Ehtiram
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır. Heydər Əliyev
- Asiyalı və avropalı əcdadlarımızdan bizə irs qalan irqi, mədəni, əxlaqi və sosial konsepsiyalar həmvətənlərimizə, onların istedad və rifahına hörmətdən keçməklə hər şeyi qəbul etməli və ehtiram göstərməlidir. Piramidanı öz şəxsi şərəfin üzərində qurmaq yolverilməzdir. Nə qədər ki, biz şəxsi və milli adətlərimizi möhkəm saxlayırıq, bizim həyat enerjimizi sümürən təmtəraqlı özünüsevmə oyunlarının qurbanı olmamalıyıq. Atilla
B
[redaktə]- Bizi gənclərin rahatlığı deyil, onları həyat mübarizəsi üçün daha yaxşı təchiz etmək lazımdır ki, bu, dəyişməz kosmik qanundur. Məhz buna görə də Yeni Epoxa strukturunda milli rifahın əsas amili insanların təhsili və tərbiyəsi olacaqdır. Məktəb proqramlarının, xüsusən ibtidai və orta məktəb proqramlarının təkmilləşdirilməsinə və genişləndirilməsinə təcili diqqət yetirmək lazımdır… Hələ uşaqlıqdan biliyə hörmət aşılanmalıdır. Məktəblərdə təkamülün bu həqiqi və tək pərvanəsinə konkret tarixi nümunələrlə diqqət yetirilməlidir. Elə bir vəziyyətə çatmaq lazımdır ki, elmə olan həvəs və ehtiram canımıza, qanımıza daxil olub, gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsin. Yalnız bundan sonra xalqların mədəniyyət yoluna qədəm qoyduğunu söyləmək mümkün olacaq. Yalnız bundan sonra bilik daşıyıcıları yalnız hər hansı bir ölkənin deyil, bütün dünyanın həqiqi xəzinələri hesab ediləcəklər. O zaman təkamülün sürətlənməsindən və uzaq dünyalarla ünsiyyət xəyallarının həyata keçirilməsindən danışmaq mümkün olacaq. Beləliklə, biz bir mütəfəkkirin və liderin sözlərini təkrarlaya bilərik: "Birincisi, hamı öyrənməlidir, ikincisi, hamı öyrənməlidir, üçüncüsü, hamı öyrənməlidir, sonra isə görəcəyik ki, bilik ölü hərfə çevrilmir, əksinə həyatda tətbiq olunur." Helena İvanovna Roeriç
D
[redaktə]- Dini dözümlülük bizim məzhəbimizə zidd olan məzhəblərə qulluq edən həmcinslərimizə münasibətdə göstərməli olduğumuz ehtiram və diqqətdir. Dözümlülük tək dində yox, insan ağlına gələ biləcək və böyüklü-kiçikli (hər kəsin) gördüyü işlərdə arzu edilən bir keyfiyyətdir: biz başqa qapını döymədən həmin bu qapıdan içəri daxil ola bilmərik… Əmin ər-Reyhani
E
[redaktə]- Ehtiram- bu, ruhun hörmət predmetinin hörmətini qazanmaq meyilliyi yox, eyni zamanda məlum həyəcanla ona tabe olma, onun iltifatını qazanmaq istəyidir. Rene Dekart
Ə
[redaktə]- Əgər ağırlıq və uzunluq ölçüləri mövzusunda qavrayışımız fərqli olsaydı, Günəşin önündə ehtiramla durduğumuz kimi atəşböcəyinin də önündə də eyni ehtiramla dayanardıq. Cübran Xəlil Cübran
G
[redaktə]- Genişliklə müqayisədə, ərinliyə daha çox ehtiram et. Kamillik keyfiyyətlə müəyyən olunur, kəmiyyətlə yox. Genişlik özü-özlüyündə ortabablığın üzərində yüksəlməyə qabil deyil və bu, geniş ümumi maraqları olan adamların bədbəxtliyidir: bir neçə dovşanın dalınca düşərək onlar birini də tuta bilmirlər. Dərinlik isə yuxarıya istiqamətlənməyə imkan verir və qüdrətli materiyalarda qəhrəmanlar səviyyəsinə yüksəldir. Baltazar Qrasian
- Gələcəkdən qorxmaq, keçmişə də lazım olduğundan çox ehtiram bəsləmək lazım deyil. Kİm ki, uğursuzluqdan qorxur, o öz fəaliyyət dairəsini məhdudlaşdırır. Uğursuzluqdan öyrənirlər. Namuslu uğursuzluq eyib deyil, onun qarşısındakı qorxu eyibdir. Keçmiş faydalıdır, çünki o bizə sonrakı inkişaf üçün yolları və vasitələri göstərir. Henri Ford
H
[redaktə]- Hökmdar Uzun Həsənin anası Sara Xatuna da ehtiram göstər, hədiyyələr ver, Azərbaycanda qəbul olunmuş şəkildə ad və sanına layiq tərzdə çıxışlar edib onu Türkiyə ilə (Osmanlı) müharibə davam etdirməyə çağır. Oğlanları, qardaşı və nəvələri üçün bu işin nə qədər vacib olduğunu şəxsiyyətinə uyğun olan ifadələrlə izah et.[1] Sara xatun
- Venesiyadan Ağqoyunlu sarayına göndərilən diplomatik sənəddə.
