Məzmuna keç

Fransız dili

Fransız dili (le français, la langue française) — fransızların, Belçikanın, İsveçrənin (əsasən Romandiyanın fransızdilli hissəsində), Kanadanın fransız dilli əhalisinin danışıq dili.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Alman dili əslində çox zəngindir, lakin alman danışıq dilində biz bu sərvətin yalnız onda birindən istifadə edirik; ona görə belə çıxır ki, guya biz dil sarıdan kasıbıq; Fransız dili əslində çox zəngin dil deyil, lakin fransızlar onun demək olar ki, bütün imkanlarından istifadə edə bilirlər; buna görə onların dili söz sarıdan zəngin görünür. Henrix Heyne
  • Əsarətçilərin yad dili yerli xalqa rəsmi olaraq yeritməsi mümkündür, hətta öa ana dilində danışan əhalinin tərkibi nə qədər qarışıq olsa belə, mümkündür. Məsələn, Rusiya imperiyasında rus dilinin, Hindistanda ingilis dilinin, Əlcəzairdə fransız dilinin, İranda fars dilinin rəsmi olaraq xalqa qəbul etdirilməsi kimi. Məcbur edilir ki, bu pərçim olunmuş dildən iclaslarda və mediada, kitab səhifələrində, tədris vəsaitlərində istifadə edilsin. Ancaq xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə qəbul etdirmək olar? Onlar əbədidir, əzəlidir və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz. Anar
  • Fransız dili mahiyyətcə kasıbdır, amma fransızlar içindəki hər şeyi danışıq dilinin xeyrinə istifadə edə bilirlər və buna görə də sözlə zəngindirlər. Henrix Heyne
  • Hətta rus aristokratları bir vaxtlar çar sarayında və salonlarda fransız dili ilə oynayırdılar. Onlar rusca danışarkən fransızca büdrədikləri, rus dilində ancaq fransız ləhcəsi ilə danışa bildikləri ilə fəxr edirdilər. İosif Stalin
  • Müasir dillərə gəldikdə, əvvəllər qeyd etdiyim kimi, fransız dili əvəzolunmazdır. Tomas Cefferson
  • Oxuyun və fransızca danışın ki, hamı sizin rus olduğunuzu bilsin. Suvorov
  • Roma imperatoru V Karl deyir ki, Tanrı ilə ispan, dostlarla fransız, düşmənlə alman, qadınla italyan dilində danışmaq yaxşıdır. Ancaq əgər o rus dilinə bələd olsaydı, təbii ki, rus dilini də bu sıraya əlavə edərdi. Çünki rus dilində ispan dilinin əzəmətini, fransız dilinin canlılığını, alman dilinin möhkəmliyini, italyan dilinin zərifliyini, üstəlik, şəkillərdəki yunan və latın dillərinin zənginliyini, yığcamlığını tapmaq olar. Mixail Lomonosov