sonra sus. [1]
X[redaktə]
- Xoşbəxtlik əli boş gəzən, dünyaya təvazökar gözlərlə baxan Allahdır.
- Xoşbəxtlik göz qamaşdırdığı üçün korluğa səbəb olur.
K[redaktə]
- Kədər bizi əhatə edir; kədər içimizə nüfuz edir.
Q[redaktə]
- Qadınlar özləri üçün kəşf etdikləri hər şeyi gizli saxlayırlar, lakin başqalarından öyrəndikləri şeylərə daha az fikir verirlər.
- Qadınlar ümumiyyətlə yalnız onları güldürən kişiləri xatırlayır, kişilər isə yalnız ağlayan qadınları xatırlayırlar.
M[redaktə]
- Musiqi təbiətin səslərindən və ruhun ah-naləsindən ibarətdir.
N[redaktə]
- Necə cavab verəcəyini bilməkdənsə, necə dinləməyi bilmək daha yaxşıdır.
S[redaktə]
- Sevgi davam etdiyi müddətcə əbədidir.
- Sevgidə sədaqət ehtirasın zəifliyindən başqa bir şey deyil.
- Sevgidə təcrübə sayılmaz: əgər belə olsaydı, insanlar aşiq olmazdı.
- Sevginin ilk saatları qarda atılan ilk addımlar kimidir.
T[redaktə]
- Təcrübə sevgidə mövcud deyil, çünki belə bir vəziyyətdə insan artıq sevməz.
- Tənhalıq faydalıdır: bəzən özümüzdən başqa heç kimlə danışmaq istəmirik.
- Tənhalıq içimizdə ölənlərin məzarıdır.
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.404.