Məyus
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adi insanların tarixi yoxdur : indiki anda məyus olanlar , keçmişin xatirəsini qorumağı düşünə bilməzlər. Anri Dünan
B
[redaktə]- Biz Allahdan xoşbəxt olmağımızı istədiyi üçün bunu edirik, bu mübarizədir və vaxtı yaxşı olmadıqda huşunu itirmə. Kəşmirlilər sizə baxdıqları üçün məyus olmayın, Pakistan xalqı onların yanında olduqda Kəşmirilər qalib gələcəklər. İmran Xan
Ç
[redaktə]- Çox adam dostlarının uğursuzluğuna məyus olur, ancaq az adam onların uğuruna həqiqətən sevinir. Oskar Uayld
D
[redaktə]- Dostum, sevdiyin hər şey səni məyus edib: sonda məyusluq sənin vərdişin olub və sənin “həqiqətə” sevgi adlandırdığın sonuncu sevgin elə məyusluğa sevginin özüdür. Fridrix Nitsşe
E
[redaktə]- Elə bir dövrdə yaşayırıq ki, fikirlər şikəst, şəxsiyyətlər satılmış, vəfalılar tənha, əxlaqlılar guşənişin, cavanlar ya məyus, ya satılmış, ya da azğın, keçmişdəkilər, keçmiş böyüklər ya şəhid, ya da satılmışlar. Elə bir əsrdir ki, artıq kütlələr arasında heç bir avaz, heç bir səs yüksəlmir, qələmlər qırılıb, dillər kəsilib, dodaqlar tikilib və bütün həqiqət qalaları sadiq ardıcıllarının başına uçurulub. Əli Şəriəti
- Evlilik sevgi və ya dostluğa qadir olmayan, nə sevgidə, nə də dostluqda heç bir təcrübəsi olmayan və bu çatışmazlıq barədə özlərini və başqalarını aldatmaq istəyən insanlar üçün doğru görünə bilər və onlar bu evlilikdən məyus ola bilmirlər. Fridrix Nitsşe
Ə
[redaktə]- Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və fəlakətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürurlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
- Əgər xeyirxah insanlar öz müdrikliyini rəhbər tutaraq məni arxa planda saxlamağı lazım bilsələr, deməli, belə lazımdır. Mən bu barədə məyus olmaq üçün məyusluqla çox yaxşı tanışam. Avraam Linkoln
- Əgər sənin hərəkətin kimisə məyus edirsə, bu o demək deyil ki, o pisdir. Anton Çexov
H
[redaktə]- Həsəd qədər insanların xoşbəxtliyinə zərər verəcək qüsurdan başqa bir qüsur yoxdur. Çünki, ona yoluxanlar nəinki özlərini məyus edir, eləcə də başqalarının sevincini korlayırlar. Rene Dekart
- Hökmdar tənbəl, boş danışan, axmaq, qəddar, pis, inadkar, məyus və laqeyd bir qulunu qovmalıdır. Çanakya/Hökmdar
- Hörmətli oğul, bu, öz xəstəliyi ilə ata-anasını məyus edən övladdır. Konfutsi
Q
[redaktə]- Qoyun hakimlər ədalət məhkəməsində məyus olsunlar — onda, onların qərarları daha dəqiq olacaq. Qoyun generallar qələbədən məyus olsunlar — onda, qətl rüsvayçılıq sayılacaq. Qoyun keşişlər inancdan məyus olsunlar — onda onların inancı daha səmimi olacaq. Leonard Koen
M
[redaktə]- Mən tənhalığı sevmirəm. Sadəcə olaraq yersiz tanışlıqlara yol vermirəm… Yersiz olaraq bu insanlara görə məyus olmamaq üçün. Haruki Murakami
Ö
[redaktə]- Özünüz haqqında düşünərkən məyusluq hissindən qaçın. Özlərinə görə məyus olanlar ancaq axmaqlardır. Haruki Murakami
S
[redaktə]- Sevginin yoxluğundansa, yanılmaq və məyus olmaq daha yaxşıdır. Alla Puqaçova
- Sİz gözəl və əsrarəngiz bir şey edirsinizsə, lakin heç kəs buna diqqət yetirmirsə, məyus olmağa dəyməz. Günəşin çıxması dünyadakı ən gözəl mənzərədir, amma insanların əksəriyyəti bu an yuxuda olur. Con Lennon
Y
[redaktə]- Yaxınını məyus edənin özü də çətin ki, məyus edilməkdən qaça bilsin. Pifaqor
- Yaxşı adamlarla uşaqlar arasında ümumi cəhətlər var — onların heç birini məyus etmək olmaz. Uilyam Qoldinq