Cümlə
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Başqalarının ağlı ilə cümlə qura bilməzsiniz; amma başqalarının cümlələri ilə ağıllı görünə bilərsiniz.. Oldos Haksli
- Bir xanımın ağzından “nə istəyirsən elə” cümləsi çıxırsa, əslində o, “onsuzda burnundan bir-bir gətirəcəyəm” demək istəyir. Cemal Safi
- Sən artıq başqasının sevgilisisən. Bu cümləni qurmamaq üçün ölmək belə istərdim. Cezmi Ərsöz
C
[redaktə]- Canlı və mənalı danışmağı xalqdan öyrənmək lazımdır. Xalq heç vaxt elə söz deməz ki, boğaza ilişib qalsın. Dil gözəlliyinin isə ən vacib tələblərindən biri budur ki, söz, cümlə, ifadə dili rahat gəlsin, ağızda fırlanmasın, musiqidə də belədir. Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək nəticəsində mən Koroğlunu yazdım. Üzeyir Hacıbəyli
E
[redaktə]- Elmdir cümlə sənətin dəyəri, Elmsiz sənətin nədir səməri? Abbas Səhhət
D
[redaktə]- Dərslik yazmaq hər cümlənin müzakirəsini tələb edir. Qara Namazov
- Dünyanın ən uzun məsafəsi 2 smdir. (Ayaklarını divara söykəyib özünü "əmmə" səylərində həmişə 2 smlik maneəyə ilişdikdən sonra sərf etdiyi cümlə) Çarlz Bukovski
Ə
[redaktə]- Əgər natiqin gözəl tərtib etdiyi sözlərin yerini dəyişsən, bütün cümlənin mənası pozulacaq. Sözlər eyni qalmaq şərtilə sözlərin yerini azacıq da olsa dəyişsəniz, bütün fikir məna bildirməyən lazımsız söz yığınından ibarət olur. Mark Tulli Siseron
M
[redaktə]- Mənim səsləndirdiyim hər bir cümləyə təsdiq kimi yox, sual kimi baxılmalıdır. Nils Bor
N
[redaktə]- Nə qədər silirsən sil, ya dəftərin cırılar, ya da cümlələrin izi qalar. Əlif Şəfəq
Ö
[redaktə]- Özümüzə tez-tez bu cümləni xatırlatmaq yaxşı olardı: “Mən bunu dəyişə bilmirəm, geri qalan bundan özüm üçün fayda götürməkdir”. Artur Şopenhauer
S
[redaktə]- "Səni sevirəm” dən daha özəl bir cümlə var. “Sənə güvənirəm”. Çünki hər kəs hamını sevə bilir, amma hamıya güvənə bilmir. Camal Sürəya
T
[redaktə]- "Tarix boyu ən çox əziyyət çəkmiş insanlar – qadınlardır” cümləsi zehnimdə həkk olundu. Mənim payım
- Tək peşmanlığım sözlərimə belə layiq olmayan insanlara, saatlarla cümlələr qurmağımdır. İlhan Bərk
Y
[redaktə]- Yalnız tək bir cümlə. Ondan sonrasını mən tamamlayaram. Anamı qatardan necə ata bilərəm? (film, 1987)
- Yazmayan adamların başa düşmədiyi bircə şey var. Onlar elə bilirlər ki, biz qurduğumuz cümlələri şüurlu şəkildə yazırıq. Əslində isə bunu şüursuz edirik. Zarafat edərkən də əvvəldən düşünüb etmirəm. Eləcə zarafat edirəm və nə dediyimin həmin an fərqinə varıram. Sonra da gülürəm. Çünki bunu elə mən də birinci dəfədir eşidirəm özümdən. Vudi Allen
- Yeni cümlə başlamaq üçün əvvəl nöqtə qoymaq lazımdır. Əbu Turxan