Faydasız

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adamlar öz asudə vaxtlarını nəyə həsr etməyi bacarmayanda faydasız məşğələlərə və əyləncələrə baş qoşurlar. Fyodor Dostoyevski
  • Axar suda rəqəm yazmaqdan faydasız heç nə yoxdur. Yapon atalar sözləri

B[redaktə]

  • Bir fərd üçün dəyərli ola bilən ibadət və mənəvi intizam formaları, o sinif daxilində, daha aşağı və ya daha yüksək inkişaf səviyyəsində olan fərqli bir təbəqəyə mənsub olan digəri üçün faydasız və ya hətta müsbət mənada zərərli ola bilər. Oldos Haksli
  • Boş və faydasız şeylərə lazım olduğundan daha çox sərf etdiyi vaxtdan başqa müdrik insanı üzən və ona narahatlıq verən başqa heç nə ola bilməz. Platon
  • Böyük insanlar dağa bənzəyir: yaxınlaşdıqca əzəmət və qüdrəti daha aşkar bilinir. Kiçik insanlar isə ilğım kimidir: yaxınlaşdıqca nə qədər faydasız və aldadıcı olduğu üzə çıxır. Yohann Volfqanq Göte
  • Bu dünyada bir başqasının yükünü yüngülləşdirən heç kim faydasız deyil. Çarlz Dikkens

Ç[redaktə]

  • Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır. Nikola Şamfor

D[redaktə]

  • Dövlətə mərasimlər və qanunvericilər deyil, kütləni arxalarınca istədikləri yerə apara biləcək şəxsiyyətlər kömək edə bilər. Əgər onlar kütləni düzgün yolla aparırlarsa, o zaman mərasimlər və qanunlar fayda verir, əgər səhv yolla aparırlarsa, faydasız olur. Solon
  • Düşüncələrimizi zorla başqalarına qəbul etdirmək həm faydasız, həm də günüh işdir..[1] Adolf Klauber
  • Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir. Konfutsi

E[redaktə]

  • Ehtiras ümumi insan təbiətidir. Onsuz din, tarix, sevgi və incəsənət faydasız olardı. Onore de Balzak

Ə[redaktə]

  • Əslində nə varsa ondan məmnun ol və israf etmə, ehtiyacdan başqa faydasız yerə xərcləmə. I Osman

F[redaktə]

  • Faydalı və faydasız, yaxşı və pis birlikdə inkişaf edir və insan özü üçün seçim etməyi bacarmalıdır. Mahatma Qandi
  • Faydasız həyat- vaxtsız ölümə bərabərdir. Höte
  • Faydasız qohumdan faydalı yad yaxşıdır. Azərbaycan atalar sözləri/F
  • Faydasız peşmanlıqdan daha kəskin bir peşmanlıq yoxdur. Çarlz Dikkens
  • Faydasız sözü aytma, faydasız sözdən qayıtma. (Aytma - demə) Özbək atalar sözləri

H[redaktə]

  • Hər şey bir kənara, dəqiqəbaşı kitabın seksdən bəhs edən yerlərinə qayıdırdım, – nəsə faydalı şey oxumaq istəyirdim. Ancaq təəssüf ki, Heylşemdə olan kitabların xeyri az idi. On doqquzuncu əsr bu sahədə faydasız olan Tomas Hardi kimi yazıçılar tərəfindən geniş şəkildə təsvir olunurdu. Kazuo İşiquro

K[redaktə]

  • Kifayət qədər təlim və təcrübə rəhbərdə qətilik yaradır, bu, istənilən başçı üçün qaçılmaz olan toqquşma zamanı ona güc verir. Gücünə arxayın olmayan başçı tabeliyində olanlara və özünə bərabər rəislərə nümayiş etdirir ki, vəzifələrin ağırlığı onun gücündə deyil, odur ki, zəif başçı və faydasız rəhbər olur. Atilla

Q[redaktə]

  • Qərarsızlıqdan üzücü və faydasız şey yoxdur. Mark Tven
  • Qorxudan ağlını itirən, komada oturub tir-tir əsən mirzələri ləyaqətli vətəndaşlar hesab edənlər yanılırlar. Xeyr, onlar vətəndaş yox, faydasız mirzələrdir. Saltıkov-Şedrin

M[redaktə]

  • Məktubda ifadə olunan sevgi təhlükəli, həm də faydasızdır. Aleksandr Düma (oğul)
  • Mən Kanta heyran olurdum, yazdıqlarından isə heç nə başa düşmürdüm. Bu cür vacib və faydasız kitablar yazan insan yalnız mələk ola bilərdi. Salvador Dali
  • Mərhəmət faydasız olanda, insan ondan bezər. Alber Kamyu
  • Müalicə edilə bilməyən xəstəliklər yoxdur, yalnız iradə yoxdur, faydasız otlar yoxdur, yalnız bilik çatışmamazlığı var. İbn Sina

N[redaktə]

  • Nə spirtli içki, nə də siqaretlə zəhərlənmə, yoxsa bütün digər tövsiyələr faydasız olacaq. Fyodor Uqlov

Ö[redaktə]

  • Özünü çox əhəmiyyətli hiss etmək insanı şikəst, faydasız və boş insan halına gətirir. Karlos Kastanyeda

Y[redaktə]

  • Ya­zıq­lar ol­sun! Kö­tük ki­mi duy­ğu­suz, fay­da­sız, atı­lıb-qal­mış bu bə­dən yer üzün­də çox ya­şa­ma­ya­caq. Dham­ma­pa­da

İstinadlar[redaktə]

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.105