Məzmuna keç

Sun Dzı

(Sun Tzu səhifəsindən yönləndirilmişdir)
Sun Dzı
Doğum tarixi e.ə. 544
Doğum yeri Qi
Vəfat tarixi e.ə. 496, e.ə. 470
Vəfat yeri Gusu
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaqlıq isə ümumiyyətlə bağışlanma tələb etmir. O sanki külək kimidir, heç nədən asılı deyil. Onu olduğu kimi qəbul etmək, onun ziyanında qorunaraq və xeyrində fayda tapmağa çalışaraq yaşamaq lazımdır.
  • Başqasının səhvini bağışlamamqla, özün səhvə yol verirsən.
  • Bütün itilər getdikcə öz itiyini itirir, yalnız kütlər getdikcə daha da kütləşir.
  • Duzlu suya atılan ən gözəl qılınc belə sonunda paslanacaq.
  • Əgər bütün dünyada səliqə-sahman istəyirsənsə, ilk növbədə öz evindən başla.
  • Əgər sən hamı kimi düşünürsənsə, sən artıq səhv edirsən. Çünki hamı fərqli cür düşünür.
  • Əgər sən hamının əvəzinə düşünürsənsə, sən yenə də səhv edirsən. Hərənin öz qayğıları var.
  • Əgər sən sual verirsənsə, demək artıq cavabın yarısı sənə məlumdur.
  • Əgər sənin rəqibin qızğın xasiyyəti ilə seçilirsə, onu qıcıqlandırmağa çalış. Əgər o, özünə vurğundursa, onun eqoizmi üzərində oyna… Əsl usta düşmənin fəal hərəkətlərini, düşmənin müvafiq olaraq hərəkət edəcəyi situasiyanı ona dürtüşdürməklə idarə edir. Usta düşməni elə bir yemlə cəlb edir ki, o bu yemi mütləq dimdikləyəcək. O, tələni düşmənin qarşısında saxlayaraq ona dayanmağa imkan vermir, ardınca isə seçmə qoşunla onun üzərinə hücuma keçir.
  • Əksər pis əməlləri insan ona görə həyata keçirmir ki, onun bundan xoşu gəlir və ya bunlar ona xeyir gətirir, sadəcə o, düşünür ki, ondan məhz belə əməllər gözləyirlər.
  • Döyüş ustası olanlar hirslənməzlər. Zəfər ustası olanlar qorxmazlar. Ağıllılar döyüşmədən zəfər qazanar, cahillər zəfər üçün döyüşərlər.
  • Güclü insanı zəifdən necə fərqləndirmək olar? Əgər güclü insan həyatından narazıdırsa, o, iradları özünə yönəldir, əgər zəif insan həyatından narazıdırsa, onda onu şikayətləri digər insanlardan olur.
  • Gül, ona toxunana qədər gözəldir.
  • Hamı kim olmaq istəyirsənsə, heç kim ola bilməyəcəksən.
  • Həm böyük, həm də balaca insan eyni anda eyni bir məqsədə doğru gedə bilər, balaca insanın niyyəti məqsədə çatmaq, böyük insanın niyyəti isə daha da irəli getməkdir.
  • Hökmdarların müdrikliyi onların əldə etdiyi görkəmli nailiyyətlər ilə deyil, baş verməsinə yol vermədikləri axmaq səhvlər ilə ölçülməlidir.
  • Xeyirxahlıq müdafiəsizdir və ona görə də o, bu günə qədər mövcuddur.
  • İdeyalara və tanrılara xidmət etmək daha asandır, onlar canlı insanlardan qat-qat daha sadədirlər.
  • İnsan hər şey haqqında düşünə bilər, amma yalnız tam əmin olduğu şeyləri etməlidir.
  • İnsanların ən çox bilmək istədikləri şey, həyatdan əslində nə istəmələridir.
  • İnsanların sənə necə münasibət bəslədiyinə fikir vermə, fikrini sənin onlarla necə münasibət qurmağına yönəlt.
  • Qəzəbindən qışqıran insan gülməli, incidiyi halda susan isə qorxuludur.
  • Lovğalanmaq –özünə inamsızlıq əlamətidir. Kobudluq isə acizlik əlamətidir. Onların xeyirli olmasına ümid etmək isə — axmaqlıq göstəricidir.
  • Müdrik böyük varlıqlar haqqında çox düşünən deyil, xırda şeylərdən haqqında az fikirləşən insandır.
  • Nə qədər ki, sən əsl düşündüyünü demirsən və ya tam inanmadığın bir şeyi dinləyirsən və ya tamamı ilə sənə uyğun olmayan bir işi görürsən – onda yaşayan da tam sən deyilsən.
  • Özünəməxsus tərzdə və öz əvəzində düşün, amma yadda saxla ki, başqalarını düşünməməklə, sən ilk növbədə özünü düşünmürsən.
  • Saf niyyətlə gələni mərasimlə, bəd niyyətlə gələni isə cinayət qanunları ilə qarşılamaq lazımdır.
  • Tənbəl insanlara kömək etməklə, sən onları boğazından asılmış yük olmağa kömək edirsən.
  • Vacib olan heç nə təcili deyil. Təcili olan hər şey yalnız çaxnaşmadır.
  • Vicdanlılıq mükafatlanır, amma pulların buna heç bir aidiyyəti yoxdur.
  • Yeni bir gerçəyə çatmaq üçün, köhnə yalandan uzaqlaşmaq lazımdır.
  • Yüz döyüşdə yüz qələbə qazanmaq ustalıq zirvəsi deyil. Döyüşmədən düşməni ram etmək məharətin zirvəsidir.
  • Zalımlığa göz yummaqla, daha bir zalımlığa rəvac verirsən. (Pisliyi bağışlamaqla, sən başqa pisliyə kömək edirsən).
  • Zənginliyin olmaması hələ yoxsulluq demək deyil. Yoxsulluq –zənginliyə olan hərislikdir.

İstinadlar

[redaktə]