Ana
Görünüş
(Analar səhifəsindən yönləndirilmişdir)
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adam özünə dost seçə bilər, arvad seçə bilər, lakin ananı seçmək olmaz. Ana birdir. Onu sevərlər, çünki anadır. İlya Erenburq
- Ağıl ana südüylə verilməyincə, özgəsindən gözləmə. Udmurt atalar sözləri
- Ağlamaq üçün ən yaxşı yer ana qucağıdır. Aleksandr Düma (ata)
- Axmaq cavan arvadı ilə fəxr edər, ağıllı doğma anası ilə. Rus atalar sözləri
- Allah - təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar. Məhəmməd
- Amerikalı qadınlar, dünyanın bir çox başqaları kimi, əsasən ikinci dərəcəli vətəndaş kimi yaşamaq üçün təlim keçmişdilər və ikinci dərəcəli vətəndaş kimi yaşamaq qurban kimi yaşamaq demək idi. Yalnız onlara tam sosial və iqtisadi bərabərlik verməklə dünyanın orta səviyyəli anaları, arvadları və qızları özlərini və doğduqları övladlarını təmin etmək şansına malik idilər. Aberjhani
- Ana ağaca çıxanda, qızı budaq-budaq gəzər. Azərbaycan atalar sözləri/A
- Ana, ata yaxşı tərbiyə almışlarsa, uşaqlar da tərbiyəli olar. Yohann Volfqanq Göte
- Ana, bala ucundan canını oda yaxar. Azərbaycan atalar sözləri/A
- Ana balaca uşaqların dodaqlarında və qəlbində Allahın adıdır Uilyam Tekkerey
- Ana bir olduğu kimi vətən də birdir. Rus atalar sözləri
- Ana! Dünyada sənin müqəddəsliyini təmin edə biləcək hələ heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmamışdır. Məmməd Səid Ordubadi
- Ana evin dirəyidir. Lak atalar sözləri
- Ana fikri bala yanında, bala fikri - biyabanda. Tatar atalar sözləri
- Ana haqqı, Tanrı haqqı. Dədə Qorqud
- Ana hara - qız da ora. Lak atalar sözləri
- Ana hər bir evin dirəyidir. Amma bunu yalnız həyat sona çatana yaxın başa düşürlər. Teodor Drayzer
- Ana hər cür fəzilətin, tərbiyənin beşiyi, ailə ocağının səadət keşikçisidir. Füyuzat jurnalı
- Ana, hər vaxt haqlıdır. (Herman Sudermann)
- Ana, həyatın sonsuzluğudur. Emil Zolya
- Ana iki dəfə düşünməlidir - bir dəfə özü, bir dəfə övladı üçün. Sofi Loren
- Ana insaniyyətin məşəl aparanıdır. Yusif Vəzir Çəmənzəminli
- Ana instinkti sayəsində qadın birinci dərəcəli kişinin yüz səhmindən bir səhminə malik olmağı, ikinci dərəcəli kişiyə aid bütün səhmlərə malik olmaqdan üstün tutur. Corc Bernard Şou
- Ana kimi yar olmaz, Vətən kimi diyar. Azərbaycan atalar sözləri/A
- Ana qəlbi möcüzələr xəzinəsidir. Pyer Jan Beranje
- Ana qəlbi uşağın məktəbidir. Henri Uord Biçer
- Ana qəzəbi qar kimidir,; çox yağar, tez əriyər. Çeçen-inquş atalar sözləri
- Ana qızına taxt vermiş, ata qızına baxt vermiş. Türk atalar sözləri
- Ana qızıyla olan yerdə gəlinə düyü çatmaz. Benqal atalar sözləri
- Ana qoyun haradadırsa, quzu da oradadır. Afrika atalar sözləri
- Ana məhəbbəti qocalmır. Alman atalar sözləri
- Ana! Mən hələ sənin üçün uşağam. Axı niyə başımı qucağına qoyub ağlaya bilmirəm? Niyə axı mən güclü olmalı və hər şeyə tab gətirməliyəm? Erix Mariya Remark
- Ana necədirsə, qızlarının tərbiyəsi də elədir. İnquş atalar sözləri
- Ana nikbindir, əqidəli, həyatpərvər və dünya tərəfdarıdır. Yusif Vəzir Çəmənzəminli
- Ana o deyil ki - doğub, ana odur ki - böyüdüb. Rus atalar sözləri
- Ana olmamış qadın onun taleyinə yazılmış ən möhtəşəm şansı qaçırmış qadındır. Erix Mariya Remark
- Ana olmasa nə şair olar, nə qəhrəman
- Ana on uşağı yedirə bilir, on uşaq bir ananı yedirə bilmir. Vyetnam atalar sözləri
- Ana övladlarının zehnini tərbiyə etmək və təkmilləşdirmək ümidi ilə Ezopun nağıllarını oxumaq üçün verdi; lakin çox keçmədən kitabı geri gətirdilər və ən böyüyü, yaşından çox müdrik, özünü belə təslim etdi: Bu, bizim üçün kitab deyil; çox uşaqca və axmaqdır. Bizi inandıra bilməzsən ki, tülkülər, canavarlar, qarğalar danışa bilirlər; bu cür hekayələrdən kənara çıxmışıq! Bu gənc ümidlilərin içində gələcəyin maariflənmiş Rasionalistləri var. Artur Şopenhauer
- Ana öyrədən uşaq diribaş, ata öyrədən ağıllı olur. Vyetnam atalar sözləri
- Ana öz gücünü övladından alır. Sofokl
- Ana öz uşağının üstündə necə əsirsə biz də öz dostlarımız üçün o cür əsməliyik. Qautama Budda
- Ana rəhmindən gəldik bazara; Bir kəfən aldıq döndük məzara! Yunus Əmrə
- Ana sevgisi şərtsizdir, qoruyucudur, isti bir sığınacaqdır. Şərtsiz olduğu üçün əldə edilə bilməz. Erix Fromm
- Ana sevgisinə layiq olmaq lazım deyil. Siz atanızın haqqına layiq olmalısan. Robert Li Frost
- Ana sevmədiyi hər şeyi başa düşmək üçün çox ağıllıdır. Arnold Bennett
- Ana səbri böyükdür. Azərbaycan atalar sözləri/A
