Narahat
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Alınası şey barədə narahat ol, satılası şey barədə yox. Ərəb atalar sözləri
- Artıq xəyallarım suya düşəcək deyə narahat olmuram. Çünki, onlar düşə-düşə üzməyi öyrəniblər... Camal Sürəya
B
[redaktə]- Bir gün bir yoldaşı "Səni böyüyəndən sonra döyüşə çağırsalar sən bu boyla atına minənə qədər döyüş sona çatar." Napolyon yoldaşlarına baxar və belə deyər "Narahat olmayın, mən böyüyəndə məni döyüşə çağırdıqları zaman mən ata minməyəcəyəm, mən atıma minəndə döyüş başlayacaq. Napoleon Bonapart
- Biz aramızda baş verən mübahisə, anlaşılmazlıqlar və s görə narahat olmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır. Bu gün bilirəm ki, buna — Həyat deyilir... Çarli Çaplin
Ç
[redaktə]- Çəkmənin içində daş olanda insanı necə narahat edirsə, kino da elə narahat olmalıdır. Lars fon Trier
D
[redaktə]- Düşməninizi əsla səhv edərkən narahat etməyin. Napoleon Bonapart
E
[redaktə]- Eqoizm məhz əzab çəkməyə məcbur edildiyi üçün həqiqətin təhrikləri qarşısında narahat olmaq istəmir. Beləliklə, elə hey xarici aləmin vurduğu zədələrdən heç vaxt təsirlənməyəcəyini iddia edir. Hətta bu cür travmaların onun üçün həzz mənbəyi olduğunu irəli sürür. Ziqmund Freyd
- Ey başqalarının iztirablarına görə narahat olmayan! Sənə insan demək yaraşmaz. Sədi
Ə
[redaktə]- Əgər bir problemin həlli varsa, edilə biləcək şeylər hələ tükənməyibsə, onda narahat olmaq üçün səbəb yoxdur. Əgər həll yoxdursa, bu zaman da narahat olmağın bir faydası yoxdur. Yəni, narahatlığın heç bir halda faydası yoxdur. Tenzin Gyatso
- Əgər öz yaxşı işinə sevinib, pis işindən narahat olursansa, deməli, möminsən. Məhəmməd
- Ən çox narahat edən bizim mətbuatda dilin məqsədsizliyidir.[1] Nizami Cəfərov
H
[redaktə]- Həqiqət yalnız əzablarla gəlir. Bu həqiqətdir, narahat olmayın. Amma həqiqəti bildiyinə görə sənə nə pul ödəyirlər, nə də pay verirlər. Kədərli olan budur. Mixail Bulqakov
X
[redaktə]- Xeyirxah həmişə sakit olar, bədxah narahat. Monqol atalar sözləri
İ
[redaktə]- İcrasını özün bacardığın işdən ötrü heç vaxt başqasını narahat etmə. Lev Tolstoy
- İnsanların çoxu onları az narahat edən problemlərin həllinin mümkünsüz olduğunu düşünür. Sergey Dovlatov
- İnsanların səni tanımadıqlarından narahat olma, sən insanları tanımadığına görə narahat ol. Konfutsi
Q
[redaktə]- Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilər isə qadınların xatırladıqları şeylərə görə. Erix Mariya Remark
M
[redaktə]- Mən daha heç nəyi tam olaraq bəyənib və ya bəyənmədiyimi söyləmirəm. Bu həyata qarşı göstərilmiş ən mənasız münasibətdir. Özünə sahib olan insan, məmnunluğunu rahat tapdığı kimi kədərini də asanlıqla yenə bilər.Həyat andır, bundan sonrası yoxdur. Onu ən gur yanan məşəllə alovlandır. Gözəlliyi məhv olmayan hər şeyə qibtə edirəm. Qadınlar biz — kişilərlə bəşəriyyətin Tanrıyla davrandığı kimi davranırlar, onlar bizə səcdə edirlər, lakin həm də davamlı şəkildə bizdən nəsə etməmizi istəyərək narahat edirlər. Oskar Uayld
- Mən hər kəsi rahatlatmaq üçün gəlmədim, mən rahatları narahat etmək üçün gəldim. Əli Şəriəti
- Mən istənilən bir investisiya tezisində səhv axtarıram. Mən səhvi aşkar edəndə daha əminliklə hərəkət edirəm. Mən yalnız pozitiv tərəfləri görəndə nədənsə çox narahat oluram. Corc Soros
N
[redaktə]- Narahat ürəyi piy basmaz. Udmurt atalar sözləri
R
[redaktə]- Rahat durmayan narahat olar. Azərbaycan atalar sözləri/R
S
[redaktə]- Sənə qovuşmaq deyil niyyətim, narahat olma! Yolda bir dilənçi görsəm pul belə vermirəm. "Allah sevdiyinə qovuşdursun" deyər deyə. Yılmaz Ərdoğan
Ş
[redaktə]- Şəfəqqət ona deyilir ki, birinə namünasib bir iş üz verdikdə narahat olasan və onu aradan qaldırmağa çalışasan. Nəsirəddin Tusi
Ü
[redaktə]- Ürək narahat olanda yol da narahat olur. Yapon atalar sözləri