Məzmuna keç

Öküz

Paulus Potter: Öküz



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Barış zamanında bir yumurta, döyüş zamanında bir öküzdən daha yaxşıdır. Alman atalar sözləri
  • Bəzi insanlar hər gün gördükləri bir heyvanı yeyə bilmirlər, bəziləri də quş ətindən kənara çıxmır və özləri yetişdirdikləri toyuqları yeməkdən imtina edirlər, amma öküz və ya qoyun ətini, bazardan alınmış toyuq ətini iştahla yeyirlər. Mənə elə gəlir ki, bu cür davrananların vicdanlarını günahkarlıq əzabından, sanki bir şəkildə iştirak etdiklərini bir cinayətin iştirakçısı olmaqdan xilas olmağa çalışırlar, bacardıqları qədər bu səbəbi aradan qaldırırlar; və mən bunda vərdişin zalım gücünü, iştahın və zövqün həddindən artıq gücünün hələ də tamamilə kökündən qurtara bilmədiyi ibtidai dindarlığın və məsumiyyətin güclü qalıqlarını görürəm. Bernard de Mandevil
  • Boyunduruq bilir, öküz nə çəkir. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
  • Mərcə girərəm, sabah bir fanatik çıxıb tualetə getmək günahdır deyə fitva versə, tualetə getməyib altına qaçıracaq o qədər öküz var ki bu ölkədə (Türkiyə nəzərdə tutulur). Əziz Nesin
  • "Nə mutlu türkəm deyənə" sözünü belə anlamayan öküzlər var. Fatih Altaylı
  • Son xəbərlərə gəlincə, belə təəssürat yaranır ki, Avropa barbarları yenidən bir-birini məhv etməyə hazırlaşır. Rusiya-Türkiyə müharibəsi çalağanla ilanın mübarizəsini xatırladır: kiminsə məhv edilməsi nəticəsində dünyada bir dağıdıcı azalacaqdır. Göründüyü kimi, döyüşkənlik insan təbiətinin qanunu, kainat mexanizmindəki sürətli çoxalmanın yolunda bir maneədir. Quş həyətindəki xoruzlar bir-birini öldürürlər, ayılar, öküz və qoyunlar da eyni cür hərəkət edirlər, ilxıda at bütün gənc rəqiblərini öldürməyə çalışır və müəyyən müddət keçdikdən sonra onun özü gənc ayğırların qurbanı olur. Ümid edirəm ki, biz insanlar üçün kvakerlərin yolunun nə qədər faydalı olduğunu və ailəni dolandıranın həyatının döyüşçünün həyatından daha üstün olduğunu sübut edəcəyik. Təsəlli üçün o olar ki, dünyanın bir hissəsində ağılsızların məhv edilməsi digər hissələrində rifahın artmasına səbəb olur. Qoy bu, bizim qayğımız olsun və gəlin rusların buynuzdan, türklərin isə quyruqdan yapışdığı inəyi sağaq. Tomas Cefferson

Həmçinin bax

[redaktə]

Buğa

İstinadlar

[redaktə]