Məzmuna keç

Can



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adam var ki, adamların naxışıdı, adam var ki, heyvan ondan yaxşıdı; adam var ki, dindirsən can deyər, adam var ki, dindirməsən yaxşıdı. Azərbaycan atalar sözləri/A
  • Ailə həyatı bir şəhvət ticarəti deyil, can ortalığıdır. Belə olmasa, ailə də olmaz. Con Milton:İngilis şairi və publisisti)
  • Az, amma dürüst bir zəka, zamanla çox amma pozğun bir zəkadan daha çox can sıxar. Fransua de Laroşfuko
  • Bir insan ümidini itirər və məqsədsiz qalarsa, sırf can sıxıntısı belə onu bir heyvana çevirə bilər. Fyodor Dostoyevski
  • Bir qadın sevdiyi kişinin başqa qadın tərəfindən xoşbəxt edildiyini görməkdənsə, onu can verərkən görməyi seçər. Onore de Balzak
  • Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən". Azərbaycan atalar sözləri/Vətən və el
  • Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir. Konstantin Uşinski
  • Gerçək ümidsizlik can vermə, məzar və uçurumdur. Alber Kamyu
  • Hamı xoşbəxtliyə can atır. Bu, insanların hərəkətlərinin motividir. Hətta özünü asmaq istəyən insanlar belə. Blez Paskal
  • Həddində artıq canfəşanlıq olan yerdə yalan olur. Əbül Fərəc
  • Hər kəsin dəyəri nəyə can atmasındadır. Mark Avreli
  • Hər şeyin dalınca qaçma, dərinliyə can at. Baltazar Qrasian
  • Həyat bu, zaman gələr, hər şey bir anda son olar. Həyat bu, son dediyin an, hər şey yenidən can tapar. Seneka
  • İnsan insana can atar, heyvan meşəyə. Gürcü atalar sözləri
  • İnsan öz fərdiliyini nə qədər çox biruzə verirsə, o qədər də bütün mövcudatla birləşməyə can atır. Rabindranat Taqor
  • İnsan şüuraltı olaraq həmişə melanxoliyaya can atır. Nakam sevgi xoşbəxt sevgidən daha romantikdir və kədər, yaxud ağrı kimi, biz melanxoliyanı daha kəskin hiss edirik, nəinki xoşbəxtliyi. Lars fon Trier
  • İnsan zəkası "acgözdür": o, yerində sakit dura bilmir, daim irəliyə - ona məlum olmayan ənginliklərə can atır və onu bu yürüşdən heç nə saxlaya bilməz. Frensis Bekon
  • İş güclüdən yox, can yandırandan qorxar. Fin atalar sözləri
  • İşin mənəvi dəyəri ondan ibarətdir ki, o, digər insanlardan daha yüksək mənbədən gəlir. O mənbə cəmiyyətdir; millətdir. Əslində, əxlaq yalnız ictimai, milli, özəl fərdlərdən ayrı və yuxarıda ola bilər. Millətin ictimai asayişi və əmin-amanlığı, rifahı, xoşbəxtliyi, gələcəkdə təhlükəsizliyi və məsumluğu, sivilizasiyanın tərəqqisi naminə maraq, zəhmət və fədakarlıq tələb edəndə canından keçməyi tələb edən milli mənəviyyatdır. Kamil xalqda milli əxlaqın tələbləri, demək olar ki, o xalqın insanları tərəfindən mühakimə olunmadan, vicdanlı və emosional motivlə irəli sürülür. Bu, ən böyük milli hissdir, milli həyəcandır. Millət anaları, millət ataları, millət müəllimləri və millət ağsaqqalları; Onların evdə, məktəbdə, orduda, fabrikdə, hər yerdə və hər işdə millətin övladlarına, millətin hər bir üzvünə yorulmadan və davamlı olaraq verəcəkləri milli tərbiyənin məqsədi, bu yüksək milli hissi gücləndirir. Əxlaqın milli-ictimai olduğunu söyləmək və onun ümmət vicdanının ifadəsi olduğunu söyləmək həm də əxlaqın müqəddəs atributunu tanımaqdır. Əxlaq müqəddəsdir; çünki onun bərabər dəyəri yoxdur və heç bir başqa cür dəyərlə ölçülə bilməz. Əxlaq müqəddəsdir; çünki ən böyük əxlaqi vicdanı olan cinayətkar üçün prioritetdir. Həmin cinayəti törədən cəmiyyət tək və təkdir. Başqa cinayətkar yoxdur. İlahiyyatda hətta məcazi mənada düşünülmüş cəmiyyət də gizlidir. Çünki vicdanımıza təsir edən mənəvi həyat, cəmiyyət üzvləri arasında əməl və təriflərdən ibarətdir. Həqiqi, doğru bir cəmiyyət sıx bir intellektual və əxlaqi fəaliyyətdir. Mustafa Kamal Atatürk
  • İşin çətininə can at. Çətinin öhdəsindən gəlməsən də, çətini eləməyə çalışaraq heç olmasa asanını edərsən. Əziz Nesin
  • Kamilliyə can atan insan üçün elmlərin ən gərəklisi qanunlar haqqında elmdir. Platon
  • Ləyaqət nədir? Hamının sənin xoşxasiyyət, tərbiyəli, ətrafındakılara sevgiylə dolu olduğunu düşünməsinə can atma? Paulo Koelyo
  • O adam ki, özünə lazım olduğundan artıq pul yığmağa can atır, o, pulu özgəsi üçün yığır. Əbül Fərəc
  • Pulunu ver, könülünü ver, canını ver.. Amma sirrini vermə! Günlərini say, qazancını say, böyüklərini say, amma yerində sayma! Mövlana Cəlaləddin Rumi
  • Saf can nemətdir. Xausa atalar sözləri
  • Sevmək gözəl peşədir, amma çətindir. Can dözür dözməyinə, amma ürək getdi gedəcək. Camal Sürəya
  • Sirr insanda əmanət olduqdan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir.[1] Məhəmməd Tağı Sidqi
  • Unutmazsansa sənin, bağışlamazsansa onun canı ağrıyacaq. Unutma, bağışlamaq və unutmaq yalnız yaxşı insanların intiqamıdır. Seneka

İstinadlar

[redaktə]
  1. Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. - səh. 522.