Heraklit
Jump to navigation
Jump to search
Efesli Herklit - (e.ə. 544-483) — Sokratdan əvvəlki qədim yunan filosofu. Onun 120-yə yaxın etibarlı sitat saxlanılan yeganə əsəri “Təbiət haqqında” əsəridir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bir çaya iki dəfə girmək olmaz.
Ç[redaktə]
- Çox məlumatlı olmağın ağıllı olduğunu göstərməz.
D[redaktə]
- Dəyişməyən tək şey, dəyişiklikdir.
E[redaktə]
- Ehtiraslarla savaşmaq çətindir, çünki qarşılığını ruhlarla ödəyirsən.
Ə[redaktə]
- Ədalətsizliyin qarşısını yanğından daha tez almalıyıq.
- Əgər ədalətin özü olmasaydı insanların ədalətin adını bilməzdi.
- Ən gözəl harmoniya fərqliliklərdən yaranır.
G[redaktə]
- Görünməyənlərin əlaqələri görünənlərdən daha güclüdür.
- Gözlənilməz olanı gözləmədikcə, onu tapa bilməyəcəksən.
- Gözlər qulaqlardan daha dəqiq şahiddir.
H[redaktə]
- Haqq anlayışını haqsızlıq anlayışı olmasaydı bilə bilməzdik.
- Hər şey axır, hər şey dəyişir.
X[redaktə]
- Xalq qanunları, öz qalası kimi, qoruyucu divarı kimi müdafiə etməlidir.
- Xəstəlik-sağlamlığın, şər xeyirin, aclıq toxluğun, yorğunluq istirahətin ləzzətini bildirir.
- Xoşbəxtlik bədən həzzlərindən ibarət idisə, yeməyə noxud tapanda öküzləri xoşbəxt adlandırmalıyıq.
- Xoşbəxtlik maddi sevinclərdən ibarət olsaydı, çayıra qaçan öküzləri xoşbəxt saymaq lazım idi.
İ[redaktə]
- İki dəfə bir axara girmək olmaz.[1]
- İnsan azadlığı hər bir nemətdən yüksəkdir.
- İnsan həyatı ilə ölür, ölümü ilə yaşayır.
- İnsanın xarakteri onun taleyidir.
- İnsanların xarakterləri onların qədərləridir və insanlar layiq olduqları həyatları yaşayarlar.
M[redaktə]
- Müdrik, bilikli olmaq üçün gözü və qulağı açmaq kifayət deyil, dərin ağıl lazımdır.
- Müharibə azad olmağa layiq olanları azadlığa çıxarır, kölə olmağa layiq olanları isə kölə edir. Müharibə hər şeyin ağası, hər şeyin şahıdır.
Ö[redaktə]
- Özbaşınalığın qarşısını yanğından daha tez almaq lazımdır.
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
İstinadlar[redaktə]
- ↑ Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı,2016. səh.23