Məzmuna keç

Səmimi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Abırsızlıq, bayağı ruhun səmimi ruhla birləşdiyi yeganə formasıdır. Ali insan böyük və zərif həyasızlığın hər təzahüründə sayıq olmalı və abırsız təlxək və ya elmi satir onun qarşısında danışanda ali insan özünü təbrik etməlidir. Fridrix Nitsşe
  • Adamları təhqiretmədən və inciklik hissi yaratmadan onlara təsir etməyə imkan verən doqquz qayda:
  1. Müsahibinizin tərifindən və onun layiqli cəhətlərini səmimi etirafdan başlayın.
  2. Başqalarının səhvlərini birbaşa yox, dolaysı ilə göstərin.
  3. Əvvəlcə öz səhvlərinizdən danışın, yalnız bundan sonra müsahibinizi tənqid edin.
  4. Müsahibinizə nəsə əmr vermək əvəzinə, suallar verin.
  5. Adamlara nüfuzlarını xilas etməyə imkan verin.
  6. Adamların ən kiçik uğurlarını belə bəyəndiyinizi bildirin və onların hər bir müvəffəqiyyətini qeyd edin. “Qiymət verməkdə səmimi və tərifləməkdə səxavətli olun”.
  7. Adamlara yaxşı nüfuz yaradın, onlar bu nüfuzu doğrultmağa çalışacaqlar.
  8. Həvəsləndirməyə əl atın. Düzəlmiş görmək istədiyiniz səhvin asan düzəldilə bilməsi təsəvvürünü yaradın; elə edin ki, adamları təhrik etdiyiniz məsələlər onlara çətin görünməsin.
  9. Çalışın ki, adamlar təklif etdiklərinizi yerinə yetirməyə şad olsunlar. Deyl Karnegi
  • Allahın söhbətində səmimi olan, nə ayıb eşidər, nə də qulağına ayıb gedər. Əbdülqədir Geylani
  • Araşdırma edildiyi zaman ancaq məlumat artırıla bilər; məlumat artırıldığında ancaq istək səmimi ola bilər; istək səmimi olduğunda ancaq ağıl islah edilə bilər; ağıl islah edildiyində ancaq xüsusi həyat yaxşılaşdırıla bilər; xüsusi həyat yaxşılaşdırıldığında ancaq ailə quruluşu düzəldilə bilər. Ailə quruluşu düzəldildiyində ancaq dövlət nizam içində idarə oluna bilər. Konfutsi
  • Bəzən sönən həyat atəşimiz külək kimi bir başqası tərəfindən qızışdırılaraq alovlanar və hər birimiz bu atəşi təkrar canlandıran dostlarımıza ən səmimi təşəkkürlərimizi borcluyuq. Albert Şveytser
  • Bütün səmimi hisslər sadəcə olaraq pis oynanılmış hisslərdir. Aleksandr Düma (oğul)
  • Demokratiyada vicdanlı siyasətçiyə ancaq o zaman dözmək olar ki, o, çox axmaqdır. Çünki xalqın yarıdan çoxunun qərəzli fikirlərini ancaq çox axmaq adam səmimi şəkildə bölüşə bilər. Bertran Rassel
  • Dostluqda dost ilə bir ol, səmimi!
