Döyüş
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axşam yeməyində Rusiyanı işğal etmək qərarına gələ bilərsiniz, şıltaqlıqla döyüş üçün Waterloo seçin. Detallar, xırda şeylərdir. Bir milyon canı qumar oynamaq asandır. Çətin olanı bunun tək bir insana necə zərər verə biləcəyini görməkdir. Əgər bunu düz tuta bilməsən, cəhənnəm, insanlığını itirəcəksən. Duayt Eyzenhauer
B
[redaktə]- Bank müəssisələri döyüşə hazır olan qoşunlardan daha təhlükəlidir. Tomas Cefferson
- Barış zamanında bir yumurta, döyüş zamanında bir öküzdən daha yaxşıdır. Alman atalar sözləri
- Biliksiz bir şəxs döyüş barabanına bənzər: səsi çox, içi boşdur. Sədi
- Bir gün bir yoldaşı "Səni böyüyəndən sonra döyüşə çağırsalar sən bu boyla atına minənə qədər döyüş sona çatar." Napoleon yoldaşlarına baxar və belə deyər: "Narahat olmayın, mən böyüyəndə məni döyüşə çağırdıqları zaman mən ata minməyəcəyəm, mən atıma minəndə döyüş başlayacaq. Napoleon Bonapart
- Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələndirər verməsi ancaq təhsil ordusuyla mümkündür. Mustafa Kamal Atatürk
- Bu döyüş başqa cür bir döyüşdür . Hər kəs sistemini ordularının çata bildiyi yerə qədər təlqin edər. Bu başqa cür də ola bilməz. Əgər bu anda Parisdə kommunist bir hökumət yoxdursa, bunun səbəbi 1945-ci ildə Sovet ordusunun oraya çatacaq qədər güclü olmamasıdır. İosif Stalin
D
[redaktə]- Döyüş xalqların heyvanca var olma vəziyyətidir; barış isə insanca var oluş vəziyyətidir. İmmanuel Kant
- Döyüş qətiyyən bir təbiət qanunu deyil. Oldos Haksli
- Döyüş siyasətin başqa yollardan davamıdır. Karl fon Klauzevits
- Döyüş ustası olanlar hirslənməzlər. Zəfər ustası olanlar qorxmazlar. Ağıllılar döyüşmədən zəfər qazanar, cahillər zəfər üçün döyüşərlər. Sun Tzu
- Döyüşən məğlub ola bilər, döyüşməyənsə çoxdan məğlub olmuşdur. Bertolt Brext
- Döyüşən, uduza bilər. Döyüşməyən, çoxdan uduzmuşdur. Ernesto Çe Gevara
- Döyüşərək ölmək qəhrəmanların, intihar etmək qorxaqların imtiyazıdır. Napoleon Bonapart
Ə
[redaktə]- Əgər bir adam marşla uyğunlaşma içində yeriyə bilirsə, o dəyərsiz bir varlıqdır. özünə yalnız bir onurğa iliyi kafi ola biləcəyi halda səhvən bir beyni olmuşdur onun. Sivilizasiyanın bu quru ləkəsi ən qısa müddətdə yox edilməlidir. Əmrlə gələn qəhrəmanlıqdan, şüurlu və şüursuz şiddətdən, axmaqca vətənpərvərlikdən, bütün bunlardan nifrət edirəm. Mən döyüşü və o soyuq silahları elə iyrəndirici və alçaldıcı hesab edirəm ki belə iyrənc bir hərəkətə qatılmaqdansa özümü yox edərəm daha yaxşıdır. Mənim anlayışıma görə sıravi bir cinayət, döyüşdə adam öldürməkdən daha pis deyil. Albert Eynşteyn
- Ən yaxşı döyüş baş tutmayan döyüşdür. Çin atalar sözləri
H
