Dərman
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Aclıq dərmanların padşahıdır. Aclığı canla könüllə mənimsə, onu xor görmə. Mövlana Cəlaləddin Rumi
- Afrikaya dərman göndərməyə qərar vermişdik; lakin hamısının üzərində "tox qarınla" yazırdı. Çarlz Bukovski
- Alkaqol ağılla istifadə olunsa bir dərman kimidir. Həftə ərzində bir-birlərini bezdirmiş kişilər romun qoxusunu duyan kimi bir-biriləri ilə əla dost olurlar və səyahətlərinə davam edirlər. Rual Amundsen
B[redaktə]
- Bir dərdin varsa, dərman tapmağa çalış tapa bilmirsənsə də, onu dərd etmə. Qautama Budda
C[redaktə]
- Cəza uşaqlara verilən bir dərman sayılmalı və həmin düşüncə ilə verilməlidir. Mişel de Monten
D[redaktə]
- Dazlıq ilə paxıllığın dərmanı yoxdur. Malayal atalar sözləri
E[redaktə]
- Eşqdən müalicə edən bir çox dərman vardır, amma yaxşılaşdıracağı qəti olanı yoxdur. Fransua de Laroşfuko
Ə[redaktə]
- Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir. Bencamin Franklin
S[redaktə]
- Səbr hər yerdə dərmandır, amma səbrə dərman yoxdur. Ərəb atalar sözləri
- Söz dərman kimidir, azı xeyirli, çoxu zərərlidir” (Hz. Əli).
- Söz dərman kimidir- qədərində olsa, müalicə edər; qədərini aşsa, öldürər. (Viktor Kambon)