- Ana, səndən necə ayrılım, axı səndən başqa kimin üzərimdə haqqı var?! Erix Mariya Remark
- Ana sərçə bala qu quşunu o qədər yedizdirdi ki, axırda qu quşu onun başını qopardı. Uilyam Şekspir
- Ana südü ilə içiləni dəyişə bilməzsən. İndoneziya atalar sözləri
- Ana südüylə gəlməyən vərdiş, mal südüylə gəlməz. Tatar atalar sözləri
- Ana! Şeirlərimdə ananı necə vəsf edə bilərəm? Mən bunu bacarmaram və buna cürət edə bilmərəm... Bütün qəbul edilmiş etiraflar, deyilmiş sözlər onun yanında heç nədir. Mikayıl Müşfiq
- Ana şəfqət abidəsi, ata ədalət nümunəsi, ana sevgi qəhrəmanı, ata iftixar məqamı, ana şəfqət təlimçisi, ata iffət təlimçisi, ana qəlb, ata beyin, ana bağça, ata bağban, ana torpaq, ata su, ana günəş, ata isə nurdur. Ata və ana bir bədəndə bir ürək kimidir. Füyuzat jurnalı
- Ana torpağa baş əy, o sənə yüz qat mükafat verəcək. Rus atalar sözləri
- Ana uşaqlarını yedirəndə səma və dəniz kimi səxavətli olar; uşaqlar ananı yedirəndə hər günü hesab eləyərlər. Vyetnam atalar sözləri
- Ana uşağı yedirir - torpaq insanı yedirən kimi. Çeçen-inquş atalar sözləri
- Ana ürəyi – dağ çiçəyi. Azərbaycan atalar sözləri/A
- Ana ürəyi- dərinliyində həmişə bağışlanma tapılacaq bir uçurumdur. Onore de Balzak
- Ana ürəyi zərif bir ipək, ata biləyi Haqqın əkdiyi bir dirəkdir. Nə ananın ürəyini, nə də atanın biləyini sındır. Sabah yuva quranda ocağınla onlar arasında körpü ol. Ata-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik. Şeyx Ədabali
- Anadan əmdiyim süd burnumdan gəldi. Azərbaycan atalar sözləri/A
- Anadan əziz yenə anadır. Azərbaycan atalar sözləri/A
- Anadan yaxşı yavər olmaz. Azərbaycan atalar sözləri/A
- Analar bəşəriyyətin əxlaq zəmanətçiləri, ruh və mənəviyyat qurucularıdır. Füyuzat jurnalı
- Analar bir əlləriylə uşağını, digər əli ilə dünyanı yelləyərlər. Napoleon Bonapart
- Analar böyük vəzifələrini ifa etdikcə, heç bir əvəz almaq fikrində olmurlar. Yusif Vəzir Çəmənzəminli
- Analar, hər şeyi görməsələr belə ürəkləri ilə eşidərlər. (Ostrovoski)
- Analar öz uşaqlarını daha çox sevirlər. Çünki, onlar əmindirlər ki, bu onların uşaqlarıdır. Aristotel
- Analar təpədən dırnağadək sevgi ilə doludur. Ralf Uold Emerson
- Analar uşaqlarının ağlından tutacaqları yerdə əllərindən tuturlar. (Duponloup)
- Analara oğul lazımdır, oğula isə arvad. İnquş atalar sözləri
- Anaları islərinə qarışmağı davam etdikcə, heç kim yaşlı deyil.. (E.Paul Hovey)
- Anaları olmasa arılar pətəkdəcə ölər. Udmurt atalar sözləri
- Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər. Azərbaycan atalar sözləri/A
- Analı qızın işi görünər, anasız qızın dişi. Azərbaycan atalar sözləri/A
- Analı quzu, xınalı quz. Azərbaycan atalar sözləri/A
- Analıq əsl mənada bütün uşaqları əhatə etməlidir. Bu həqiqəti çox az adam dərk etdiyi üçün uşaq həyatı istilikdən, sevgidən, rəngdən və gözəllikdən o qədər boşdur. Ev – bu gün onun sakinlərinin çoxunun qaçmaq istədiyi qəfəsdən başqa nədir? Yox, mən heç vaxt xoşbəxtliyi belə yerdə tapmamalıydım. Emma Qoldman
- Analıq, qadınlığın tamamlayıcısıdır. (Aleksandr Düma)
- Analıq sənətinin ilk şərti uşaq yatdıqdan sonra yatmaqdır. Anatol Frans
- Anan soruşduqda, "Bir məsləhət istəyirsən?" sırf formallıqdır. Bəli və ya yox cavabını verməyin fərqi yoxdur. Onsuz da alacaqsan. Erma Bombek
- Ananı, atanı say. Bərəkət böyüklərlədir. Ana çilə yumağıdır, ata isə dua qaynağı... Şeyx Ədabali
- Ananın ağlamağındansa, uşağın ağlamağı yaxşıdır. [Alman atalar sözləri]]
- Ananın beşiyə qədər oxuduqları tabuta qədər gedir. Henri Uord Biçer
- Ananın dili danlayır, ürəyi yanır. Udmurt atalar sözləri
- Ananın əlini öpmüş kimi torpağı öpürəm, Vətən bizim torpaq anamızdır. Bu ülvi və çətin anda həmvətənlərimin yanında olmağı özümə borc bilirəm. II İohann Pavel
- Ananın ərköyün oğlu hambal olar. Azərbaycan atalar sözləri/A
- Ananın səbri tükənməz olur. Azərbaycan atalar sözləri/A
- Ananın sənin üzərindəki haqqı budur: heç kimi daşımadığı bir yerdə səni daşıdığını bilməlisən, heç kimə daddırmadığı ürəyinin meyvəsilə səni bəsləmişdir və səni sevə-sevə qulağı, gözü, əli, ayağı, saçı, dərisi və bütün əzalarıyla qorumuşdur. Hamiləlik dönəminin bütün çətinlik, dərd-qəmlərilə yüklənən yenə də o olmuşdur. Sonra Rəbbin səni ondan ayırıb dünyaya gətirdi. Ac qalıb səni doyuzdurmağa, libassız qalıb səni geyindirməyə, susuz qalıb sənə su verməyə, günəşdə qalıb səni kölgədə saxlamağa, çətinliklər çəkərək səni naz ilə yetişdirməyə, yuxusuz qalıb səni şirin-şirin yatızdırmağa razı olan yenə də o olmuşdur. O, sənin həyat qaynağındır. Qucağı-hüzur tapdığın yer, sinəsi-susuzluğunu aradan qaldırdığın yer, özü isə sənin bəlalara qarşı qalxanın olmuşdur. Dünyanın isti və soyuğuna sənin üçün şəxsən özü səbir edən yenə də o olmuşdur. Elə isə bu yaxşılıqlar miqdarında ona təşəkkür et. İmam Səccad
