Məzmuna keç

Ürək



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ailə mərhəmət yurdu, əxlaq məktəbi, millətin sinəsində vuran ürək və mənəviyyat qalasıdır. Füyuzat jurnalı
  • Ana şəfqət abidəsi, ata ədalət nümunəsi, ana sevgi qəhrəmanı, ata iftixar məqamı, ana şəfqət təlimçisi, ata iffət təlimçisi, ana qəlb, ata beyin, ana bağça, ata bağban, ana torpaq, ata su, ana günəş, ata isə nurdur. Ata və ana bir bədəndə bir ürək kimidir. Füyuzat jurnalı
  • Ata-ana bədəni, müəllim ürəyi yaradır. Monqol atalar sözləri
  • Bədən yorulsa da, kaş, ürək sevinsin. İndoneziya atalar sözləri
  • Bir proyekt ortaya çıxaranda başlanğıcda səhvlər edə bilərsiniz, əhəmiyyətli olan səhvlərinizi müdafiə etmək yerinə tez bir zamanda düzəldə bilməyə çalışmaqdır. Stiv Cobs
  • Bir ürəyi ələ gətirmək, min Kəbə ziyarətindən yaxşıdır. Nəsirəddin Tusi
  • Bu gün al şərab qədəhini başa çəkəndə düşün ki, sabah ürək qanını qusmalı olacaqsan. Arif Ərdəbili
  • Bütün pisliklər, bütün ərdəmlər ürəyimizdədir, sənin ürəyindədir, mənim ürəyimdədir. Hans Kristian Andersen
  • Cavanlığın sirri ürək açıqlığında, yavaş yemək və öz yaşını deməməkdədir. Lus Boll
  • Deyirlər ki: "əvvəllər delə deyildin artıq içinə bağlandın." "Dedim ki: "içindəkiylə kifayətlənən bu ürək artıq sizi nə etsin? Əziz Nesin
  • Ehtiras: bütün azad ürəklər üçün günahsız və sərbəst, yerin xoşbəxtlik bağı, bayram bolluğu və gələcəyin hədiyyəsidir.Fridrix Nitsşe
  • Elə bir sevəcəksən ki, ürəyindən kimsə ayıra bilməyəcək. Və elə birini sevəcəksən ki, səni gözləriylə belə aldatmayacaq. Can Yücəl
  • Eşq bir baxışla başlar, bi sözlə bitər. Sevmək mi? Həmişə ürək istər. Can Yücəl
  • Eşq bir qum saatı kimidir, ürək dolarkən, beyin boşalar. Aleksandr Puşkin
  • Ey Könül! İndi soruşuram səndən, hansı eşq daha böyükdür? Anlatılaraq dilə düşənmi, anlatmayıb ürək dələnmi? Şəms Təbrizi
  • Ən mənalı baxış, bir cüt yaş gözdə gizlidir. Çox şey izah edər; Çünki dil bağlanar, ürək danışar. Milan Kundera
  • Ən pisi o deyil ki, ürək qırılır, ürək qırılmaq üçün yaranıb. Ən pisi odur ki, ürək daşa çevrilsin. Oskar Uayld
  • Ən yaxşı xəzinə - ürək məhəbbətidir. Ərəb atalar sözləri
  • Fikir, mənfəətdən ayrı tutulduğu hər vaxt ürək ağrıdan bir müvəffəqiyyətsizliyə uğramışdır. Karl Marks
  • Gecələr gəzmək zəhərdir. Avaraçılıq hökmdar üçün zəhərdir. Ürəyini başqasına vermiş qadın kişi üçün zəhərdir, aşkar olunmayan xəstəlik orqanizm üçün zəhərdir. Çanakya/Hökmdar
  • Göl qamışsız olmaz, ürək qəmsiz. Başqırd atalar sözləri
  • Gözəl qadın gözə, yaxşı qadın isə ürəyə xoş görünür.Birincisi bərbəzək, ikincisi isə xəzinədir. Napoleon Bonapart
  • Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax
  • Həqiqət hakimi ürək yox, ağıldır. Gertsen
  • İstəsən güzgütək saf olsun ürək,

Sinəndən on şeyi atasan gərək:
Haram, qeybət, kin, paxıllıq, tamah,
Kibr, riya, həsəd, ədavət, kələk. Xaqani Şirvani

  • Mənim üçün böyük insan öz beyni ilə ürəyi arasında rabitə yaradan insandır. Napoleon Bonapart
  • Nə qədər baş varsa, o qədər düşüncə tərzi olduğuna görə, nə qədər ürək varsa, o qədər də sevmək tərzi var. Lev Tolstoy
  • Özümü sevəndən sonra anladım ki, ağılım məni təəsüfləndirə bilər və bundan xəstələnə bilərəm. Amma onu ürəyimlə birləşdirəndən sonra, mənim ağılım mənim dəyərli ortağıma çevrildi. Bu gün bilirəm ki, buna — Ürək müdrüklüyü deyilir. Çarli Çaplin
  • Paxıllıq ürək üçün zəhərdir. Volter
  • Pis adamın ürəyi dincələnəndə də dinclik bilməz. Xausa atalar sözləri
  • Poeziya dərdin anasıdır; hər bir əzab çəkən və ağlayan insan şairdir, hər damla göz yaşı şeirdir, hər bir ürək poemadır. Yohann Volfqanq Göte
  • Sevgiyə və ehtirasa açıq bir ürək qədər dünyada qiymətli bir şey yoxdur. Yohann Volfqanq Göte
  • Sevmək gözəl peşədir, amma çətindir. Can dözür dözməyinə, amma ürək getdi gedəcək. Camal Sürəya
  • Sevmək sevirəm demək deyil, ürəyində hiss etməkdir. Və eşq yanında olanı sevmək deyil, bəzən gəlməyəcək birini gözləməkdir. Can Yücəl
  • Sevmək ürək istər deyil, Hər ürək sevmək istər, yalnız sevdiyinə sonuna qədər sahib çıxa bilmək, cəsarət istəyər. Sunay Akın
  • Sədəqə vermək üçün var - dövlət yox, yumşaq ürək gərəkdir. Əfqan atalar sözləri
  • Və o zaman qırdığın bu ürək, indi qırır başqa ürəkləri! Eşqdə qazanmaq dedikləri itirməkdir bir çox şeyi... Murathan Mungan
  • Yaxşı oğul ata bağı, pis oğul ürək dağıdır. Tacik atalar sözləri
  • Yaramaz adamın ürəyi xoşbəxtlik anlarında bərk, bədbəxtlik anlarında yumşaqdır:ləyaqətli insanın ürəyi xoşbəxtlik anlarında yumşaq, fəlakət anlarında bərkdir. Çin atalar sözləri
  • Yatağında yatanda; Ürəyinin səsindən yata bilmirsənsə, anla ki, təksən... Əziz Nesin

İstinadlar

[redaktə]
  1. Həsənov, Ə. “Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı” - Məşhurla müsahibə: [Ənvər Həsənovla] //Üç nöqtə.- 2015.- 9 iyul.- S.5.