Məzmuna keç

Vəfa



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bədəsil əvvəl vəfa göstərər, sonra cəfa. Azərbaycan atalar sözləri/B
  • Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Həzrəti Əli
  • Bir adamın bir çox bacarıq, fənd, məlumat sahibi olduğuna baxma! Verdiyi sözdə dayanırmı? Vəfası varmı? Əsl ona bax! Mövlana Cəlaləddin Rumi
  • …Bu bitməz ömrümdə müasirlərimdən
    Bir nəfər tapmadım ki, onda həqiqət və vəfa olsun. Əbül-üla Gəncəvi
  • Bülbüldən çox da vəfa ummayın. Çünki hər dəm başqa bir gülün üzərində ötər. Sədi Şirazi
  • Dünya bir kişiyə vəfa qıldımı? Yusif Balasaqunlu
  • Dünyanın bir neçə şeyinə etibar etmə: böyüklərlə yaxınlıq, göyçəklərin gözəlliyi, qadının vəfası, divanələrin lütfü, sərxoşların bəxşeyişi, ağılsızların inamı, uşaqların xoş səsi, dünya malına uymaq, düşmənlərin hiyləsinə aldanmaq. Mir Möhsün Nəvvab
  • Ermənilərin eybi: bədfel, kündə bədən, oğru, gözü götürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıltlı, ağasına düşmənçilikdir. Qabusnamə
  • “Ədalət”ə daxil olan növlərin miqdarı on ikidir: birinci, sədaqət, ikinci, ülfət, üçüncü, vəfa, dördüncü, şəfəqqət, beşinci, rəhmdillik, altıncı, mükafat, yeddinci, ortaqlığın hüsnü, səkkizinci, hökmün hüsnü, doqquzuncu, hörmət, onuncu, təslim, on birinci, təvəkkül, on ikinci, ibarət. Nəsirəddin Tusi
  • Əhdə vəfa, dərdə şəfa. Kəlilə və Dimnə
  • Heç bir şey insanı vəfa və sədaqət kimi sıxmaz. Aqata Kristi
  • Həyatları boyu bir dəfə sevdiklərini söyləyən insanlar həqiqətən də dayaz düşüncəli insanlardırlar. Onların sədaqət və vəfa adlandırdıqları şeyi, mən ya adətlərdən doğmuş süstlük, ya da xəyal çatışmazlığı adlandırardım. Oskar Uayld
  • Kim vəfa yoluna mərdanə gəldi,
    Ordan comərdliyə qalxıb yüksəldi.
  • Qız idim, geydirdilər əbr-vəfa köynəyini, nişanlandım, geydirdilər zövqü-səfa köynəyini, gəlin oldum, geydirdilər cövrü-cəfa köynəyini. Azərbaycan atalar sözləri/Q
  • Məhəbbətlə nəzər salsa mənə ay üzlü canan,
    Vəfa nuru ilə dünyadə çətinliklər olur asan. Hafiz Şirazi

Həmçinin bax

[redaktə]

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.69
  2. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,