- Ananın yüz dəfə döyməsi atanın bir hədəsindən xoşdur. Vyetnam atalar sözləri
- Ananıza itaət etməsəniz, ögey ananıza itaət edə bilərsiniz. Mərakeş atalar sözləri
- Anası döydüyü halda, yenə "ana" deyə ağlayan bir uşaqdır eşq. Camal Sürəya
- Anası gəzən ağacları balası budaq-budaq gəzər. Azərbaycan atalar sözləri/A
- Anası ilə o bir-birini həmişə beləcə sükut içində sevəcəklər. Günlərin birində ya anası, ya da onun özü dünyadan köçəcək və onlar heç vaxt bir-birini sevdiklərini dilə gətirə bilməyəcəklər. Taun
- Anası pis olanla evlənməyin. Altay atalar sözləri
- Anası savadsız olan xalq kordur. Hacı Zeynalabdin Tağıyev
- Anası tərifləyən qızın qiyməti artmadı. Çeçen-inquş atalar sözləri
- Anasına bax qızını al, qırağına bax bezini al. Azərbaycan atalar sözləri/A
- Anasına qulaq asmayan, vətənini də eşitməz. Malayal atalar sözləri
- Anasından ayrı düşən quzunu qurd yeyər. Azərbaycan atalar sözləri/A
- Anasının könülünü qıran böyük günah işləmiş olar Məhəmməd peyğəmbər
- Anasının mübahisəsiz sevimlisi olan bir insan həyatı boyu həqiqi müvəffəqiyyətə səbəb olan qalibiyyət və uğura inam hissi ilə yaşayır. Ziqmund Freyd
- Anasının südündən doymayıb, atasının barmağını sorur. Benqal atalar sözləri
- Anasızın gördüyü iş danlaqsız bitməz. Azərbaycan atalar sözləri/A
- Anaya baxıb qızı, ataya baxıb oğulu tanıyarlar. Əfqan atalar sözləri
- Anaya etibar edənlə, torpağa etibar edən uduzmaz. Teluqu atalar sözləri
- Ana atadan üç dəfə üstündür. Məhəmməd peyğəmbər
- Ata-ana bədəni, müəllim ürəyi yaradır. Monqol atalar sözləri
- Ata-ana qızı toya qədər qoruyur, ər - axıra qədər. Rus atalar sözləri
- Ata-ana övlad üçün, övlad - özü üçün. Abxaz atalar sözləri
- Ata-ana sağdır - hörmət elə, ölüb - xatırla. Yapon atalar sözləri
- Ata-ananın şöhrətinin şöləsi uşaqların da üstünə düşür. Yapon atalar sözləri
- Ata-ana uşağı sevməyəndə uşaq onlardan da küsür. Monqol atalar sözləri
- Ata-ananın borcu övladlarına, hər şeydən əvvəl, vicdanlı olmağı öyrətməkdir. Nəsirəddin Tusi
- Ata-ananın övlada məhəbbəti təbii, övladların ata-anaya məhəbbəti isə iradidir. Nəsirəddin Tusi
- Ata-anasını soruşurlar - dinmir; sevgisini heç soruşan yoxdur - özü danışır. Monqol atalar sözləri
- Ata öldü - dayı qaldı, ana öldü - xala döş verdi. Vyetnam atalar sözləri
- Ata tərəfi qohumlarını pisləmə, ana tərəfi qohumlarını tərifləmə. Avar atalar sözləri
B
[redaktə]- Bala uğrunda ata-ana can qoyar. Azərbaycan atalar sözləri/B
- Balası itən analar bir-birini çox istər. Ərəb atalar sözləri
- Bəsdir artıq! Heç kimin qollarında ölmək istəmirəm artıq, anamın ayaqlarının dibinə basdırın məni, o bəsdi. Ece Ayhan
- Bəşəriyyətin və planetimizin xilası qadının əlindədir. Qadın öz əhəmiyyətini, Dünya Anasının böyük missiyasını dərk etməlidir; o, bəşəriyyətin taleyi üçün məsuliyyət daşımağa hazır olmalıdır. Helena İvanovna Roeriç
- Bəzi qadınlar nədənsə elə fikirləşirlər ki, uşaq doğmaqla ana olmaq eyni şeydir. Coyl Harris
- Bir ana duası yeddi kişi qarğışını heç edər. Kürd atalar sözləri
- Bir ana öz oğlunu kişi etmək üçün iyirmi il əziyyət çəkir, başqa bir qadın isə iyirmi dəqiqədə onu axmaq edir. Robert Li Frost
- Bir ana üçün, övladının qapısında dayanıb, ondan sədəqə istər kimi sevgi dilənməkdən daha qürur incidici bir şey ola bilməz. Fyodor Dostoyevski
- Bir ana üçün uşağının ən sevimli olduğu zaman yatdığı zamandır. Ralf Uold Emerson
- Bir ana üçün yumurtanı ovuc içində qovursan belə, yenə də borclu olacaqsan. Dargin atalar sözləri
- Bir ana ürəyi, dibində həmişə əfv olan bir uçurumdur. Onore de Balzak
- Bir ananın yeddi uşağa çəkdiyi qayğı, yeddi uşağın bir anaya çəkdiyi qayğıdan çox olur. Rus atalar sözləri
- Biz anadan zəif doğuluruq-bizə güc lazımdır, biz anadan köməksiz doğuluruq - bizə kömək lazımdır, biz anadan mənasız doğuluruq - bizə ağıl lazımdır. Doğularkən malik olmadığımız və böyüyərkən onsuz keçə bilmədiyimiz hər şey tərbiyə ilə verilir. Jan Jak Russo
- Böyük uğurlar qiymətli anaların böyütdükləri övladlarının əməllərinin bəhrəsidir. Mustafa Kamal Atatürk