İ
[redaktə]- İnstinkt və öyrənmə; sevgi və nifrət; Cəsarət — ehtiram. Bunlar cütləşməli, Yaqubun mistik ürəyi ilə birləşməli, Mələklə güləşməlidir — İncəsənət. German Melvill
K
[redaktə]- Kamil insan öz-özlüyündə ciddi, böyüklərə xidmət edərkən ehtiramı əldən verməyən, xalqa qarşı çox incə olan və onları idarə edərkən də ədalətli davranan şəxsdir. Konfutsi
M
[redaktə]- Mən hamıyam — sənin üçün bir davamlı sevgim. Hətta, bəlkə də, "sevgi" sözü hələ də çox zəifdir. Məndə sizin üçün yalnız Allah üçün ola biləcək bir hiss var: burada hər şey ehtiram, sevgi və itaətdir… Qırmızı və qara
- Mən nikahı iki nəfərin iradəsi ilə yaradılan vahid bir şey hesab edirəm. Nikah, hər iki insanın bir-birinə qarşılıqlı hörmət və ehtiram bəsləməsidir. Fridrix Nitsşe
- Mərd əcdadlarımıza ehtiram əlaməti olaraq bizim mahnılarımız və rəqslərimiz, bir növ, vahid olmalıdır. Onlara istənilən kənar ləkələri daxil etmək olmaz, yoxsa bizim irsimiz itib-batar. Atilla
N
[redaktə]- Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir. Heydər Əliyev
O
[redaktə]- O dövlət demokratikdir ki, orada dədə-baba adətiylə Allahlara səcdə edilir, valideynlərin hörməti saxlanılır, böyüklərə ehtiram göstərilir, qanunlara itaət olunur və bütün bunlarla yanaşı həlledici qələbə xalqın böyük əksəriyyətlə qəbul etdiyi qərarlara məxsusdur. Polibi
Ö
[redaktə]- Övladlarınıza ehtiram göstərin və onları yaxşı tərbiyə edin ki, həmin gözəl tərbiyə nəticəsində bağışlanasınız. Məhəmməd peyğəmbər
- Özündən yüksək adama ehtiram göstər. Ərəb atalar sözləri
S
[redaktə]- Sənin oğlun səndən yaranmış sən özünsən. Ona görə də sənə oğul doğmuş qadına anan qədər ehtiram göstər. Hind atalar sözləri
T
[redaktə]- Tanrı və Onun xassələri haqqında danışanda bunu ciddiliklə və ehtiramla et. Corc Vaşinqton
- Təvazökarlıq, səma övladları qarşısında ehtiram hissi — fani insanın qazana biləcəyi bütün mükafatlar arasında, mən deyirəm, ən müdrikidir; ən yaxşısıdır. Evripid
Ü
[redaktə]- Ümid edirəm ki, sabah biz hamımız, harada olmağımızdan asılı olmayaraq, Diananın itkisi ilə bağlı kədərimizi və onun çox qısa ömrünə görə minnətdarlığımızı ifadə etməyə qoşula bilərik. Bu, kədər və ehtiram içində birləşmiş Britaniya millətini bütün dünyaya göstərmək şansıdır. II Elizabet
İstinadlar
[redaktə]- ↑ Yaqub Mahmudov, "Sara Xatun", Azərbaycan Diplomatiyası, Bakı, 1993, s.48–49