Məzmuna keç

Yusif Balasaqunlu

Yusif Balasaqunlu
Doğum tarixi 1019
Doğum yeri Balasaqun
Vəfat tarixi 1077
Vəfat yeri Qaşqar
Dəfn yeri Mausoleum of Yusuf Khass Hajib
Vikipediya məqaləsi

Yusif Balasaqunlu (təxəllüsü Yusif Has Hacib;1020–1075) — orta əsrlər türk dünyasının ən böyük mütəfəkkirlərindən biri, məşhur "Qutadqu-bilik" əsərinin müəllifi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Acgöz adam dünyaya sahib olsa da, gözü yenə onda-bundadır.
  • Ağzından yalan söz çıxartma;
    Yalan söz adamı ucuzlaşdırar.
  • Bəy ədalətli olmalıdır. Ey hakim, uzun müddət ölkədə hökmranlıq etmək istəyirsənsə, qanunu düzgün tətbiq etməli və xalqı qorumalısan.
  • Bəy səbirli və sakit olmalıdır. Səbir və əmin-amanlıq bəy üçün bir bəzəkdir; bunlar prinsipiallığın ilkin fəzilətləridir.
  • Bir bəy üçün ən pis şeylərdən biri inadkarlıqdır.
  • Bu dünyada xoş şeylər azdır, xoş olan da çox vaxt ancaq başlanğıcdadır.[1]
  • Danışmaq istəyirsənsə, de, ancaq qısaca ki, onun mənası bir sözdə olsun.
Qırğızıstanın milli valyutası üzərində Yusif Balasaqunlunun şəkli
  • Dünya bir kişiyə vəfa qıldımı?
  • Fikir nə qədər dəyərlidirsə, onu gerçəkləşdirmək də bir o qədər çətindir. Balasaqunlu Yusif
  • Həmişəlik yadınızda saxlayın: baş ilə birgə dili də kəsib atırlar.
  • İnadkarlıq insan üçün ağır bir yükdür; özünüzü inadkarlıqdan azad edin və mübarizə aparın.
  • İnsanların üç dünya sevinci var: Yemək bolluğu onlardan birincisidir, Sağlamlıq bizim üçün ikinci sevincdir, Sevgi son dünya sevincidir.
  • Qanun ilə el genişlənər, dünya nizama düşər. Zülm ilə kiçilər, dünya qarışar.
  • Öz maraqlarına görə insanlar israrlıdırlar.

Əqrəb kimi bir-birini yeyirlər.

  • Sərvət duzlu su kimidir: Biz içirik və heç vaxt sərxoş olmuruq.
  • Təkəbbürlü adam etinasız olur, etinasız isə ya tar-mar olur, ya da vaxtsız ölür.

İstinadlar

[redaktə]