Ömər Faiq Nemanzadə
Görünüş
Ömər Faiq Nemanzadə | ||||
Doğum tarixi | 24 dekabr 1872 | |||
Doğum yeri | Azğur | |||
Vəfat tarixi | 10 oktyabr 1937 | |||
Vəfat yeri | Tbilisi | |||
|
Ömər Faiq Lömən oğlu Nemanzadə (24 dekabr 1872, Azğur, Axalsıx qəzası, Tiflis quberniyası – 10 oktyabr 1937, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Azərbaycan ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist, pedaqoq, "Qeyrət" mətbəəsinin sahibi və "Molla Nəsrəddin" jurnalının həmtəsisçisi, Gürcüstan SSR Müvəqqəti İnqilab Komitəsinin üzvü və Gürcüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci sədri. Axısqa türkü.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Biz — müsəlman türkləri bu aləmdə yaşayıb, insan hüquqlarımızı müdafiə etmək və mübarizələrlə dolu bu dünyada müzəffər olmaq istəyiriksə, istənilən xalqın danılmaz qüdrəti olan mətbuata layiqli ehtiram bəsləməli, "Mətbuat" və "Kitabxana" adlı məbədlər qurmalıyıq.
- Bizim əqidə və məsləyimiz daha çox elmi, həmçinin tarix, ədəbiyyat, sənaye sahələri üzrə kitabların nəşrinə yönəldilməlidir. Bəlkə bu yolla hazırkı vəziyyətimizi yaxşılaşdırıb, gələcəyimizi dəyişdirməyə nail ola bilərik.
- Bu gün eyidən-eyiyə qanıram ki, dini əqidədən sonra insanda doğan dünyəvi əqidələrin birincisi millətpərvərlik əqidəsidir, ictimai fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir, millətini bilmək elmidir. Millətpərəstlik əqidəsi özgə əqidə-lərin mərhələsi, keçididir. Vaxta ki, insan batil və xurafat əsirliyindən qurtulub özünü, özünün hüququnu bilməyə başladı, ondan mühit və ehtiyacın təsirilə hər nə qaydaya girərsə girsin. Bu halda ki, mövqeyimizə, mühitimizə, elmimizə, ehtiyacımıza bizim ən birinci əqidəmiz isə azad millətpərəstlik əqidəsi olmalıdır.
D
[redaktə]- Döyüşdə qohumlarına yardım etməyə tələsməyən şəxsə, şübhəsiz ki, insan deyilməz. Möhtac və zəif olanların əzabını qurtara bilməyən şəxs vicdanını asanlaşdırmayacaq. Kasıbların ehtiyaclarını ödəmək üçün ciddi addımlar atmayan şəxs mədəniyyətə, bilik zirvəsinə doğru bir addım atmayıb.
E
[redaktə]- Ey qafqazlı türk, sən çoxdan İslam qeyrətini çəkirsən və bu qeyrətlə, hətta öz adını da itirmişdin. Sən İslam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən… Zamanamızda, yəni din və əbədiyyətdən, cins və millətlərin hökm sürdüyü böylə bir çağda insan öz soy və millətini tanımamaq, daha doğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir… məhkum millətlərin öz varlıqları, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımazlıq bəlası, dərin düşünülürsə, qarayaradan da, onun çibanından da daha acılı və daha zəhərlidir… Mən iddia etmək deyil, uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilmiyiriz.
- Ey özündən xəbərsiz türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu "yasaq" qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən, sənin yurdunda var idi. Sən öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi. Ey özünü itirir, unudur dərəcədə misafirpərvərlik, özgələrə hörmət göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin qanın, sənin düşüncən, sənin varlığın hənuz sənin özündə ikən sən bugünkü kimi dilsiz, yazısız, yəni milli nişanəsiz deyildin.[1]
Ə
[redaktə]- Ədəbiyyatı olmayan bir millətin, dilsin insanə oxşuyacağını söyləmək üçün dəlil, təfsilə hacət yox sanıram. Çünki ən böyük şahid keçmiş hallar, indiki vüquatlardır.
X
[redaktə]- Xalqın inkişaf səviyyəsini onun müəllimlərinin inkişafı müəyyənləşdirə bilər. Müəllim problemi ümumilikdə xalqın problemidir.
- Xülasə, indiyə qədər min dürlü təcrübələr ilə isbat edilmiş bir həqiqətdir ki, hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar.
M
[redaktə]- Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir.