Məzmuna keç

Mikayıl Müşfiq

Mikayıl Müşfiq
M.Müşfiq
M.Müşfiq
M.Müşfiq
Tam adı Mikayıl Əbdülqadir oğlu İsmayılzadə
Doğum tarixi 1908
Doğum yeri Bakı
Vəfat tarixi 1938
Vəfat yeri Bakı
Vikipediya məqaləsi

Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; d. 5 iyun 1908, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya İmperiyası – ö. 6 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ana! Şeirlərimdə ananı necə vəsf edə bilərəm? Mən bunu bacarmaram və buna cürət edə bilmərəm... Bütün qəbul edilmiş etiraflar, deyilmiş sözlər onun yanında heç nədir.
  • Azad olmayan mədəniyyət mağmundur.Azadlığı olmayan incəsənət yox olacaq.
  • Bayağı, prinsipsiz, əqidəsiz və məqsədsiz insanları sevmirəm. Yalnız öz rifahını düşünən insan gülüncdür. Çünki, onun həyat fəlsəfəsi “əlinə nə düşsə, dərhal ye” ifadəsindən ibarətdir.
  • Əminəm ki, şair öz dövrünün döyünən ürəyi olmalıdır. Əks halda, onun adı heç bir yerdə qalmayacaq.
  • Əsas odur ki, öz qarşında dürüst bir insan olasan. Zaman keçəcək və hamı kimin haqlı, kimin günahkar olduğunu başa düşəcəkdir.
  • Həyat ondan küsənləri incidir.
  • Kainat olduqca şeir olacaq.[1]
  • Qanadsız bir quşdur xülyasız şeir.
  • Mən gəncəm, bilirəm, istiqbalım var,
    Hələ bədr olmamış bir hilalım var,
    Yelkənim açılır, qara yel, əsmə!
    Mənim bu dəryada bir sandalım var.
  • Mən öləndə mənim şeirlərim insanların qəlbində yaşayacaq.Varlığın mənası məhz budur-özündən sonra iz qoymaq.
  • Mən valideynlərimi erkən itirdim. Ancaq ana, ömrünüz boyu xatırladığınız bir insandır, bu hansısa başqa bir xatirədir.
  • Mənim üçün ən yaxşı istirahət yay aylarında Abşeronda keçirdiyim günlərdir. Dəniz, qumlu çimərliklər, üzüm bağları, muğam sədaları altında axşamlar... Ruhun dincəlməsinə, yeni şeirlərin yazılmasına ilham verə biləcək bu cür töhvədən gözəl nə ola bilər?
  • Milli incəsənətin ənənələrinə yad olan insanları başa düşmürəm. Mən istərdim ki, tar həmişə səslənsin və ağrı və iztirabları yox, xalqımın yeni həyatında işığı, yaxşılığı əks etdirsin.
  • Sevgiyə gəldikdə, böyük bir azad hissin yolunu bağlamaq üçün edilən hər hansı bir cəhd faydasızdır.
  • Şairə ilhamdan maya gərəkdir.
  • Şeirlər dünyanın ağlı və ürəyidir və səmimiyyət və təbiilik onları əlaqələndirir.
  • Vətənçün yаşаyаn, vətənçün ölən

Səmimi bir insаn nə bəxtiyаrdır.

Mikayıl Müşfiq barədə olan fikirlər

[redaktə]
  • Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır. [2] İlham Əliyev
  • "Mikayıl Müşfiqi biz hamımız sevirdik. Amma Hüseyn Cavid onu daha çox sevirdi. Onun poeziyasını çox yüksək qiymətləndirirdi. Bir dəfə mənə "poeziyanın nəhəngi" yetişməkdədir, özümüzü yığışdırmalıyıq Şaiq!" dediyi sözlərini heç unuda bilmirəm." - Abdulla Şaiq[2]
  • "Müşfiqlə 1930-cu ildə Maarif İşçiləri evi kitabxanasında çalışdığım zaman yaxından tanış oldum. Şərqin dahi şairi Firdovsinin min illik yubileyi zamanı onun əsərlərindən Azərbaycan dilində Müşfiqlə bərabər tərcümə etməyə başladıq. Firdovsini tərcümə etdiyimiz zaman Müşfiq yorulmaq bilmirdi. O, böyük inadla çalışır, mahir bir üzgüçü kimi" - Mirmehdi Seyidzadə[2]
  • "Geniş salon ağzına qədər adamla dolmuşdur. Alqış səsləri dərələrdən şaqqıldayıb gələn gurultulu selləri xatırladırdı. Qarabuğdayı oğlan sağ əlini qaldırıb adamları sakit etmək istəyir, lakin alqış səsləri susmaq bilmir. Kürsidə bir an səssiz dayanan bu cavan Müşfiqdir. Mikayıl Müşfiq!... Gənc şair Mikayıl Müşfiq şeir oxuyur. Bəli o gənc idi. O, olduğundan daha artıq qüdrətli, daha gözəl bir şair ola bilərdi." - Rəsul Rza[2]
  • "Müşfiq az yaşadı, qısa sürən həyatında xalqına sədaqətlə xidmət etdi." - Nigar Rəfibəyli[2]
  • "Mikayıl Müşfiq az yaşadı. Lakin bu az müddətdə çox iş gördü. O, öz ölməz əsərləri ilə bərabər dünya ədəbiyyatının incilərini də doğma dilimizə çevirməyə macal tapdı." - Mirvarid Dilbazi[2]
  • "Müşfiqdə son dərəcə incə, şair ruhu vardı. Kobud zarafatı, bayağı zarafatları sevməzdi. Danışığında da, yaradıcılığında da zərif yumor hiss olunurdu. Bu yumor, yəni əsl zəriflik mənasında zarafat mənimlə onun arasındakı dostluğun möhkəmlənməsi üçün, elə bil sement rolunu oynayırdı. Müşfiq ürəkdən gülməyi sevirdi." - Sabit Rəhman[2]
  • "Müşfiq bir oddur ki, öz-özünü yandıracaq." - Hüseyn Cavid[3]
  • "Oxumaq, öyrənmək, düşünmək, axtarmaq, tapmaq, işləmək, yazmaq, tüğyan edən duyğular selini, baş alıb gedən fikirlər silsiləsini şeirə çevirmək, bir anını belə boş keçirmədən xalqa, onun inkişafına xidmət etmək! Mikayıl Müşfiq həyatının mənasını bunda görürdü. Lakin qəlbini, beynini, bütün varlığını hüceyrə-hüceyrə, gilə-gilə əridib təzə əsərlər yazmağa, xalqa, cəmiyyətə gözü dolusu, kamınca xidmət etməyə onu qoymadılar. Şairin zərif rübabını qaba əllər sərt daşlara çırpıb sındırdılar, onun gözəl şeirlər deyən şirin dili əbədi susduruldu." - Xəlil Rza Ulutürk[3]
  • "Müşfiq poeziya aləminə təsadüfi gəlməmişdir. Onun xalqa deməyə həm sözü vardı, həm də ehtiyacı." - Mehdi Hüseyn[3]
  • "Müşfiq haqqında düşünərkən böyük sənətkarımız Nəsimini xatırlayıram. Altı əsr əvvəl Nəsiminin başına gələnlər, altı əsr sonra ayrı qiyafədə, ayrı şəkildə onun layiqli övladı, sənət və tale balası Mikayıl Müşfiqin başına gəldi." - Cabir Novruz[3]
  • "Müşfiq xalqın bütün təbəqələrini: istər əkinçi, istər fəhlə, istər ziyalı, istər dövlət xadimi, diplomat olsun, fərqi yoxdur, ahənruba kimi özünə çəkən, çoşduran şairdir." - Zeynəb Xanlarova[3]
  • "Mikayıl Müşfiq fitrən şair yaranmışdı. O, bütün varlığı ilə ədəbiyyata, sənətə bağlı idi. Müşfiq həyatında bir gün də olsun ilhamsız yaşamırdı." - Mirmehdi Seyidzadə[3]
  • "Müşfiq elə bir parlaq şəxşiyyət və nadir istedad sahibi olan şairdir ki, nəinki yeddi il müddətində, heç yetmiş il də kifayət etməzdi. Onun bir şair kimi ən qabarıq xüsusiyyətlərindən biri həqiqəti yazmasıdır. Müşfiqin elə bir ciddi əsəri yoxdur ki, orada şəxsən həyatda tanıdığı adamların surətini, mənəviyyatını qələmə almamış olsun." - Dilbər Axundzadə[3]
  • "Müşfiq bizim nəsil üçün doğrudan da bir məktəb idi. Şeir məktəbi, qeyrət məktəbi və həqiqət məktəbi." - Fikrət Sadıq[3]
  • "Ömrümüzün hər çağında Müşfiqin büllur kimi saf, axıcı misralarını xatırlayacaq, nəğmələrini dinləyəcək, amma içəri dünyamızda daimi onun tükürpədici harayını da eşidəcəyik, “necə əl çəkim” rədifi qəlbimizdə həmişə qubar edəcək, döyünəcəkdir. Bu rədifin, bu misraların çıxılmaz kədərini, yanğısını, həsrətini ömür boyu duyacayıq." - Anar[3]
  • "Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və o dövrdə yaşamış başqa sənətkarlar öz əsərlərində xalqımızın milli azadlıq fikirlərini əks etdirmişlər. Onlar öz əsərləri, elmi fəaliyyətləri ilə Azərbaycan xalqının elm və mədəniyyətinin yüksəlməsinə çalışmış və beləliklə də xalqı gələcəyə, milli azadlığa, müstəqilliyə doğru aparmışlar." - Heydər Əliyev[3]

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.412.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 2,6 (2018) "Azərbaycan poeziyasının Mikayıl Müşfiq zirvəsi" Nəşr edən: Azərbaycan Milli Kitabxanası: 29. İstifadə tarixi: 23 oktyabr 2018.
  3. 3,00 3,01 3,02 3,03 3,04 3,05 3,06 3,07 3,08 3,09 "Thoughts on Mushfig". anl.az. anl.az. İstifadə tarixi: 24 oktyabr 2018.

Xarici keçidlər

[redaktə]

Vikianbarda Mikayıl Müşfiq ilə əlaqəli mediafayllar var.

Vikimənbədə Mikayıl Müşfiq ilə əlaqəli məlumatlar var.