Maddi
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Atom fəaliyyətinin və radioaktivliyin iki mərhələsinin Günəş sistemindəki bütün atomların təkamülünü səciyyələndirdiyini görək, indi insan atomunda şüurun təkamülü zamanı gözlənilən müxtəlif inkişafların nə olduğunu görək. Mən diqqətimizi bu insan şüuruna yönəltmək istərdim, çünki o, Günəş sistemindəki mərkəzi təkamüldür. İlahi həyatın üç aspekti - məskunlaşan həyat və ya ruh, maddi forma və ya əsas vasitə və ağıllı fəaliyyət amili bir araya gətirildikdə, müəyyən konkret nəticələr əldə ediləcəkdir. Alisa Beyli
B[redaktə]
- Bir çox hallarda İsa küçədə yaşayan şəxs kimi idi. Onun nə evi, nə də ki, maddi imkanı var idi. Buna baxmayaraq O, həyatları və heç kimin etmədiyindən daha çox tarixin axınını dəyişib. Buna görə də Müqəddəs Kitabı din haqqında yox amma İsa Məsih haqqında öyrənmək üçün oxumağa davam etdim. Bütün İncil boyu Məsih, peyğəmbər ya da ki, yaxşı tərbiyəli olduğunu yox Allah olduğunu iddia edir. Heç bir tərifə layiq adam belə iddia etməmişdir. Əgər həqiqətən O yerdə olan Allah idisə, mən bununla razılaşmalı idim. Kevin Cenkins
- Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda [[sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
X[redaktə]
- Xoşbəxtlik maddi sevinclərdən ibarət olsaydı, çayıra qaçan öküzləri xoşbəxt saymaq lazım idi. Heraklit
İ[redaktə]
- İnsanlar maddi istehlakla məşğul olduqlarından, öz əsas mahiyyətlərini unudublar. Maddi olan hər şey insanı depressiyaya salır. Erix Fromm
- İş insanı həm maddi, həm də mənəvi cəhətdən təmin edir. Henri Ford
M[redaktə]
- Maddi dövlətin yanmaq, batmaq, yazıların çevrilişi, ədədlərin gərdişinə məruz qalmaq, qarət edilib oğurlanmaq qorxusu olduğu halda, mənəvi (əsl) dövlət olan hikmətin xərclənməkdən, müsadirə edilməkdən, bəlaların enməsindən, ünsürlərin hiddətlənməsindən qorxusu olmaz. Nəsirəddin Tusi
- Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. Volter
- Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar. İlham Əliyev
- Mənəvi dəyər maddi meyarla ölçülə bilməz. Əbu Turxan
- Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar. Əbu Turxan
N[redaktə]
- Nikah nəinki mənəvi ittifaq, həm də maddi bünövrədir. Vasili Suxomlinski
Ş[redaktə]
- Şair müvəffəqiyyətli olmaq üçün, əsərlərində maddi həyatı işıqlandırmaq məcburiyyətindədir. Nazim Hikmət