Ancelina Coli
Jump to navigation
Jump to search

Ancelina Coli Voyt (ing. Angelina Jolie Voight; d. 4 iyun 1975, Los-Anceles, Kaliforniya, ABŞ) — ABŞ aktrisası, Oskar mükafatı laureatı, üç dəfə "Qızıl qlobus" mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında Hildiya mükafatının qalibi, BMT–nin xoşməramlı səfiri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Anam heç vaxt qışqırmaz və söyüş söyməzdi. O, sadəcə ağlayırdı. Otaqlarımız yanbayan idi. Onun necə ağladığını eşidərdim. Bir dəfə orta məktəbdə oxuyanda – soruşmayın ki, mən nə zibil qaynatmışdım – dərsdən qayıdıb gördüm ki, anam ağlayıb, özü də gecədən səhərəcən.
- Atam (Con Voyt)– böyük aktyordur, amma hər şeydən öncə o möhtəşəm atadır.
- AZAD OLMAQ intuisiyaya itaət etmək, heç kəsi incitməmək və insanları səhvlərinə görə ittiham etməməkdir.
B[redaktə]
- Bəzən uşaqların sualları məni dalana dirəyir. Onlar qəflətən soruşa bilərlər: “Niyə görə Şreklə Fiona evləndi, amma sən yox”.
C[redaktə]
- Cavan yaşımda ölmədimsə, bu, mənə bəsdir.
D[redaktə]
- Dünyanın necə böyük olduğunu başa düşmək çox vacibdir.
Ə[redaktə]
- Ətrafımdakı bütün qızlar balerina olmaq istəyərkən mən vampir olmaq istəyirdim.
F[redaktə]
- Filmlərə çəkilməmişdən qabaq mən heç öz döşümün ölçüsünü bilmirdim.
H[redaktə]
- Həmişə istəmişəm ki, bir neçə həyat yaşayım.
- Həyatın mənasını anlamaq üçün vaxtım yoxdur.
M[redaktə]
- Mən çox gec başa düşdüm ki, xoşbəxt olmaq sadəcə bir seçimdir.
- Mənə psixoanalitik lazım deyil. Mənim oynadığım rollar mənim psixoanalitikimdir.
Ö[redaktə]
- Övladlarıma verdiyim ən böyük hədiyyə- onlara bu dünyanı görmək imkanı verməkdir.
- Öz obrazlarımın arxasında gizlənmək xoşuma gəlir. Mən çox qapalı insanam və populyarlıqla necə davranmaq lazım olduğunu da yaxşı öyrənə bilməmişəm.
S[redaktə]
- Sonsuzadək filmlərə çəkilmək fikrim yoxdur. Nə vaxtsa, mən də nənə olacağam.
T[redaktə]
- Tatuirovka, qan və çapıq– mən bunlardan hazırlanmışam.