Paxıl
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
[redaktə]- Dostunun az olmasını istəmirsənsə, paxıl olma. Nuşirəvan Adil Xosrov
H
[redaktə]- Həmişə könlünün xoş olmasını istəyirsənsə, paxıl olma. Qabusnamə
İ
[redaktə]- İnsanın təbiətində nə qədər çox qısqanclıq varsa, bir o qədər çox şeyə nail olanları tənqid edir. Əgər siz tənqidi danışırsınızsa və neqativ fikirlər səsləndirirsinizsə, bu, öz uğursuzluqlarınızın qarışıq, nifrətlə dolu zehnin səbəb olduğu ola bilər. Psixi sağlamlığın əlaməti başqaları nail olduqda sevinmək və onlarla birlikdə sevinməkdir. Heç vaxt özünüzü və ya nailiyyətlərinizi başqaları ilə müqayisə etməyin, ancaq özünüzlə müqayisə edin. Özünüzlə davamlı rəqabət aparın. Bu, sizi daha yüksək standartlara və nailiyyətlərə nail olmağa məcbur edəcək. Kinli və ya paxıl fikirlərə qapılmaqla özünüzü məğlub etməyin. Düzgün, sevgi, ümid və nikbinliklə düşünün və həyatda qələbə qazanacaqsınız. Norman Vinsent Pil
Q
[redaktə]- Qonşu paxıl olmasa, bağ çəpəri neylər?! Azərbaycan atalar sözləri/Q
P
[redaktə]- Paxıl adam elə bilər ki, qonşusunun ayağı sınsa, o daha yaxşı yeriyər. Danimarka atalar sözləri
- Paxıl adam öz gəlirindən çox özünə ziyan vurur. Mahatma Qandi
- Paxıl adamın rahatlığı olmaz. İmam Əli
- Paxıl adamla dostluq etməkdən uzaq ol. Çünki paxıl şəxs möhtac olduğun şeyi səndən əsirgəyər. İmam Əli
- Paxıl artmaz. Azərbaycan atalar sözləri/P
- Paxıl artsa, qurd artar. Azərbaycan atalar sözləri/P
- Paxıl bədbəxt olar. Adıgey atalar sözləri
- Paxıl olma, qüssən olmasın. Azərbaycan atalar sözləri/P
- Paxıl olmasan dərdin olmaz. Azərbaycan atalar sözləri/P
- Paxıl ölər, paxıllıq heç vaxt ölməz. Molyer
S
[redaktə]- Simicliklə ehsan bir yerə sığmaz. Yəni paxıl kimsə ehsan edə bilməz. İmam Əli