Unutmaq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağızınızdan çıxanlara daim fikir verin. Çünki bir sözü unutmaq bir üzü unutmaqdan çox daha uzun vaxt alır. Lui Araqon
B
[redaktə]- Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır. Fridrix Şiller
- Bil ki, geridə qoyduqların irəliləmənə mane olacaq. Unutma, irəli gedə bilmək üçün, arxadakıları unutmaq lazımdır. Adam Faver
- Bir gün səni unutmaq məcburiyyətində qalsam, eşqimin kiçikliyinə yox, çarəsizliyimin böyüklüyünə inan. Attila İlhan
- Borcu vermək olur, amma yaxşılığı ölənə kimi unutmaq olmur. İndoneziya atalar sözləri
D
[redaktə]- Dərindən sevmək özünü unutmaq deməkdir. Jan Jak Russo
Ə
[redaktə]- Əfv etmək və unutmaq yaxşı insanların intiqamıdır. Fridrix Şiller
X
[redaktə]- Xatırlamaq üçün bir yaddaşımız varkən, unutmaq üçün əlimizdə heç bir şeyin olmaması; Həyatın bizə etdiyi ən böyük kələyidir. Murathan Mungan
İ
[redaktə]- İki cür oxucu var: birincisi öyrənmək üçün, digəri isə unutmaq üçün oxuyur. Emil Moro
- İnsanlar söylədiklərinizi və etdiklərinizi unudar; amma onlara nə hiss etdirdiklərinizi əsla unutmazlar. Adam Faver
M
[redaktə]- Mənə xatırlama sənətini yox, unutma, sənətini öyrət. Çünki mən xatırlamaq istəmədiklərimi xatırlayıram və unutmaq istədiklərimi unuda bilmirəm. Femistokl
- "Məni unut" deyirsən. Bu mənə qeyri-mümkün görünür. Çünki, səni unutmaq üçün əvvəlcə səni xatırlamalıyam. Kiçik İsgəndər
U
[redaktə]- Unudansansa iki şeyi unut: kiməsə etdiyin yaxşılığı, kiminsə sənə etdiyi pisliyi. Həzrəti Əli
- Unutma ki, insanlar sənin istədiyin qədər həyatındadırlar. Görməməzlikdən gəldiyin qədər dürüst və onları istəmədiyin qədər axmaqdırlar. Paulo Koelyo
- Unutma; "Onu artıq unutdum" demək, bir dəfə də xatırlamaqdır əslində. Can Yücəl