- Böyüklərin məzarlarına baxanda içimdə hər bir paxıllıq hissi ölür; gözəlin kitabələrini oxuyanda hər hədsiz arzu sönər; qəbir daşının üstündə ata-ana kədəri ilə qarşılaşanda ürəyim şəfqətlə əriyir; Valideynlərin məzarını görəndə, tezliklə arxasınca getməli olduğumuz adamlar üçün kədərlənməyin mənasız olduğunu düşünürəm: onları taxtdan salanların yanında yalan danışan padşahları görəndə, yan-yana yerləşdirilmiş rəqib zəkaları və ya yarışları və mübahisələri ilə dünyanı parçalayan müqəddəs insanları düşünəndə, bəşəriyyətin kiçik yarışları, qruplaşmaları və mübahisələri haqqında kədər və heyrətlə düşünürəm. Mən məzarların üzərində bəzilərinin dünən və ya təxminən altı yüz il əvvəl vəfat etdiyini oxuyanda, hamımızın Müasir olacağımız və birlikdə görünəcəyimiz o böyük Günü düşünürəm. Jozef Addison
- Bu, anaların sirlərindən biridir: nəinki ölü hesab edilənləri, hətta həqiqətən ölmüş olanları da övladlarını bir daha görmək ümidini heç vaxt itirməzlər; və əgər ölmüş oğul anasının qarşısında yenidən dirilmək mümkün olsaydı, o, onu o biri dünyadan deyil, bu dünyanın uzaq ölkələrinin birindən qayıtmış kimi təbii olaraq qucağında saxlayardı. Ana övladının uzaq ölkəyə, yaxın ölkəyə və ya ölümə getməsinə tamamilə biganə olaraq həmişə onun qayıtmasını gözləyir. Jozef Rot
- Bu dünyada fasiləsiz olaraq işləyən analar və evdar qadınlardan başqa heç bir işçi yoxdur. Onlar tətilin nə olduğunu bilməyən bir sinifdəndirlər. Anna Morrou Lindberq
- Bu ölülərin hamısı insanlardır, bu ölülərin hamısı mənim kimi nəfəs alırdı, bu ölülərin hamısının atası, anası, sevdikləri qadınlar, kök saldıqları bir torpaq parçası, sevinclərindən və kədərlərindən danışan üzləri var idi. İşığı və göyü görən gözlər. Bu saatda kor olduğum üçün kor olduğumu, bu saatda nəhayət bütün bu ölülərin, fransızların və almanların qardaş olduğunu və mənim onların qardaş olduğumu bilirəm. Ernst Toller
- Bu uzaq nöqtədən Yer xüsusi maraq doğurmaya bilər. Amma bizim üçün fərqlidir. Bu nöqtəni bir daha nəzərdən keçirin. Ora bura, o ev, o bizik. Onun üzərində sevdiyiniz hər kəs, tanıdığınız hər kəs, indiyə qədər eşitdiyiniz hər kəs, indiyə qədər olan hər bir insan öz həyatını yaşadı. Sevincimizin və iztirabımızın məcmusu, minlərlə inamlı dinlər, ideologiyalar və iqtisadi doktrinalar, hər ov və ovçu, hər qəhrəman və qorxaq, sivilizasiyanın hər yaradıcısı və məhvedicisi, hər bir kral və kəndli, hər sevgi dolu gənc cütlük, hər ana və ata, ümidli uşaq, ixtiraçı və kəşfiyyatçı, hər bir əxlaq müəllimi, hər korrupsioner siyasətçi, hər bir “super ulduz”, hər bir “ali lider”. Yer böyük bir kosmik arenada çox kiçik bir mərhələdir. Bütün o generallar və imperatorlar tərəfindən tökülən qan çaylarını düşünün ki, onlar şöhrət və zəfər içində bir nöqtənin bir hissəsinin ani ustası ola bilsinlər. Bu pikselin bir küncünün sakinlərinin başqa bir küncün çətin ki, fərqlənən sakinlərinə baş çəkdikləri sonsuz qəddarlıqları, onların nə qədər tez-tez anlaşılmazlıqlar etdiyini, bir-birlərini öldürməyə nə qədər həvəsli olduqlarını, nifrətlərinin necə qızğın olduğunu düşünün. Duruşlarımız, təsəvvür edilən öz əhəmiyyətimiz, Kainatda hansısa imtiyazlı mövqeyə malik olduğumuza dair aldanışımız bu solğun işıq nöqtəsi ilə mübahisə edir. Planetimiz böyük kosmik qaranlıqda tənha bir ləkədir. Bizim qaranlıqda, bütün bu genişlikdə bizi özümüzdən xilas etmək üçün başqa yerdən kömək gələcəyinə işarə yoxdur. Yer bu günə qədər həyatın yaşadığı yeganə dünyadır. Ən azından yaxın gələcəkdə növlərimizin köçə biləcəyi başqa heç bir yer yoxdur. Ziyarət, bəli. Razılaşın, hələ yox. İstəsək də, istəməsək də, bu an üçün Yer bizim dayandığımız yerdir. Astronomiyanın alçaldıcı və xarakter formalaşdıran bir təcrübə olduğu deyilir. Bəlkə də kiçik dünyamızın bu uzaq görüntüsündən daha yaxşı insan təkəbbürünün axmaqlığının nümayişi ola bilməz. Mənə görə, bu, bir-birimizlə daha mehriban davranmaq və indiyə qədər tanıdığımız yeganə ev olan solğun mavi nöqtəni qorumaq və əzizləmək bizim məsuliyyətimizi vurğulayır. Karl Saqan
- Bütün analar həmişə tanımadıqlarına güvənmə deyir, yoxsa pis olar sonu. Düşünürəm də tanışlarımıza güvəndik də nə oldu! Camal Sürəya
- Bütün indiki və gələcək bədbəxtliklər və kosmik kataklizmlər böyük dərəcədə qadının tabeliyindən və alçaldılmasından irəli gəlir. Mənəviyyatın dəhşətli tənəzzülü, bəzi xalqların xəstəlikləri və degenerasiyası da qadının kölə asılılığının nəticəsidir. Qadın ən böyük insan imtiyazından - yaradıcı düşüncədə və qurucu işdə tam iştirakdan məhrumdur. O, təkcə bərabər hüquqlardan deyil, bir çox ölkələrdə kişilərlə bərabər təhsildən də məhrumdur. O, Kosmik Qanun və Hüquqla onun tamhüquqlu üzvü olduğu ictimai və dövlət həyatının qurulmasında öz bacarıqlarını ifadə etməyə icazə verilmir. Amma qul qadın dünyaya ancaq qul verə bilər. “Böyük ana, böyük oğul” atalar sözünün kosmik, elmi əsası var. Oğullar daha çox analarının, qızların isə atalarının ardınca getdiyi kimi, kosmik ədalət böyükdür! Qadını alçaltmaqla, kişi özünü alçaldır! Bu, bu gün insan dühasının azlığını izah edir. Helena İvanovna Roeriç
