Məzmuna keç

Qorxulu



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaq itiləyən xəncər, igid xəncərindən qorxulu olar. Çeçen-inquş atalar sözləri
  • Axmaqdan qorxulu heç nə yoxdur. Yapon atalar sözləri
  • Arvada öz daxilini açıb göstərmə, heç bir sirrini demə, unutma ki, ailə həyatında qadın heç vaxt silahı yerə qoymayan, daim səni özünə tabe etdirməyə çalışan çox qorxulu rəqibdir. Ezop
  • Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur. Taun
  • Biz yaşadıq və yenidən yaşayacağıq. Həyat, tez-tez qorxulu yuxuya keçən, dərin yuxuladığımız gecədən ibarətdir. Artur Şopenhauer
  • Bu dünyada coşqun və fəal nadandan qorxulu heç nə yoxdur. Yohann Volfqanq Göte
  • Budda öldükdən sonra yüz illərdir ki, mağarada onun kölgəsini göstərirlər. Dəhşətli və qorxulu kölgəsini. Allah ölüb. Amma insanların təbiəti elədir ki, min illər boyunca kölgə göstərilən mağaralar mövcud olacaq. Ona görə də biz bir də onun kölgəsinə qalib gəlməliyik! Fridrix Nitsşe
  • Bütün insanlar yalan danışırlar. Ancaq bu qorxulu deyil. Çünki, insanlar bir-birinə qulaq asmırlar. Albert Eynşteyn
  • Danışan insanın niyə, nə danışdığı və nə vaxt qurtaracağı bilinməyəndə, bu çox qorxulu haldır. Saltıkov-Şedrin
  • Dаnışdıqdа nəzаkətli оlmаlı, hеç kəsin işini, sözünü, hərəkətini pis şəkildə оnа-bunа çаtdırmаmаlı, qоrхulu şаyiələr yаymаmаlı. Nəsirəddin Tusi
  • Dəliyə qılınc, vicdansıza hakimiyyət verməkdən qorxulu nə ola bilər. Pifaqor
  • Dərdi olmaq qorxulu deyil, ağlaya bilməmək qorxuludur. Xudu Məmmədov
  • Dilbir sürüyə qurd da qorxulu deyil. Rus atalar sözləri
  • Eninə-uzununa və bilə-bilə yalan söyləyən, həyatdakı mövqelərinə görə yalan danışmaqları təhlükəli və qorxulu yalanlarla yaşayan insanlar (yalan danışmaq imkanı olmayan adamlar) həqiqətə qarşı fövqəladə dərəcədə həssas olurlar: idealistlər və xeyirxah görünmək istəyən adamlar öz istək və həvəsləri ilə daim bir duman içində yaşayır, əsl həqiqətdə heç vaxt doğru olanı söyləyə bilmirlər: onların “zövqü” buna imkan vermir. Fridrix Nitsşe
  • Heç kimi sevməmək səni məğlubedilməz edən böyük bir vergidir, heç kimi sevməməklə sən ən qorxulu ağrıdan azad olursan. Adolf Hitler
  • …Xəyal ağılsızlıq edəndə, qəhrəman üçün ölüm qorxulu deyil! Aleksandr Blok
  • İnsan qəlbindəki vicdandan daha qorxunc bir şahid və ya daha qorxulu ittihamçı yoxdur. Polibi
  • İnsan ruhunun ölməzliyini tam qəbul edənlər üçün dünyanın məhvi bir o qədər qorxulu görünməyəcək. Çarlz Darvin
  • Kimin ki, hər şeyi olub və hamısını itirib, onun üçün göy gurultusu da qorxulu deyil. Osetin atalar sözləri
  • Qadınlarda ikinci sevgi olmur; onların təbiəti bu hissin qorxulu sarsıntısını iki dəfə yaşamaq üçün olduqca incədir. Henrix Heyne
  • Qorxulu yuxu görməkdənsə, oyanıq yatmaq xeyirlidir. Türk atalar sözləri
  • Müharibəni labüd, faydalı və arzu olunan hesab edən insanlar qorxulu, əxlaqi pozğunluqları ilə dəhşətli insanlardır. Lev Tolstoy
  • Nadanlıq insanın düşmənidir. Nadanlıq təklikdə qorxulu deyil. O yalnız qürurla birləşdikdə təhlükəli olur. Aristotel
  • Oğlu Həsənə buyurmuşdur:
Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar. Əli
  • Orqanizmi bütün qidanı həzm edən üçün xəstəlik qorxulu deyil. Çanakya
  • Şübhə qızdırmalı xəstəyə bənzər - yatmaz, yata bilməz, yatmağa qoymaz, yox, əgər yatsa, qorxulu yuxu görər. [1] Cənab Şəhabəddin
  • Tarixi təcrübə sübut edib ki, cəmiyyətin texnoloji inkişafı, fərdlərin mənəvi yetkinliyi üçün yetərli deyil. Əgər cəmiyyətdə maddi nemətlərin artması müvafiq mənəvi təkamüllə müşayiət olunmazsa nəticədə bu hətta qorxulu hala çevrilə bilər. Anri Berqson
  • Tələbə səhv edərsə, bu bir o qədər qorxulu deyil. Əgər böyük zəka sahibləri səhv edərsə, bu, dünyaya çox baha başa gələr. Nikola Tesla
  • Tələsik böyük insan olmaq cəhdindən çəkinin. Çünki, bu cür cıhdlərdən yalnız 10 000-də biri uğurlu olur. Bu qorxulu statistikadır. [2] Benjamin Dizraeli
  • Zəmanəmiz hətta partlayıcı maddədən də təhlükəli olan sözlə qorxulu oyunlar oynamaqdadır. Alfons Dode
  • Zərurət- qorxulu silahdır. Mark Tulli Siseron

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.420
  2. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.114