Mədəniyyət
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Başqalarına özümüz haqqında danışmaq çox təbiidir; başqalarının özləri haqqında söylədiyi şeyləri, onların demək istədiyi şəkildə anlamaqsa bir mədəniyyət məsələsidir. Yohann Volfqanq Göte
- Bir cəmiyyətin mədəniyyət, incəsənət və fəlsəfəsini öyrənmək üçün o cəmiyyətin kitablarını oxuyub öyrənməliyik. Samuel Smayls
- Bir millətin mədəniyyət səviyyəsi, üzərində yaşadığı torpaqları ağaclandırmasıyla ölçülər. Franklin Delano Ruzvelt
E[redaktə]
- Elm inkişafın ön cəbhəsidir, mədəniyyət isə onun ictimai həyatda buraxdığı izdir. Əbu Turxan
H[redaktə]
- Hər bir mədəniyyət teokratiyadan başlayıb, demokratiyada başa çatır. Viktor Hüqo
X[redaktə]
- Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm. Heydər Əliyev
M[redaktə]
- Mədəniyyət nəinki qələbədir, o, həm də silahdır. Moriz Torez
- Mədəniyyət sözünü eşidəndə, Brauninqimin qoruyucusunu endirirəm! German Görinq
- Məktəb elm və maarifin bağı, ağıl və fikir çiçəklərinin meyvəsidir. Elm və mədəniyyət bir günəş, məktəb də o günəşin doğduğu yerdir. Mərifət nuru həmişə oradan saçılır. Füyuzat jurnalı
Ö[redaktə]
- Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır. İlham Əliyev
T[redaktə]
- Türk millətinin istedadı və qəti qərarı mədəniyyət yolunda dayanmadan, qorxmadan irəliləməkdir. Mustafa Kamal Atatürk
V[redaktə]
- Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən mənəvi qüvvədir. Lev Tolstoy