Xatirə

Vikisitat saytından
Jump to navigation Jump to search

Mündəricat

B[redaktə]

  • Bəzən, sadəcə onun səndə buraxdığı izlər üçün darıxarsan. Hər mahnıda ayrı bir xatirə gizlidir sanki; istəsən də silə bilməzsən. Turqut Uyar

X[redaktə]

  • Xatirə bağçalarında üşümək isti idi. Özdəmir Asaf
  • Xatirə yazmaq, ölümün əlindən bir şey qurtarmaqdır. Andre Jid
  • Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır. Onore de Balzak
  • Xatirələr qocalan beyinlərin söykəndikləri əsadır. Cənab Şəhabəddin
  • Xatirələr səni içindən isidən şeylər olduğu kimi, eyni zamanda, gözlərindən çölə ağladan şeylərdir. Haruki Murakami
  • Xatirələrimiz - yaşlandıqca öz-özünə zənginləşən bir sərmayədir. Cənab Şəhabəddin

İ[redaktə]

  • İlk öpüş də daxil olmaqla vacib xatirələr beynin hippokamp adlı hissəsində saxlanılır və onları unutmaq çətinləşir. Steins;Gate
  • İstər şirin, istər ağrılı olsun, xatirə insana həmişə əzab verər. Fyodor Dostoyevski

K[redaktə]

  • Kim aşiq olubsa, özünün çatışmayan parçalarını axtarır. Buna görə aşiq məşuqunu düşündükcə əzab çəkir. Eynilə uzun zaman görmədiyin birinin otağına girərkən xatırladığın xatirələr kimidir. Haruki Murakami

Q[redaktə]

  • Qəribə deyil? Xatirələr xoşbəxtlik vericidir, amma bəzən xatırlamaq...intihar səbəbin belə ola bilər. Ziqmund Freyd

M[redaktə]

  • Mənzərələr, xatirələr, çöhrələr insandan uzaqlaşanda gözəlləşir, şairanələşir, fərqli buludlara, rənglərə bürünür. Reşat Nuri Güntekin

Ö[redaktə]

  • Öyrənmə asanlığı (diqqət) ona deyilir ki, nəfs diqqəti nəzəri üzərində səyi artırsın, o, müxtəlif xatirələr, ümumiyyətlə, özünə aid olan məsələlərlə deyil, heç bir maneəyə baxmadan yalnız tələb edilən məsələyə yönəldilmiş olsun. Nəsirəddin Tusi

Y[redaktə]

Z[redaktə]

  • Zamanın unutdura bilməyəcəyi xatirə, ölümün dindirə bilməyəcəyi acı yoxdur. Miqel de Servantes