Hümam Təbrizi
Jump to navigation
Jump to search
Hümam Təbrizi -(1238-1314), Azərbaycan şairi, xəttat
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağlı və gücü olanın xalqa sədaqəti də olar.
B[redaktə]
- Biliyinə qürrələnmə, bilmədiklərin bildiklərindən qat-qat çoxdur.
Ç[redaktə]
- Çox danışmaq- qiymətli sözü də qiymətdən salar.
G[redaktə]
- Gənclik ay işıqlı gecələr kimidir. Ağıllı adamlar bu gecələr yatmazlar.
İ[redaktə]
- İsgəndərin zülmətdə tapa bilmədiyini ağ kağız üzərinə qara mürəkkəblə yazılmış kitablarda tapmaq olar.
Q[redaktə]
- Qanmazlarla bir anlığa da olsa söhbət etmə,
Rahatlıq tapmazsan, onlardan uzaq ol.
P[redaktə]
- Paxıllıq dirəyini nadanlıq küləyi sındırar.
S[redaktə]
- Sevinc, elm və dəyanət sahibləri insansevər olurlar.
- Söz var insanı yola gətirər,
- Söz var insanı yoldan çıxarar.
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.