Məzmuna keç

Beyin



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ana şəfqət abidəsi, ata ədalət nümunəsi, ana sevgi qəhrəmanı, ata iftixar məqamı, ana şəfqət təlimçisi, ata iffət təlimçisi, ana qəlb, ata beyin, ana bağça, ata bağban, ana torpaq, ata su, ana günəş, ata isə nurdur. Ata və ana bir bədəndə bir ürək kimidir. Füyuzat jurnalı
  • Ardıcıl olaraq üç futbol oyunu izləyən adam beyin ölüsü sayılmalıdır. Erma Bombek
  • Beyin, düşündüyümüzü düşünmə aparatıdır. Ambroz Birs
  • Beyin fikirləşəndə dil istirahət edər. Rus atalar sözləri
  • Beyin hüceyrələri keçici, yağ hüceyrələri isə həmişə sizinlədir. İngilis atalar sözləri
  • Beyin qızanda ağıl itər. Alman atalar sözləri
  • Beyin, mənim ikinci favorit orqanımdır. Vudi Allen
  • Beyin üçün ən gözəl təlim işıqlı zəka sahiblərinin fikirlərinin öyrənilməsidir. İohann Herder
  • Bilavasitə dərk edilən, dərinin hüdudları və ya daha dəqiq serebral əsəb sistemindən çıxan ən qıraq sonluqlarla ilə məhdudlaşır. Bu hüdudların kənarında yerləşən dünya barədə yalnız bizim beynimizdə əks olunan simalar vasitəsilə bilirik. Sual ondadır ki, bu simalar bizdən asılı olmayan mövcud dünyaya uyğun gəlirmi və nə qədər uyğun gəlir. Artur Şopenhauer
  • Əmmaməyə güvənən bir başın içərisində zərrə qədər beyin olmaz. Əhvədi
  • Əsl işıqlı, xoşbəxt həyat sürmək üçün gərək çox biləsən, çox fikirləşəsən, beyin və əl ilə işləməyi öyrənəsən. Nadejda Krupskaya
  • İnsan beyni doğulduğunuz andan etibarən işləyər və bir birlik qarşısında danışana qədər dayanmaz. Ser Corc Jessel
  • Kişiləri bütövlükdə ruhları, qadınları isə bədənləri ifadə edir. Ancaq beyin kimdədir, onu bilmirəm. Yəqin ki, Allahdadır. Con Apdayk
  • Tələskən beyin şeytanın emalatxanasıdır. Con Bunyan
  • Tənbəl bir beyin - şeytanın iş otağıdır. Samuel Smayls
  • Unutma, beyin bir qul olaraq yaxşı quldur. Sənin çox işinə yarayır. Amma sahibkar olaraq çox təhlükəlidir və bütün həyatını zəhərləyər. Oşo
  • Yaxşı işləyən bir beyin, bir imperatorluğa sahib deməkdir. Seneka

İstinadlar

[redaktə]