- Bütün insanlar, həm də bütün heyvanlar eyni irqdəndirlər, çünki onların bədən quruluşunun prinsipləri təbiətcə eynidir (belə danışarkən mən bitkilərin əmələ gəldiyi ilk elementləri nəzərdə tutmuram, amma düşünürəm ki, dəriyə, ətlərə, heyvanlara xas olan bu cür əhval-ruhiyyəyə) və daha çox ona görə ki, onlar ruhi iştaha, qəzəb hərəkətlərinə, mühakimə və hər şeydən əvvəl hisslərə münasibətdə təbiətcə fərqlənmirlər. Buna görə də, hər cəhətdən heyvanların irqi bizimlə qohumdur və bizimlə eynidir; çünki yaşayış vasitələri hamının nəfəs aldıqları hava ilə eynidir, Evripidə görə və bütün heyvanlarda qırmızı qan axır və hamısı bir ata kimi səmanın, ana kimi yerin ortaq olduğunu göstərir. Teofrast
- Bütün qadınlar öz analarına bənzəyir bu onların faciəsidir, ancaq bir kişi belə anasına bənzəmir bu da onların faciəsidir. Oskar Uayld.
C
[redaktə]- Cəmiyyətin gələcəyi – anaların əlindədir. Onore de Balzak
- Cənnət anaların ayaqları altındadır. Məhəmməd peyğəmbər
D
[redaktə]- Dahinin daxili iztirabları ölməz əsərlərin ana qucağıdır. Artur Şopenhauer
- Digər anaların da gözəl qızları var. Alman atalar sözləri
- Dizi qaralmayan bala olmaz, bağrı yarılmayan ana olmaz. Kumık atalar sözləri
- Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi anadır. Təbiətin ən böyük möcüzəsi anadır. Höte
E
[redaktə]- Evdə bir qadın dolaşsın, ona ANA deyim. Camal Sürəya
- Evləndikdən sonra pis oğula ananın üzü çirkin görünər. İnquş atalar sözləri
Ə
[redaktə]- Əgər ana zəhər təklif edərsə, ata oğlunu satarsa, hökmdar isə əlimdə olanları alarsa, o zaman məni kim müdafiə edə bilər? Çanakya/Hökmdar
- Əgər analar atalarının cüzi qazancına görə evdən kənarda qazanclı iş axtarmalı olurlarsa, öz düzgün iş və vəzifələrinə, xüsusən də uşaqlarının tərbiyəsinə etinasız yanaşırlarsa, bu, nəyin bahasına olursa-olsun aradan qaldırılmalı olan dəhşətli sui-istifadədir. XI Piy
- Əgər bir filosof olmaq istəyirsinizsə, təhsilinizin zaman və məkanına, ana-babalarınızın və müəllimlərinizin sizə dediklərinə dayanan inanclardan əlinizdən gəldiyincə xilas olmağa çalışmalısınız. Bertran Rassel
- Əgər müəllim yalnız işi sevirsə, o yaxşı müəllim olacaqdır. Əgər müəllim şagirdi yalnız bir ata və bir ana kimi sevirsə, o bütün kitabları oxuyan, lakin nə işə, nə də şagirdlərə məhəbbəti olmayan müəllimdən daha yaxşı müəllim olacaqdır. Əgər müəllim sənətinə və şagirdlərə olan məhəbbətini özündə birləşdirirsə, o kamil müəllimdir. Lev Tolstoy
- Ən uca və ən dərin sevgi, ana sevgisidir. Lüdviq Feyerbax
- Ən yaxşı ana odur ki, ata olmadıqda uşaqlarına atanı əvəz edə bilir. Yohann Volfqanq Göte
- Əsl insan ana qədər etibarlı, müəllim qədər hörmətli, elm sahibi qədər sevimlidir. Vardhamana Mahavira
- Əsl məhəbbətin nə olduğunu yalnız analar bilir. Onore de Balzak
- Əvvəlcə təbii ki, evə anamın yanına getdim. Yenidən məni görməyinə inanmaq istəməyən kimi görünmədiyi aydın idi, amma sanki məni gözləyən kimi davranırdı. Bu anaların sirlərindən biridir: nəinki oğlunun ölmüş olduğuna inananlar, hətta həqiqətən övladları ölənlər də uşaqlarını bir daha görmək ümidindən əsla vaz keçmirlər; və əgər ölən oğlunun anasının qarşısında yenidən ayağa qalxması mümkün olsaydı, o, təbii olaraq onu qucağına alardı, sanki oğlu o dünyadan deyil, bu dünyanın uzaq ölkələrindən birindən qayıtmışdı. Jozef Rot
F
[redaktə]- Fəlakətimizi başqa bir insanla bölüşmək xoşbəxtlikdir, ancaq analarla deyil. Analar deyilən kədərlərlə döyülür. Peyami Safa
- Filosoflar deyiblər ki, yaxşı qadın ana, dost və kəniz, pis arvad isə zalım, düşmən və oğrulara oxşayar. Nəsirəddin Tusi
G
[redaktə]- Gecə düşüncələrin anası, səhər narahatlıqların atasıdır. Bask atalar sözləri
- Gəlinin eybini ögey anasından soruş. Abxaz atalar sözləri
- Gözəl qadınlar iki dəfə ölürlər:Birinci dəfə ana olanda,ikinci dəfə isə öləndə. Pyer Büast
H
[redaktə]- Heç bir ata-ana uşağına gözəl tərbiyədən daha yaxşı bir miras qoya bilməz. Məhəmməd
- Heç bir şey qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz. (Albert Emil Braşvogel).
