Köhnə
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adam kasıblayanda köhnə borclarını və uzaq qohumlarını xatırlayır. Kürd atalar sözləri
B
[redaktə]- Bəzi qüsurlar bir insanın var olması üçün lazımlıdır. Köhnə dostlarımızın bəzi qəribə xüsusiyyətləri ortadan qalxmış olsa bu Xoşumuza gəlməzdi. Yohann Volfqanq Göte
- Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı, lakin onun qəlbində ulduzlar parıldayırdı. Viktor Hüqo
- Bir köhnə dost, iki təzə dostdan irəlidir. Rus atalar sözləri
B
[redaktə]- Bəzi qüsurlar bir insanın var olması üçün lazımlıdır. Köhnə dostlarımızın bəzi qəribə xüsusiyyətləri ortadan qalxmış olsa bu Xoşumuza gəlməzdi. Yohann Volfqanq Göte
- Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı, lakin onun qəlbində ulduzlar parıldayırdı. Viktor Hüqo
- Bir köhnə dost, iki təzə dostdan irəlidir. Rus atalar sözləri
E
[redaktə]- Ehtiraslarımız gerçək anka quşlarıdır. Köhnəsinin küllərindən ibr yenisi doğulur. Yohann Volfqanq Göte
- Evlilik sevgidən daha vacibdir, mən burada köhnə qaydaları üstün tuturam – ən vacib olan hörmətdir. Ancaq bunu heyrətlə səhv salmaq olmaz. Bütün evlilik boyu ərinizə heyrətlənmək çox darıxdırıcıdır və bu boynun arxasında revmatik ağrılarla bitəcək. Aqata Kristi
Ə
[redaktə]- Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və faləkətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürürlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
- Əsl hədəfiniz başqalarından daha yaxşı olmaq deyil, öz köhnə halınızdan daha yaxşı olmaqdır. Tenzin Gyatso
- Əziyyət çəkəndə əylənirəm. Bu mənim köhnə adətimdir. Salvador Dali
G
[redaktə]- Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo
K
[redaktə]- Kamil insan bu dəyişkən dünyaya nikbin nəzərlərlə baxır və onu olduğu kimi qəbul edir. Hətta köhnə adət və ənənələrin müasirliyə uyğun gəlmədiyini görsə belə, onlara hörmətlə yanaşır. Nikola Şamfor
- Köhnə kəndə təzə nırx qoyur. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Köhnə qar çovğun gətirməz. (Kanə voə şəpə əjənni.) Talış atalar sözləri
- Köhnə məlumatlardan bəhrələnərək yeni məlumatlar əldə etmək təlim-tərbiyənin təməlidir. Bu işi bacaran insan müəllim sayıla bilər. Konfutsi
- Köhnə olmasa, təzə də olmaz. Koreya atalar sözləri
- Köhnə, sanki dəniz dibindən çıxan, dalğalı vərəqləri olan bir qucaq köhnə kitablarım yadıma düşür. İsti yay günlərində otluqda oturub, dəqiqəbaşı o vaxt uzatdığım, gözümə düşən saçlarımı kənara edərək onları oxuduğumu da xatırlayıram. Səhər tezdən poeziya və fəlsəfə haqda mübahisə edən sinif yoldaşlarımın səsindən qara anbarın üstündəki balaca otağımda yuxudan ayılmağımı xatırlayıram; uzun qışları, mətbəxdəki buxarla və stol arxasında Kafka və Pikasso haqdakı qarışıq söhbətlərlə dolu səhər yeməklərini xatırlayıram. İşiquro Kazuo
- Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanan qız, sənin qızın ola bilər. Yılmaz Ərdoğan
- Köhnəni canlandır, amma yenini də bil, bax o zaman öyrədici ola bilərsən. Konfutsi
M
[redaktə]- Məsələn gələcəkdə uşaqların "ana sənin ilk eşqin kimiydi" deyəndə köhnə şəkilləri çıxarmaq yerinə "Atanıydı" deyə bilməlidir insan.. Ceyhun Yılmaz
Ö
[redaktə]- Ölüm mənim köhnə dostumdur. İstisna deyildir ki, o gələndə ona deyəcəm ki: "Oturun, dincəlin! Bəlkə şampan içək?” Axı mən ürəyimin dərinliyində qorxağam. Salvador Dali
Y
[redaktə]- Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir. Volter
- Yemək bişirmək köhnə tavalar ilə öyrənilər. (alm. Auf alten Pfannen lernt man kochen.) Alman atalar sözləri
- Yeni bir gerçəyə çatmaq üçün, köhnə yalandan uzaqlaşmaq lazımdır. Sun Dzı