    Bir qabıq içində cüt ləpə kimi.[1] Əhvədi
  • Dövlətin gücünü təmin edən ən yaxşı zabitləri, tədrisçiləri himayə et. Onlarla nəzakətlə rəftar et və şərəf ver. Bir fəzilətli adamdan bəhs edildiyini öyrəndinsə, onunla səmimi bir şəkildə söhbətə və əlaqəyə gir, ona mülk ver və onu himayə et. Ərdəm, alim və təhsilli insanların sayı onda artacaq. I Osman
  • Əgər Allah olmasaydı, insan bu qədər dəyərli ola bilərdimi? Bu mənim bu gün bildiyim yeganə səmimi məsələdir. Alber Kamyu
  • Əgər bütün insanlar bir-biri ilə razılaşıb gözlənilmədən səmimi olsaydılar, onların bütün işləri baş-ayaq gedərdi. Anton Çexov
  • Əgər dostluqda həddindən artlq səmimi olsan, dostların rəğbətini itirəcəksən. Konfutsi
  • Əgər kim isə sevgilidən başqa da nə haqda isə düşünə bilirsə, onun sevgisi səmimi deyil. İbn Ərəbi
  • Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
  • Əgər Tanrı məfhumunu tamamilə bir kənara qoyub, sivilizasiyanın bütün prinsip və qaydalarının, sadəcə, insanlar tərəfindən qoyulduğunu bəri başdan qəbul etsəydik, məhz onda həqiqətənböyük üstünlük qazanacaqdıq. Çünki o zaman bütün bu əmr və qadağalar süni müqəddəslikdən təmizlənəcək və indiki kimi sərt, amansız və dəyişdirilməsi qeyri-mümkün olmayacaqdı. Beləliklə insanlar bu qayda-qanunların onları ram etmək üçün deyil, sevdiklərinin arxasınca getmələrinə kömək etmək üçün qoyulduğunu başa düşəcəkdilər. Nəticə etibarilə, bu qaydalara daha səmimi və isti münasibət bəsləyəcək və onları qüvvədən salmaq əvəzinə bir az da inkişaf etdirməyə cəhd göstərəcəkdilər. Ziqmund Freyd
  • Gözəl əxlaqı, pak və səmimi ürəyi, həddən artıq zirəkliyi və qabiliyyəti Budağı müəllimlərə və həm də yoldaşlarına çox sevdirdi. Əli Vəliyev
  • Gülümsəyin; elə səmimi və isti olun ki hər sıxdığınız ələ, ruhunuzu da qatın. Deyl Karnegi
  • Hamı yaxşı bilir ki, bir saatlıq səmimi ünsiyyət insanları on illik adi münasibərlərdən daha çox yaxınlaşdırır. [2]
  • Hesab edirəm ki, ölməyincə, daha dəqiqi, illərlə torpaq altında yatmayınca əsl özümüz və sona qədər səmimi olmaq gücündə deyilik. Əgər insanlar öldükləri yerdən başlasaydılar, daha tez səmimi olardılar. Mark Tven
  • Həyatın bizə təklif etdiyi ən çox gözəl təskinliklərdən biri odur ki, insan özünə kömək etmədən başqasına kömək etmək cəhdini səmimi edə bilmir. Uilyam Şekspir
  • Xeyirxahlıq nümunəsinə əməl etmək ən səmimi tərifdir. Mahatma Qandi
  • İnsan özünə səmimi güldüyü anda yetkinləşir. Estel Barimor
  • İnsanın səmimi, ürəkdən gələn xeyirxahlığından başqa heç bir şey həqiqi və əbədi deyil. Teodor Drayzer
  • Katib gözəl danışan, müdrik, səmimi, hisslərinə hakim, müxtəlif sahələrdə biliyə malik olmalıdır. Çanakya
  • Kimsə başqalarını incitməyi sevirsə, insana səmimi sevinc bəxş etdiyi anda insanın mənəvi istilik hissindən nə dərəcədə məmnun olduğunu bilmir. Əli Abşeroni
  • Kürsü məlumat tələb edir, kürsü cəsarət tələb edir və kürsü səmimi inam tələb edir. Süleyman Dəmirəl
  • Qadın üçün tam səmimi olmaq, çılpaq gəzməyə bərabərdir. Stendal
  • Qadına hörmət borcdur ki, hər bir səmimi insan doğulandan buna əməl etməlidir. Karpo Lope de Veqa
  • Qardaşının sənə etdiyi nəsihəti qəbul et. Ona müxalif çıxma. Çünki o, sənin özündə görə bilmədiyin şeyləri görər. Bunun üçün Rəsulu əkrəm: "Mömin, möminin aynasıdır" buyurmuşdur. Mömin, din qardaşına etmiş olduğu nəsihətlərdə səmimidir. Onun görə bilmədiyi şeyləri bildirər. Ona, yaxşılıqlar və pisliklər arasındakı fərqi göstərər. Ona, lehində və ya əleyhində olan şeyləri izah edər. Əbdülqədir Geylani