- Heç kim anadan alim doğulmayıb. Tacik atalar sözləri
- Heç kim, qollarında bir uşaq tutan ana qədər cazibədar və bir neçə uşaq arasındakı bir ana qədər hörmətli deyil. Höte
- Hər bir anadan olan uşaq Allahın hələ də insanlara rəğbət bəslədiyini bildirir. Rabindranat Taqor
- Hər bir azərbaycanlının mənəvi dünyası beşikdən, ana laylasından başlayaraq xalq mahnıları, saz və muğam üstündə formalaşır, tərbiyə olunur, püxtələşir, müdrikləşir.[1][2] Ələddin Allahverdiyev
- Hər bir kişinin həyatında 3 qadının olması vacibdir: ana, həyat yoldaşı, və onu kişi hesab edən digər bir qadın. Qabriel Laub
- Hər iki mənşə balanslaşdırılmış olsaydı, bugünkü terror və cinayətlər mümkün ola bilərdimi? Bəşəriyyətin və planetimizin xilası qadının əlindədir. Qadın öz əhəmiyyətini, Dünya Anasının böyük missiyasını dərk etməlidir; o, bəşəriyyətin taleyi üçün məsuliyyət daşımağa hazır olmalıdır. Həyat verən ananın övladlarının taleyini yönləndirmək hüququ var. Qadının, ananın səsi bəşəriyyətin liderləri arasında eşidilməlidir. Ana uşağına ilk şüurlu fikirləri təklif edir. Onun bütün istək və qabiliyyətlərinə istiqamət və keyfiyyət verir. Ancaq mədəniyyət haqqında heç bir fikri olmayan ana insan təbiətinin yalnız aşağı ifadələrini təklif edə bilər. Ancaq təhsilə can atarkən qadın yadda saxlamalıdır ki, bütün təhsil sistemləri yalnız yüksək bilik və mədəniyyətin inkişafı üçün vasitədir. Əsl düşüncə mədəniyyətini ruh və qəlb mədəniyyəti inkişaf etdirir. Yalnız belə birləşmə o böyük sintezi verir ki, onsuz insan həyatının kosmik təkamülündə həqiqi əzəmətini, müxtəlifliyini və mürəkkəbliyini dərk etmək mümkün deyil. Buna görə də, biliyə can atarkən, qadın İşıq Mənbəsini və Ruhun Rəhbərlərini - həqiqətən, bəşəriyyət şüurunu yaradan o böyük Ağılları xatırlasın. Bu Mənbəyə, bu aparıcı Sintez Prinsipinə yaxınlaşmaqla, bəşəriyyət həqiqi təkamülün yolunu tapacaqdır. Helena İvanovna Roeriç
- Hər kəs ağlar, amma analar başqa cür ağlar. Fars atalar sözləri
- Hər kişiyə yaşamaq üçün üç qadın lazımdır: ana, həyat yoldaşı və ən azı onu kişi kimi görən bir qadın. Qabriel Laub
- Hər tərəqqi və qurtuluşun anası hürriyyətdir. Mustafa Kamal Atatürk
- Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan keçməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxalifətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yerə çırpdılar. Bunların heç biri mənim öz payım deyildi. Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı. Mənim payım
- Həyatımız ana təbiətin bizə bəxş etdiyi, parıltısı əməyimizi mükafatlandırana qədər cilaladığımız və parıldatdığımız qiymətli daşdan ibarət bir hədiyyədir. Alfred Nobel
- Hörmətli ol. Səndən yaşlı və ya üstün biri içəri girdiyi zaman ayağa qalx. Lakin hər şeydən əvvəl ailənə hörmət göstər. Ana və atanın əlinə su tök. Anana bol çörək ver və onu səni daşıdığı kimi daşı. O sənin böyük yükünü qaldırmışdı və səni üç il əmizdirmişdir. O, səni oxumaq üçün məktəbə aparmış və sənə evdən çörək və pivə gətirmişdir. Misir atalar sözləri
İ
[redaktə]- İkinci ana, yaxşı xala. Uels atalar sözləri
- İlk dəfə Monrealdan Nyu-Yorka getmək qərarına gələndə, həmişə saf qadın hesab etdiyim anam — ona görə ki, rus idi (Litvadan miqrasiya etmiş yəhudi — Esquire) və ingiliscəsi yaxşı deyildi — mənə dedi: “Leonard, ehtiyatlı ol. Ordakı adamlar bizim kimi deyillər”. Əlbəttə, mən ona heç nə demədim — o mənim anam idi, ona hörmətsizlik eləmək istəmirdim — ancaq öz-özümə düşündüm: “Ana, axı mən daha uşaq deyiləm”. Lakin o düz deyirdi. O necə də haqlı idi. Leonard Koen
- İlk illərimdən ilk gördüyüm əzab idi. Əgər uşaq olanda üsyan edə bilmirdimsə, bu, yalnız o vaxtlar xəbərsiz bir varlıq olduğum üçün idi. Amma nənəm-babamın, valideynlərimin dərdləri o xəbərsizlik illərində yaddaşıma yazılıb. İstədiyimiz çörəyi verə bilmədiyi üçün neçə dəfə anamızın ağladığını görmüşəm! Yenə də atamız bir dəqiqə belə dincəlmədən işləyirdi. Atamız bu qədər zəhmət çəkibsə, niyə ehtiyacımız olan çörəyi yeyə bilmirdik? Cavabını sosial ədalətsizlikdə tapdığım ilk sual bu oldu. Eyni ədalətsizlik bu gün, otuz il sonra mövcud olduğundan, indi bunun şüurunda olduğum üçün niyə onu ləğv etmək üçün mübarizəni dayandırmalı olduğumu anlamıram. Biz qocalana və ailəyə kömək edə bilməyənə qədər valideynlərimizin çəkdiyi çətinlikləri sizə xatırlatmaq istəmirəm. Amma sonra biz vətən deyilən yerə xidmət etməli olduq. Birincisi Santyaqo idi. Anamın ağlaması hələ də yadımdadır. Orada əlil və qızdırıcının yanında oturan, nəvəsinin Mərakeşə getdiyini, varlıların isə fəhlə oğullarını satın almasını seyr edərkən qəzəblə ayaqlarını yumruqlayan xəstə babamızın sözləri yaddaşımda daha möhkəm həkk olunub. Bu sosial ədalətsizliklər var olduqca mənim niyə mübarizəmi davam etdirəcəyimi başa düşmürsənmi? Buenaventura Durruti
- İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır. Georq Vilhelm Fridrix Hegel
- İnana biləcəyiniz, sizə arxa duracaq yeganə bir insan var. Bu ananınızın əridir. Camal Sürəya
- İnsanda yaxşı sifət əzəl binadan gərək,
Tərbiyəsi kamil ola ata-anadan gərək. Aşıq Şəmşir - İnsanların yaşı ötdükcə ana-atasının itaətindən çıxaraq sərbəst həyata atılması təkamül prosesi boyunca ən vacib və həmçinin ən ağrı-acılı mərhələlərdən biridir. Bu, inkişaf prosesinin ən başlıca mərhələlərindən biridir və demək olar ki, hər bir normal insanın bu yoldan keçib, valideynlərinin qarşısında öz azadlığını qazanır. Əslində hər hansı bir cəmiyyətin inkişafı bir-birinin ardınca gələn nəsillər arasındakı toqquşmalara əsaslanır. Bir tərəfdən də bir çox nevroz insanların psixikasında müvafiq pozğunluğun səbəbi məhz bu sərbəstləşmə mərhələsində keçərkən uğursuzluğa düçar olmalarıdır. Ziqmund Freyd
- İnsanlığın və planetimizin xilası qadının əlindədir... Ana övladına ilk şüurlu fikirləri təklif edir. Onun bütün istək və qabiliyyətlərinə istiqamət və keyfiyyət verir. Ancaq mədəniyyət haqqında heç bir fikri olmayan ana insan təbiətinin yalnız aşağı ifadələrini təklif edə bilər. Ancaq təhsilə can atarkən qadın yadda saxlamalıdır ki, bütün təhsil sistemləri yalnız yüksək bilik və mədəniyyətin inkişafı üçün vasitədir. Əsl düşüncə mədəniyyətini ruh və qəlb mədəniyyəti inkişaf etdirir. Yalnız belə birləşmə o böyük sintezi verir ki, onsuz insan həyatının kosmik təkamülündə həqiqi əzəmətini, müxtəlifliyini və mürəkkəbliyini dərk etmək mümkün deyil. Buna görə də, biliyə can atarkən, qadın İşıq Mənbəsini və Ruhun Rəhbərlərini - o böyük Ağılları xatırlasın ki, həqiqətən insanlıq şüurunu yaratmışdır. Bu Mənbəyə, Sintezin bu aparıcı Prinsipinə yaxınlaşmaqla, bəşəriyyət həqiqi təkamülün yolunu tapacaqdır. Helena İvanovna Roeriç
- İşin mənəvi dəyəri ondan ibarətdir ki, o, digər insanlardan daha yüksək mənbədən gəlir. O mənbə cəmiyyətdir; millətdir. Əslində, əxlaq yalnız ictimai, milli, özəl fərdlərdən ayrı və yuxarıda ola bilər. Millətin ictimai asayişi və əmin-amanlığı, rifahı, xoşbəxtliyi, gələcəkdə təhlükəsizliyi və məsumluğu, sivilizasiyanın tərəqqisi naminə maraq, zəhmət və fədakarlıq tələb edəndə canından keçməyi tələb edən milli mənəviyyatdır. Kamil xalqda milli əxlaqın tələbləri, demək olar ki, o xalqın insanları tərəfindən mühakimə olunmadan, vicdanlı və emosional motivlə irəli sürülür. Bu, ən böyük milli hissdir, milli həyəcandır. Millət anaları, millət ataları, millət müəllimləri və millət ağsaqqalları; Onların evdə, məktəbdə, orduda, fabrikdə, hər yerdə və hər işdə millətin övladlarına, millətin hər bir üzvünə yorulmadan və davamlı olaraq verəcəkləri milli tərbiyənin məqsədi, bu yüksək milli hissi gücləndirir. Əxlaqın milli-ictimai olduğunu söyləmək və onun ümmət vicdanının ifadəsi olduğunu söyləmək həm də əxlaqın müqəddəs atributunu tanımaqdır. Əxlaq müqəddəsdir; çünki onun bərabər dəyəri yoxdur və heç bir başqa cür dəyərlə ölçülə bilməz. Əxlaq müqəddəsdir; çünki ən böyük əxlaqi vicdanı olan cinayətkar üçün prioritetdir. Həmin cinayəti törədən cəmiyyət tək və təkdir. Başqa cinayətkar yoxdur. İlahiyyatda hətta məcazi mənada düşünülmüş cəmiyyət də gizlidir. Çünki vicdanımıza təsir edən mənəvi həyat, cəmiyyət üzvləri arasında əməl və təriflərdən ibarətdir. Həqiqi, doğru bir cəmiyyət sıx bir intellektual və əxlaqi fəaliyyətdir. Mustafa Kamal Atatürk
K
[redaktə]- Keçinin buynuzları böyüdükdə, daha anaya ehtiyacı yoxdur. Buryat atalar sözləri
- Kiçikkən anama qəbiristanlıqdan qorxuram deyəndə "ölüdən yox, diridən qorx" demişdi. Zamanla anladım ki; anam yenə haqlıydı. Camal Sürəya
- Kim yaxşı anadırsa, həm də yaxşı həyat yoldaşıdır. İtalyan atalar sözləri
