Padşah
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aclıq dərmanların padşahıdır. Aclığı canla könüllə mənimsə, onu xor görmə. Mövlana Cəlaləddin Rumi
- Allaha əl çatmır, padşaha söz. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
B
[redaktə]- Biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq: Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya və qeyri qul deyil? Və buna səbəb bizim ata, baba adətləridir. Nə qədər böylə olsa biz tərəqqi etməyəcəyik və edə bilmərik. Həsən bəy Zərdabi
E
[redaktə]- Ev bir məmləkətə bənzəyir, evdar arvad isə onun padşahına. Yusif Vəzir Çəmənzəminli
H
[redaktə]- Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pııla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadan ayırmaz, Həqiqəti təmiz məhəbbət məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir. Nəriman Nərimanov
X
[redaktə]- Xristianlıqda insana münasibətdə ikilik var. Bir tərəfdən insan yıxılmış və günahkar bir varlıqdır, təkbaşına ayağa qalxa bilmir, azadlığı zəifləyir, təhrif olunur. Amma digər tərəfdən, insan Allahın surəti və bənzəridir, yaradılışın zirvəsidir, o, padşahlığa çağırılır, Allahın Oğlu insan oldu və Onda əbədi insanlıq var. Allahın əbədi insanlığında insanla Tanrı arasında mütənasiblik vardır. Bu mütənasiblik olmadan vəhyin mümkünlüyünü anlamaq mümkün deyil. Vəhy təkcə aşkar edənin deyil, həm də vəhyi qəbul edənin fəaliyyətini nəzərdə tutur. İkiqatdır. Nikolay Berdyayev
İ
[redaktə]- İsa heç vaxt siyasətə qarşı deyildi. O, sadəcə istəyir ki, biz bilək ki, yuxarıda bundan da güclü qüdrət var. Biz bilməliyik ki, bütün siyasət sistemlərinin üstündə padşahların Padşahı və rəbblərin Rəbbi var. Frederik Çiluba
Q
[redaktə]- Qənaətdən heç kim ölmədi, hirslə da heç kim padşah olmadı. Mövlana Cəlaləddin Rumi
O
[redaktə]- On dərviş bir kilimdə yatarkən iki padşah bir dünyaya sığmaz. - Sədi
P
[redaktə]- Padşah xəzinəsi də altı şahılıq qıfıla möhtacdır. Azərbaycan atalar sözləri/P
- Padşah uzaqda, allah yuxarıda, kimə deyəsən dərdini?! Azərbaycan atalar sözləri/P
- Padşahın ayağı dəyən yerdə yeddi il ot bitməz. Azərbaycan atalar sözləri/P
- Padşahın da dalınca danışarlar. Azərbaycan atalar sözləri/P
- Padşahın da rəiyyətə işi düşər. Azərbaycan atalar sözləri/P
- Padşahın söhbətinin əvvəli – dirilik, axırı – ölüm. Azərbaycan atalar sözləri/P
S
[redaktə]- Savaşın ən üstünü adamları sıxışdıran, onlara zülm edən padşahın qarşısında doğru söz söyləməkdir. Məhəmməd peyğəmbər
Y
[redaktə]- Yer üzünün məskunlaşmış əraziləri iki padşah arasında bölünməyə layiq deyil. Teymurləng