  • Qısa və aydın yazmaq səmimi xə xeyirxah olmaq qədər çətindir. Uilyam Somerset Moem
  • Qocalıq da bir müsafirdir: onu da səmimi qarşılayıb hörmət etmək lazımdır. Rəfiq Həriri
  • Qoyun hakimlər ədalət məhkəməsində məyus olsunlar — onda, onların qərarları daha dəqiq olacaq. Qoyun generallar qələbədən məyus olsunlar — onda, qətl rüsvayçılıq sayılacaq. Qoyun keşişlər inancdan məyus olsunlar — onda onların inancı daha səmimi olacaq. Leonard Koen
  • Qulun Allahu təalanı sevməsində səmimi olub olmadığı, başına bəla və müsibət gəldiyi zaman ortaya çıxar. Bəla və müsibət gəldiyində səbir və sakitlik halını mühafizə edə bilirsə, o həqiqətən Allahu təalanı sevir deməkdir. Müsibət və kasıblıq zamanında stabillik göstərə bilmək bu sevgiyə sübut və əlamət edildi. Biri Hz. Məhəmmədə; "Mən səni sevirəm" dəyəndə; "Kasıblıq üçün bir paltar hazırla" buyurdu. Bir başqası gəlib Hz. Məhəmmədə; "Mən Allahu təalanı sevirəm" dəyəndə; "Bəla üçün paltar hazırla" buyurdu. Əbdülqədir Geylani
  • Maraqlıdır ki, hər cür axmaq cəfəngiyat yazanda səmimi görünürəm, amma həqiqəti yazanda hamı zarafat etdiyimi düşünür. Boris Vian
  • Mən əminəm ki, Rusiya (onun indiki monarxı sağ olduğu müddətdə) dünyanın bütün ölkələrindən bizə səmimi, dostcasına yerləşən ölkədir; onun xidmətləri bundan sonra da bizim üçün faydalı olacaq və biz ilk növbədə onun mövqeyini axtarmalıyıq... Arzu edərdim ki, bu cür hisslər bütün rus xalqında olsun. Tomas Cefferson
  • Nifrət etməyi bacarmadan səmimi sevmək mümkün deyil. Maksim Qorki
  • Respublika fikir sərbəstliyi tərəfdarıdır. Səmimi və qanuni olmaq şərtiylə hər fikirə hörmət edərik. Mustafa Kamal Atatürk
  • Sadə və aydın yazmaq səmimi və xeyirxah olmaq qədər çətindir. Gi de Mopasson
  • Səmimi dostluq olmadan heç bir ünsiyyətdən söhbət gedə bilməz. Sokrat
  • Səmimi olmağı vəd edə bilərəm; tərəfsiz olmağı əsla. İmmanuel Kant
  • Səmimi olmayan musiqi yaşamaq qabiliyyətindəm məhrumdur. Prokofyev
  • Səmimi sözün hərarəti üç qış bəs elər. Udmurt atalar sözləri
  • Səmimi suallar verin. Verilən qısa “hə” “yox” cavabları ilə qane olmayın. Məsələn, “Sizə zəng etmək olar?” sualının əvəzinə “Mən sizə nə vaxt zəng edə bilərəm,” deməklə daha səmimi ünsiyyət qurmaq mümkündür. Larry King
  • Söz yalnız səmimi keyfiyyətə malik olduğu təqdirdə təsir edə bilər. Saib Təbrizi
  • Ümid edirəm ki, mən hesab etdiyim bütün titullardan ən qibtə ediləni olan səmimi adam xarakterini qoruyub saxlamaqda sarsılmazlıq və kifayət qədər comərdlik əldə edəcəyəm. Corc Vaşinqton
  • Ümumiyyətlə, insanlar cinsi məsələlərdə səmimi deyillər. Cinsi əlaqələrini açıq şəkildə nümayiş etdirmir, cinsi münasibətlər dünyasında sanki hava pis imiş kimi, "saxta" adlanan materiyadan tikilmiş qalın palto geyinərək onu gizlədirlər.[3] Ziqmund Freyd
  • Vətənçün yаşаyаn, vətənçün ölən Səmimi bir insаn nə bəxtiyаrdır. Mikayıl Müşfiq
  • Vicdan təmiz olmayanda səmimi sevinc də yoxdur. Pyer Büast
  • Vicdanlı olmaq ədalətli, namuslu, doğruçu, səmimi olmaq deməkdir. Lüdviq Feyerbax
  • Yaxşı, xeyirxah və səmimi insanı gözlərindən tanımaq olar. Mark Avreli

İstinadlar

[redaktə]
  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.78
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.472
  3. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015