Xeyirxah
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı olub bədxah olmaqdansa, ağılsız olub xeyirxah olmaq yaxşıdır. Lak atalar sözləri
B
[redaktə]- Başqa millətə nifrətlə və ya xeyirxah hisslərlə yanaşan millət müəyyən mənada kölədir. Bu cür millət öz düşmənçiliyinin, yaxud xeyirxah hisslərinin əsiridir. Milləti öz vəzifəsindən və maraqlarından uzaqlaşdırmaq üçün bu hisslərin biri də kifayətdir. Corc Vaşinqton
- Bir xeyirxah işi o biri xeyirxah işlə elə yanaşı qoymaq lazımdır ki, onlar arasında heç bir boşluq yaranmasın. Mən bunu həzz almaq adlandırıram. Mark Avreli
E
[redaktə]- Eninə-uzununa və bilə-bilə yalan söyləyən, həyatdakı mövqelərinə görə yalan danışmaqları təhlükəli və qorxulu yalanlarla yaşayan insanlar (yalan danışmaq imkanı olmayan adamlar) həqiqətə qarşı fövqəladə dərəcədə həssas olurlar: idealistlər və xeyirxah görünmək istəyən adamlar öz istək və həvəsləri ilə daim bir duman içində yaşayır, əsl həqiqətdə heç vaxt doğru olanı söyləyə bilmirlər: onların “zövqü” buna imkan vermir. Fridrix Nitsşe
Ə
[redaktə]- Əgər insan gün ərzində bircə xeyirxah söz eşidib, bir xeyirxah hərəkətə rast gəlib, bir xeyirxah iş görübsə, deməli, həmin günü əbəs yaşamayıb. Çin atalar sözləri
- Əgər şərəf və məhəbbətlə yaşamaq üçün canlı və xeyirxah iradə yoxdursa, heç bir elmlə cəmiyyət qurmaq olmaz. Fyodor Dostoyevski
- Əməlinin ədalətli, xarakterinin xeyirxah olmasından razı qalan ləyaqətli insanın həyatınının sənə uyğun gəlib-gəlmədiyini yoxla. Mark Avreli
- Əsl nəzakət insanlara xeyirxah münasibətdən ibarətdir. Jan Jak Russo
X
[redaktə]- Xeyirxah arzu pis icranı da bağışlayır. Uilyam Şekspir
- Xeyirxah bir insan özünü yetişdirərkən başqalarını da yetişdirmək istər. Öz bilgisini genişləndirərkən başqalarının bilgisini də inkişaf etdirməyə çalışar. Konfutsi
- Xeyirxah bir üz qapalı qapının açarıdır. Tacik atalar sözləri
- Xeyirxah insan başqalarına yaxşılıq edə bilər, lakin başqalarının xeyirxah olmasına səbəb ola bilməz. Şan Yan
- Xeyirxah insan itdən də utanır. Anton Çexov
- Xeyirxah mərd və sarsılmaz olar. Konfutsi
- Xeyirxah olmaq çətindir. Pittak
- Xeyirxah tənha qalmaz, həmişə qonşusu olar. Yapon atalar sözləri
İ
[redaktə]- İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur. Viktor Hüqo
- İnsanı, atanı əzabdan, qadını göz yaşlarından xilas etmək xeyirxah əməl yox, insanlıq borcudur. Aleksandr Düma (ata)
- İnsanın başqalarına xeyirxah münasibətdən aldığı həzzi heç bir başqa həzzlə əvəz etmək olmaz. Sokrat
Q
[redaktə]- Qorxaqlar amansız, cəsurlar xeyirxah olurlar. Con Qay
M
[redaktə]- Mərhəmət, rəhmdillik, başqasına görə narahatlıq - insanlar arasındakı münasibətlərdə ən vacib keyfiyyətlərdəndir. Yaxşılıq heç vaxt unudulmur... Əgər sən yaxşı, xeyirxah iş görmüsənsə, gec, ya tez bunun əvəzini görəcəksən. Azad Mirzəcanzadə
Ö
[redaktə]- Özgənin hesabına xeyirxah olmaq asandır. Tamil atalar sözləri
S
[redaktə]- Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır. Feliks Dzerjinski
- Sizin xeyirxah insan olduğunuz bir çox hallarda etdiyiniz yaxşılıqların içində gizli qalır.[1] Marsel Sesiro
Ş
[redaktə]- Şərabda və araqda nə xeyir, nə ağıl, nə şücaət, nə xeyirxah davranış, nə də xeyirxah xasiyyət var. Çingiz xan
T
[redaktə]- Təhsil adadır, cəmiyyət isə dərya. Onların havası bir-birinə uyğun olmalıdır. Bu gün müsbət insan keyfiyyətləri formalaşdırmağın kökündə xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl dayanır. Əjdər Ağayev
Y
[redaktə]- Yalnız fikir azadlığı adamları xeyirxah və insanpərvər kimi tərbiyə edər. Pol Anri Holbax
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.511