[redaktə]- Heyvanları - yalnız laboratoriyalarda və muzeylərdə deyil, meşə və çöllərdə, dağlarda öyrənən kimi dərhal anlayırıq ki, müxtəlif növlər arasında və xüsusən də müxtəlif heyvan sinifləri arasında böyük bir döyüş və qırğın getsə də, eyni zamanda, eyni növə və ya ən azı, eyni cəmiyyətə mənsub olan heyvanlar arasında bir o qədər, bəlkə də daha çox qarşılıqlı dəstək, qarşılıqlı yardım və qarşılıqlı müdafiə mövcuddur. Ünsiyyətçilik də qarşılıqlı mübarizə qədər təbiət qanunudur. Təbii ki, hər iki fakt silsiləsinin nisbi ədədi əhəmiyyətini təxmini olaraq təxmin etmək olduqca çətin olardı. Ancaq dolayı sınağa müraciət etsək və Təbiətdən soruşsaq: "Ən uyğun olanlar kimlərdir: daim bir-biri ilə müharibə edənlər, yoxsa bir-birinə dəstək olanlar?" biz dərhal görürük ki, qarşılıqlı yardım vərdişləri əldə edən heyvanlar, şübhəsiz ki, ən uyğun heyvanlardır. Onların yaşamaq üçün daha çox şansları var və onlar öz siniflərində ən yüksək inkişafa və bədən quruluşuna nail olurlar. Bu fikri təsdiqləyən saysız-hesabsız faktlar nəzərə alınarsa, əminliklə deyə bilərik ki, qarşılıqlı yardım da qarşılıqlı mübarizə qədər heyvan həyatının qanunudur; lakin təkamül amili kimi o, çox güman ki, daha böyük əhəmiyyət kəsb edir, çünki o, növün saxlanmasını və daha da inkişafını təmin etmək kimi vərdişlərin və xarakterlərin inkişafına, eyni zamanda, ən böyük rifah və həyatdan həzz almasına üstünlük verir. Pyotr Kropotkin
- Hər döyüş insanlığın irəliləməsini maneə törədən pislik zəncirinə bir halqa əlavə edər. *Həyatda səhv etməmiş insan, demək bu həyatdan həç bir şey öyrənməmişdir. Albert Eynşteyn
- Həyat, fəlakət, təklik, üz üstə buraxılmışlıq, yoxsulluq özünə görə qəhrəmanları olan döyüş sahələridir. Viktor Hüqo
- Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
İ
[redaktə]- İnan, itaət et, döyüş.Benito Mussolini
- İnqilab üçün döyüşməyənə kommunist deyilməz. Fidel Kastro
- İspaniyanı aldıqdan sonra İspaniya kralı ona "Sən pul üçün döyüşürsən" deyə qışqırar. "Biz isə şərəfimiz üçün." Napoleon cavab verər "Hər kəs özündə olmayan şey üçün döyüşər." Napoleon Bonapart
N
[redaktə]- Napoleonun ordusu çətin vəziyyətdədir, general gəlir və belə deyir: "İmparator döyüşə bilmərik, düşmən 3 qat artıq gücdədir, onlar 150.000 biz isə 50.000 nəfərik." Napoleon ona belə cavab verir: "Onlar 150.000, biz isə 50.000. Bir də məni qat, etdi 150.000! Bərabərik, döyüşərik!". Napoleon Bonapart
Ö
[redaktə]- Ölüm haradan və necə gəlirsə gəlsin... Döyüş şüarlarımız qulaqdan qulağa yayılacaqsa və silahlarımız əldən ələ keçəcəksə və başqaları top-tüfəng səsləriylə, döyüş və zəfər nərələriylə cənazələrimizə ağı deyəcəklərsə ölüm xoş gəldi, səfa gəldi... Ernesto Çe Gevara
P
[redaktə]- Pis bir sülh, yaxşı bir döyüşdən daha yaxşıdır. Aleksandr Puşkin
S
[redaktə]- Sülh istəyirsinizsə döyüşə hazır olun. Qay Yuli Sezar
Y
[redaktə]- Yaşamağı bir döyüş olmaqdan qurtarmaq istəyən həyatla barışmasını təmin edəcək qədər pul sahibi olmalıdır. Corc Bernard Şou
- Yazıçılar, hökumətlərin döyüş etdikləri qədər sürətli yaza bilməzlər, çünki yazmaq düşünməyi tələb edir. Bertolt Brext