Doğru
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı könlünə danışar, doğru bildiyini söylər, axmaq dilinə gələni söylər, düşünməz ki, bu nə məna daşıyır. Əli
- Allah o kişiyə rəhmət etsin ki, hökmü eşidər, eşidib seçər, doğru yola çağırılarsa, yaxınlaşar, bir başçının kəmərindən yapışıb canını qurtarar və Rəbbinin əmrini gözlər, Ona qarşı günah işlətməkdən qorxar, özü doğru və yaxşı işlərə qurşanar, aza qane olub gərəksiz şeylərdən çəkinər. Oxu atıb hədəfi vurar, əvəzini əldə edər. Öz arzusuna qarşı durmağı bacarar; səbr edər; çəkinməyi ölüm günü üçün hazırlar; açıq və bəlli yola at sürər; açıq-aydın dəlilə inanar; fürsəti qənimət bilər; əcələ hazırlanar; qulluğunu özü üçün az hesab edər. Əli
B
[redaktə]- Başına qılınc da çalsalar, doğru danış. Özbək atalar sözləri
- Başqasının doğru yolu ilə getməkdənsə, özünün yalnış yolunla get. Fyodor Dostoyevski
- Belə bir qəribə fakt mövcuddur: bizim üçün çox əhəmiyyətli ola biləcək, Kainatın sirrlərini açmağa köməyi dəyəcək və həyatın verdiyi dərdlərin öhdəsindən gəlməyimizi təmin edəcək biliklər mədəni dəyərlərimizin arxa plana atdığı biliklərin arasında ön sıralardadır. Bunlar digərlərinə nisbətən doğruluğu ən az isbatlanmış biliklərdir. Ziqmund Freyd
- Bir insan səhər doğru yolda isə, axşam saatlarında da elə qalacaq və bundan peşman olmayacaq. Konfutsi
D
[redaktə]- Doğru danışanın papağı yirtıq olar. Azərbaycan atalar sözləri/D
- Doğru elə bilər ki, hamı doğrudur. Azərbaycan atalar sözləri/D
- Doğru olan şeyi görmək, lakin bunu etməmək cəsarətsizlikdir. Konfutsi
- Doğru söz acı olar. Azərbaycan atalar sözləri/D
- Doğru söz dəmiri dələr. Azərbaycan atalar sözləri/D
- Doğru sözdən xəta gəlməz. Azərbaycan atalar sözləri/D
- Doğru və ya yanlış olmasından asılı olmayaraq bəzən nəsə bir şey sındırmaq insanı çox məmnun edir. Fyodor Dostoyevski
- Doğru yalanı qovar. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
- Doğrudan da, dünya ağıllılar yanında kölgəyə bənzər: bir də baxırsan, uzanır deyərkən, qısalmağa başlar. Bir də görürsən, uzanır deyərkən yoxa çıxar. Əli
- Doğrudan da var-dövlət və övlad dünya əkinidir, dünya qazancıdır. Yaxşı əməllər isə axirət əkini, axirət qazancıdır. Allah bəzi insanlara hər ikisini verir. Əli
- Doğruluqla dost qapısın dolan gəl öz evin kimi. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
- Doğruya zaval yoxdur, çəksələr min divana. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
E
[redaktə]- Eninə-uzununa və bilə-bilə yalan söyləyən, həyatdakı mövqelərinə görə yalan danışmaqları təhlükəli və qorxulu yalanlarla yaşayan insanlar (yalan danışmaq imkanı olmayan adamlar) həqiqətə qarşı fövqəladə dərəcədə həssas olurlar: idealistlər və xeyirxah görünmək istəyən adamlar öz istək və həvəsləri ilə daim bir duman içində yaşayır, əsl həqiqətdə heç vaxt doğru olanı söyləyə bilmirlər: onların “zövqü” buna imkan vermir. Fridrix Nitsşe
M
[redaktə]- Min yalan bir doğruya dəyməz. Qətran Təbrizi
H
[redaktə]- Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
İ
[redaktə]- İşin mənəvi dəyəri ondan ibarətdir ki, o, digər insanlardan daha yüksək mənbədən gəlir. O mənbə cəmiyyətdir; millətdir. Əslində, əxlaq yalnız ictimai, milli, özəl fərdlərdən ayrı və yuxarıda ola bilər. Millətin ictimai asayişi və əmin-amanlığı, rifahı, xoşbəxtliyi, gələcəkdə təhlükəsizliyi və məsumluğu, sivilizasiyanın tərəqqisi naminə maraq, zəhmət və fədakarlıq tələb edəndə canından keçməyi tələb edən milli mənəviyyatdır. Kamil xalqda milli əxlaqın tələbləri, demək olar ki, o xalqın insanları tərəfindən mühakimə olunmadan, vicdanlı və emosional motivlə irəli sürülür. Bu, ən böyük milli hissdir, milli həyəcandır. Millət anaları, millət ataları, millət müəllimləri və millət ağsaqqalları; Onların evdə, məktəbdə, orduda, fabrikdə, hər yerdə və hər işdə millətin övladlarına, millətin hər bir üzvünə yorulmadan və davamlı olaraq verəcəkləri milli tərbiyənin məqsədi, bu yüksək milli hissi gücləndirir. Əxlaqın milli-ictimai olduğunu söyləmək və onun ümmət vicdanının ifadəsi olduğunu söyləmək həm də əxlaqın müqəddəs atributunu tanımaqdır. Əxlaq müqəddəsdir; çünki onun bərabər dəyəri yoxdur və heç bir başqa cür dəyərlə ölçülə bilməz. Əxlaq müqəddəsdir; çünki ən böyük əxlaqi vicdanı olan cinayətkar üçün prioritetdir. Həmin cinayəti törədən cəmiyyət tək və təkdir. Başqa cinayətkar yoxdur. İlahiyyatda hətta məcazi mənada düşünülmüş cəmiyyət də gizlidir. Çünki vicdanımıza təsir edən mənəvi həyat, cəmiyyət üzvləri arasında əməl və təriflərdən ibarətdir. Həqiqi, doğru bir cəmiyyət sıx bir intellektual və əxlaqi fəaliyyətdir. Mustafa Kamal Atatürk
O
[redaktə]- Olum - ölümə doğru gedən yoldur. Xausa atalar sözləri
Ö
[redaktə]- Özümü sevəndən sonra, nəyin, necə, harda və kiminlə baş verməsindən asılı olmayaraq, doğru şey etdiyimi, doğru yerdə, doğru insanla olduğumu anladım. Bu gün bilirəm ki, buna — Özgüvən deyilir. Çarli Çaplin