Edit Piaf

Vikisitat saytından
Edit Piaf

Edit Piaf (fr. Édith Piaf;) — Dünyaca məşhur fransız müğənnisi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Artist və publika görüşməməlidir. Pərdə düşən kimi aktyor sehrli çubuğun hərəkətilə ani olaraq yoxa çıxmalıdır.

B[redaktə]

  • Bir kişinin gözəl əlləri varsa, həqiqətən gözəldirsə, o, daxilən çirkin ola bilməz. Əllər üz kimi yalan danışmaz.

D[redaktə]

  • Dinləyicilər istedadlı olan günlər həyat çox gözəl olur.

E[redaktə]

  • Eşq soyuq olanda ya isinməli, ya da atılmalıdır. Bu sərin yerdə saxlanılan məhsul deyil.

H[redaktə]

  • Həyat ən yaxşı özünü öldürmə alətidir.

X[redaktə]

  • Xoşbəxtliyin haqqını göz yaşlarıyla vermək lazımdır.

M[redaktə]

  • Mən hamı üçün oxumuram, hər kəs üçün oxuyuram.
  • Mən hər gecə azı 500 dəfə sevgidən ölürəm.
  • Mən istəyirəm ki, mənim "Etiraf"ımı oxuyanlar Mariya Maqdalenaya dedikləri kimi mənə də "ona bağışlanacaq, çünki o sevirdi" deyəcəklər.
  • Mən sevgidən ölmürəmsə, mən ölməyə bir şey tapmıramsa, bax onda mən can verməyə hazıram.
  • Mənim fikrimcə, sevgi döyüşmək, böyük yalanlar və üzünə bir-iki sillə vurmaq deməkdir.

Ö[redaktə]

  • Özünüzü sevgi yanğınından sığortalaya bilməzsiniz.

S[redaktə]

  • Sənət adamları ilə ictimaiyyət görüşməməlidir. Pərdə düşəndən sonra aktyor sanki sehrlə yoxa çıxmalıdır.

T[redaktə]

  • Tamaşaçıların istedadlı olduğu günlərdə həyat necə də gözəldir!

Y[redaktə]

  • Yuxu mənim üçün vaxt itkisidir. yatmaqdan qorxuram. Yuxu mənim üçün ölüm formasıdır.

İstinadlar[redaktə]

Xarici keçidlər[redaktə]

Vikianbarda Edit Piaf ilə əlaqəli mediafayllar var.

Vikipediyada Edit Piaf haqqında məqalə var.