Cavan
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axmaq cavan arvadı ilə fəxr edər, ağıllı doğma anası ilə. Rus atalar sözləri
- Ağacın düz qalxmasını istəyirsənsə, onu hələ cavan ikən düzəlt. Yapon atalar sözləri
- — Amma biz qocalırıq, —Dezi dedi. — Cavan olsaydıq, dərhal rəqs etməyə gedərdik. Böyük Getsbi
- Arvad cavan kişinin sevgisi, yetkin kişinin sputniki və qocaların dayəsidir. Frensis Bekon
B
[redaktə]- Bəd xasiyyət - qocaldar, xoş xasiyyət - cavan saxlar. [1] Udmurt atalar sözləri
- Bir dəfə cavan olursan, iki dəfə uşaq. Fin atalar sözləri
- Bütün ömrünü namusla yaşamaq istəyən insan cavanlıqda nəzərə almalıdır ki, bir vaxt onun özü də qoca olacaq və qocalanda yadında saxlamalıdır ki, vaxtilə onun özü də cavan olub. Samuel Conson
C
[redaktə]- Cavan adam kasıb da olsa, şad olur, qoca adam varlı da olsa qəmgin olur. Fin atalar sözləri
- Cavan adamlara tez-tez güzgüyə baxmaq lazımdır: gözəllər ona görə ki, öz gözəlliyini ləkələməsin, çirkinlər isə ona görə ki, tərbiyəsi ilə eybəcərliyini gözəlləşdirsin. Sokrat
- Cavan baş bir çanax qandır. Azərbaycan atalar sözləri
- Cavan əvvəl göyü görür, sonra yeri. Amxar atalar sözləri
- Cavan gəlsə – işə gələr, qoca gəlsə – aşa gələr. Özbək atalar sözləri
- Cavan işlǝr, qoca dişlǝr. Azərbaycan atalar sözləri
- Cavan qalmaq istəyirsənsə - xəsis olma. İndoneziya atalar sözləri
- Cavan olanda bəzi səhvlər etdik, daha etmək lazım deyil. Tupak Şakur
- Cavan olanda dişlər ağ olur, qoca olanda - saçlar. Monqol atalar sözləri
- Cavan olanda sənə elə gəlir ki, pul həyatda ən önəmli şeydir. Qocalanda isə, artıq bunu bilirsən. Oskar Uayld
- Cavan öküzlə qoca sələmçiyə yaxın düşməmək daha yaxşıdır. Teluqu atalar sözləri
- Cavan rəssamı az adam başa düşür, yaşlı rəssamı ondan da azı. Pablo Pikasso
- Cavan yaşımda ölmədimsə, bu, mənə bəsdir. Ancelina Coli
- Cavanın güc qoyduğu yerə, qoca çalışar ağıl qoysun. Monqol atalar sözləri
Ç
[redaktə]- Çox cavan yaşda öldü. Tanrının bu yolunu anlamadım.
- (Şahzadə Dianaın ölümü haqqında verilən, suala cavabı) Tereza Ana
E
[redaktə]- Ehtiyatsız cavan xəstə qocadan tez ölür. Madaqaskar atalar sözləri
G
[redaktə]- Gənclik - artıq cavan olmayanlar üçün böyük çatışmazlıqdır. Aleksandr Düma (ata)
- Gəncliyimdə naharadək bir damcı da olsun spirtli içki qəbul etməmək qaydası qoymuşdum özümə. Daha cavan deyiləm, qayda dəyişib, indi səhər yeməyinədək bir damcı da olsun içməmək qaydasına əməl edirəm. Uinston Çörçill
İ
[redaktə]- İgid oğul cavan eylər atanı. Azərbaycan atalar sözləri/İ
Q
[redaktə]- Qoca ərlərin cavan arvadları ərinin sağlığında düşünür ki, onların göz yaşlarını kim siləcək. Karlo Qoldoni
M
[redaktə]- Məhəbbət qocadır, cavan kimi danışır. Assuri atalar sözləri
O
[redaktə]- Onun otuz yaşı tamam oldu: yarımçıq yaş. Cavan olmaq üçün çox qocasan, qoca olmaq üçün çox cavansan. Frederik Beqbeder
P
[redaktə]- Pambəğı oddan, cavanları içki və qumardan uzaq saxlayın. Bencamin Franklin
S
[redaktə]- Sevilməyən qadın – sıfırdır, heç nədir. İnanın, fərqi yoxdur qoca, ya cavan, həyat yoldaşı, yoxsa sevgili… Koko Şanel
Y
[redaktə]- Yaxşı qoca olmayan yerdə yaxşı cavan da olmaz. Adıgey atalar sözləri
- Yaşlı öləndə evdə, cavan öləndə qəlbdə boşluq yaranır. Avar atalar sözləri
İstinadlar
[redaktə]- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı,2005