Aktyor
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağacların ətrafında gəzən aktyor heç vaxt irəli gedə bilməz. Racendra Prasad
- Aktyor dramın tənqidçisidir . Musiqi tənqidçisi müğənnidir, skripkaçıdır, ya da fleyta ifaçısıdır. Oskar Uayld
- ..aktyorlar digər fanilərdən fərqli cinsdir. Onların hamısının öz fikirləri var. Gündən-günə, ildən-ilə kim olduğunuzu iddia edəndə bu, boşuna deyil. Özün olmaq çətinləşir. Təsəvvür edin ki, bütün enerjinizi başqası kimi görünməyə sərf edirsiniz. Və sonra başqası. Və sonra daha çox. Hətta əvvəlcə gülməli gəlir. Amma zaman keçdikcə onlarla insanın yerində yaşayıb, kim olduğunuzu unutmağa başlayırsınız və öz sözlərinizlə danışmağı öyrənmirsiniz. Çarlz Bukovski
- Aktyorluğu sevirəm, çünki burada əsl həyatdan daha çox reallıq var. Oskar Uayld
- Aktyorun ruhu var, amma ruhunun vicdanı azdır. O, özünün inandığı şeylərlə başqalarını da inanmağa məcbur edir. O, özünə inanır! Fridrix Nitsşe
- Artist və publika görüşməməlidir. Pərdə düşən kimi aktyor sehrli çubuğun hərəkətilə ani olaraq yoxa çıxmalıdır. Edit Piaf
- Atam (Con Voyt)– böyük aktyordur, amma hər şeydən öncə o möhtəşəm atadır. Ancelina Coli
B
[redaktə]- Biz dramaturqdan realizmə romantika qatmasını istədiyimiz halda, aktyordan romantikaya reallıq qatmasını istəyirik.Oskar Uayld
D
[redaktə]- Deyirlər ki, insan öləndən sonra yenə təkrar dünyaya gəlir. Əgər nə vaxtsa mənim kimi bir aktyor görsələr, demək, o elə mənəm, gəlmişəm...[1]
Ə
[redaktə]- Əgər aktyor öz hərəkətlərində azacıq da olsa ritmi pozarsa, yaxud şeir söyləyərkən hər hansı bir hecanı ya qısa, ya da uzun tələffüz edərsə, onu fitə basacaqlar. Hər hansı bir şeirdən daha nizamlı hərəkətdən daha çox tədbirlər tələb edən həyatda isə ən azı bir hecada səhv buraxmağın mümkün olduğunu hesab edirsən? Mark Tulli Siseron
H
[redaktə]- Hər aktyor bir rok ulduzu olmaq istər. Devid Boui
- Həyatın tamaşa, insanların aktyor olduğu iddia olunan böyük dünyamızda sevilmək nifrət sahibi olmaq qədər asan deyil. Andrea Boçelli
Q
[redaktə]- Qocalığın tacı- ümumi hörmət və nüfuzdur.Kim ki, bu mükafatlara layiq görülübsə, mənə elə gəlir ki, o, həyat dramını axıra kimi oynayıb və son pərdədə təcrübəsiz aktyorlar kimi biabır olmayıb. Mark Tulli Siseron
M
[redaktə]- Mənim fikrimcə, yaxşı aktyor ən axmaq şeyləri yaxşı oynaya bilər və bununla da onların zərərli təsirini gücləndirmiş olar. Lev Tolstoy
O
[redaktə]- Oynamaq — yalan danışmaqdır. Aktyorun işi incə formada yalan danışmaqdır. Mənə uzun müddət pul ödəyiblər ki, kamera qarşısında lazımı qaydada yalan danışım. Mel Qibson
Y
[redaktə]- Yaxşı aktyor üçün pis rol yoxdur. Fridrix Şiller