Məzmuna keç

Süleyman Dəmirəl

Süleyman Dəmirəl
Doğum tarixi 1 noyabr 1924
Doğum yeri İslamköy
Vəfat tarixi 17 iyun 2015
Vəfat yeri Ankara
Dəfn yeri Atabəy
Vikipediya məqaləsi

Süleyman Dəmirəl (01 noyabr 1924, İslamköy, İsparta ili – 17 iyun 2015, Ankara) — Türkiyə Respublikasının 9-cu prezidenti (1993–2000), müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş naziri, siyasi xadimi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azadlıq bağışlanmış bir haqq deyil, insan təbiətinin bir parçasıdır, şahlığın şərəfidir.
  • Bir işi zamanında görə bilməsəniz, sonradan o işi heç vaxt görə bilməyəcək vəziyyətə düşəcəksiniz.
  • Dedilər ki, aslanın kimliyi soruşulmur. Şəxsiyyət vəsiqəm yoxdur.
  • Demokratiya sonsuzdur.
  • Əgər ordunu məhv etmək istəyirsənsə, onu siyasətə cəlb et, ən qısa yol budur.
  • Əsl dost yaxşı gündə dəvətlə, pis gündə isə özü gəlir.
  • Haqqın yanında olmağa çalışın, haqqı arayıb-axtararkən haqsız vəziyyətə düşməyin.
  • Xoşbəxtlik kiçik şeyləri böyük fürsətlərə çevirmək bacarığıdır.
  • İmansızlıq hər cür xəstəlikdən təhlükəlidir.
  • Kürsü məlumat tələb edir, kürsü cəsarət tələb edir və kürsü səmimi inam tələb edir.
  • Səbir qəzəbdən, xeyirxahlıq nifrətdən yaxşıdır.
  • Siyasət məscidə girsə ibadət olmaz, siyasət məhkəməyə girsə ədalət olmaz
  • Yaxşı idarəçiliyin ölçüsü xalqı məmnun etməyi bacarmaq, xalqa xoş üz göstərmək, onunla yaxşı davranmağı bacarmaqdır.
  • Yumor bir yumruqdur, onun nə vaxt və ya kimə dəyəcəyini heç vaxt bilmirsən.

İstinadlar

[redaktə]