Nikolay Berdyayev
Jump to navigation
Jump to search
Nikolay Aleksandroviç Berdyayev - rus filosofu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Azad insan inqilab edə bilər, amma qiyam qaldırmaz, çünki azad şəxs dövlətinin və vətəninin taleyi haqqında düşünür.
- Azad insan kölədən onunla fərqlənir ki, o özünü idarə etməyi bacarır, qəlbən kölə olan insan isə yalnız tabe olmağı və qiyam qaldırmağı bacarır. [1]
- Azadlıq ilk növbədə özünüidarə deməkdir.
D[redaktə]
- Dövlət yer həyatını cənnətə çevirmək üçün deyil, nəhayət cəhənnəmə çevrilməsinin qarşısını almaq üçün mövcuddur.
H[redaktə]
- Hər bir xalq haqqında onun tənəzzül dövrləri əsasında deyil, yüksəliş çağları əsasında fikir yürütmək lazımdır. [2]
X[redaktə]
- Xalq kəmiyyət deyil, keyfiyyətdir.
- Xalq o zaman yetkinlik səviyyəsinə çatır ki, özünü idarə etməyi bacarır.
- Xalqların qardaşlığının yaradılması ictimai təşkilatla həll olunmayan mənəvi bir vəzifədir. O, mücərrəd-ümumi assosiasiyanı deyil, insanların və xalqların fərdiliyini nəzərdə tutur.
İ[redaktə]
- İqtisadiyyat insan həyatının sadəcə şərti və vasitəsidir, lakin onun məqsədi, ən yüksək dəyəri və müəyyənedici səbəbi deyil.
- İnsan həqiqəti dərk etməsə azad ola bilməz.
- İnsanlara məhəbbətdən və onların qayğısına qalmaqdan deyil, öz nəfsinin xilası üçün edilən yaxşılıqlar heç də yaxşı deyil. Sevgi olmayan yerdə yaxşılıq da yoxdur.
- İnsanların qardaşlığı insanların və insan cəmiyyətlərinin təbii halı ola bilməz. Təbiətdə insan insanın qardaşı deyil, canavardır və insanlar bir-birinə qarşı şiddətli mübarizə aparırlar.[3]
Q[redaktə]
- Qiyam köləliyin astar üzüdür.
M[redaktə]
- Möcüzə gözləmək rus xalqının ən zəif cəhətlərindən biridir.
S[redaktə]
- Sevgidə despotizm və köləlik var. Ən despotik isə qadın sevgisidir, özü üçün hər şeyi tələb edir!