Məzmuna keç

Şahlar Əsgərov

Şahlar Əsgərov
Doğum tarixi 15 iyun 1941
Doğum yeri Kəlbəcər rayonu
Vikipediya məqaləsi

Əsgərov Şahlar Qaçay oğlu (15 iyun 1941) — professor, ictimai-siyasi xadim.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Min illərdir ki, bəşəriyyət xoşbəxt gələcəyə doğru yol gedir. Bu yolda təhsil müstəsna əhəmiyyət daşıyır. Ağı qaradan, doğrunu yalandan, yaxşını pisdən, dostu düşməndən, xeyri şərdən ayırmaq üçün təhsil əvəzsiz vasitədir. Təhsilin bu unikal keyfiyyəti bir çox dövlətlər üçün dərk olunmuş həqiqətdir. Bu səbəbdən də bu ölkələrdə təhsilin bütün xərclərini dövlət öz üzərinə götürür. Sadə dillə desək, belə dövlətlərdə təhsil "pulsuzdur".
  • Osmanlı Sultanı İkinci Mahmud günlərin birində bir məktəbi ziyarət edir. Padşah sinfə girəndə xoca dərsini verirdi. Xoca gələn zatın padşah olduğunu anladı və dərsini davam etdi. Dərs bitdikdən sonra çocuqları sinifdən çıxarıb padşahı salamlayaraq təzimatda bulundu.

— Mənə layiq olan hörməti niyə öncədən göstərmədin?

— Padşahım, tələbələr dünyada xocadan daha böyük adam olduğunu bilməzlər. Əgər təzimatımı onların yanında etsəydim, onlar, deməli xocadan da böyük adam varmış, deyər və məni saymazlar, mən də onları bu ölkəyə layiq övladlar olaraq yetişdirə bilmərəm. Xocanın bu sözlərindən məmnun olan ikinci Mahmud bu müəllimi ihsanda bulundu.

Nə hadisə baş verdi? Əvvəlcə Padşah şəxsi mənafe düşüncəsi ilə hadisəyə qiymət verdi. Təzimat tələb etdi. Xocanın izahatından sonra ictimai mənafe düşüncəsinə sahib olub, xocanı mükafatlandırdı.

  • Şəxsiyyət yönümlü təhsil həm cəmiyyəti, həm də bəşəriyyəti parçalayır və rəngarəng edir. Dövlətləri inkişaf etmiş və ya geri qalmış hala gətirir. Bəşəriyyətin harmonik yaşamasını və inkişafını əngəlləyir. Kamil insanlardan təşkil olunmuş cəmiyyətlərdə prinsipcə parçalanma ola bilməz. Çünki kamil insanlar problemləri güclə yox, ağılla həll edərlər.
  • Təhsil iqtisadiyyatdan yox, iqtisadiyyat təhsildən asılı olmalıdır.
  • Təhsil nəinki bilik öyrədir, ötürür, həm də düşüncəni kamilləşdirir.
  • Təhsilin ali məqsədi savadlı, bilikli şəxsiyyətlər yox, kamil insan yetişdirmək olmalıdır.

İstinadlar

[redaktə]