- Kimin anası varsa, ağlamasın. İtalyan atalar sözləri
- Kişinin ürəyi həbsxana kimidir. Ana bətninə heç oxşamır. Qanamaz, sənə yer eləmək üçün genişlənməz. Xalid Hüseyni
Q
[redaktə]- Qadın ana adlanır. Onun ana qəlbi olmalıdır. Aleksandr Puşkin
- Qadın ana olandan sonra kamilləşir. Onore de Balzak
- Qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir. Həsən bəy Zərdabi
- Qadın vəzifəcə, qəlbi və qanı ilə bir anadır. Ana sevgisi qədər müqəddəs və təmənnasız sevgi yoxdur. Hər cür bağlılıq, hər cür sevgi, ehtiras onunla müqayisədə ya zəifdir, ya da təmənnalıdır. Vissarion Belinski
- Qadının ən böyük vəzifəsi analıqdır. Mustafa Kamal Atatürk
- Qadınlar zəifdir, amma analar qüvvətlidir. Viktor Hüqo
- Qəlbi elmin, mübarizənin və məhəbbətin yolunda çırpınmayan adam nahaq anadan olub, nahaq yerə anasının cavanlığını əlindən alıb. Hind atalar sözləri
- Qılıqlı quzu yeddi ana əmər, qılıqsız birindən də qalar. Azərbaycan atalar sözləri/Q
- Qırılması mümkün olmayan yeganə tel ana ilə övlad arasındakı teldir. Sokrat
- Qız anadan görməyincə öyüd almaz. Dədə Qorqud
- Qız anadan qorxmasa, öyüd almaz. Azərbaycan atalar sözləri/Q
- Qız anadan olanda gözünü açar, deyər: - Bu bizim ev deyil. Azərbaycan atalar sözləri/Q
- Qız anası elçi gözlər. Azərbaycan atalar sözləri/Q
- Qocanı da çay aparanda "ana" deyib çağırar. Adıgey atalar sözləri
- Qoy Vətən, vətəndaşların ümumi anası olsun; onların öz vətənlərində istifadə etdikləri faydanı onlar üçün əziz etsin; qoy hökumət onlara ictimai idarəçilikdə onların öz evlərində olduqlarını hiss etmələri üçün kifayət qədər pay versin ; qoy qanunlar onların gözündə ümumi azadlıq üçün yalnız zamin olsun. Jan Jak Russo
L
[redaktə]- Lalın dilini anası bilər. Azərbaycan atalar sözləri/L
M
[redaktə]- Məhəbbət qızğın hissdir, lakin ağıl, düşüncə bu hissin anası olmalıdır. Vasili Suxomlinski
- Mən sarayda anadan olmuşam, siz də nəcib bir ailədənsiniz, bəs bu kötüyü kim kəsəcək? Bask atalar sözləri
- Mən yoxsulluq içində doğulmuşam, amma yenə də uşaqlığımı varlı oğulların uşaqlığı ilə dəyişməzdim. Onlar ailə sevinci haqqında nə bilirlər? Müdirlik, paltaryuyan, aşpaz, müəllim və işləyən ana haqqında nə bilirlər, həm də nümunəvi həyat yoldaşı kimdir? Endrü Karnegi
- Mənə elə gəlir ki, bir ana uşağını dünyaya gətirdiyi an övladı üçün diləyəcəyi yeganə şey “hər şeyə maraq göstərməsi” olar. Eleanora Ruzvelt
- Mənə, oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır. Avraam Linkoln
- Mənim anam, bacım, kəpənək dolu qutum və qırmızı ağacdan olan pianom buradadır, amma hələ mən burada deyiləm. Aramızda bir pərdə, keçilməli olan bir addım var. Erix Mariya Remark
- Mənim heç anam olmayıb. Düşünürəm ki, ana dərdli olanda tələsdiyin adamdır. Elizabet Dikinson
- Məsələn gələcəkdə uşaqların "ana sənin ilk eşqin kimiydi" deyəndə köhnə şəkilləri çıxarmaq yerinə "Atanıydı" deyə bilməlidir insan.. Ceyhun Yılmaz
- Mənim ümmətim üçün arzu rəhmətdir. Əgər arzu olmasaydı, heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi. Məhəmməd peyğəmbər
- Milad bayramında mən həmişə Milad hekayəsinin mərkəzində birlik ruhunun necə dayandığına heyran oluram. Gənc ana və sədaqətli ata körpəsi ilə birlikdə yoxsul çobanlar və uzaqdan gələn qonaqlar da qoşuldu. Onlar Məsih övladına ibadət etmək üçün öz hədiyyələri ilə gəldilər. II Elizabet
- Moda anaların hətta uşaqlarını belə qurban verdiyi daş ürəkli bir tanrıdır. Pyer Büast
- Müharibə analar üçün ən dəhşətli lənətdir. Horatsi
N
[redaktə]- Nankor oğul özgələrdən daha pisdir: o cinayətkardır. Çünki, oğulun anaya laqeyd münasibət göstərməyə haqqı yoxdur. Gi de Mopasson
- Nə ana, nə ata nə də hər hansı bir qohum insana yaxşı idarə olunan bir ağıldan daha çox faydalı ola bilər. Qautama Budda
- Nəcabət ata-ana ilə ölçülməz. Azərbaycan atalar sözləri/N
O
[redaktə]- Oğru anası gah döş yeyər, gah döşünə vurar. Azərbaycan atalar sözləri/O
- Oğullar analarının ən namuslu olduğuna inanırlar. Qızlar da elədir, amma onlar daha az inanırlar. Anatol Frans
Ö
[redaktə]- Öldürənin anası unudar, ölənin anası - yox. Ərəb atalar sözləri
- Övlad tapılar, ata-ana tapılmaz. Azərbaycan atalar sözləri/Ö
- Övlad ya ataya oxşar, ya anaya. Azərbaycan atalar sözləri/Ö
- Övladı olan ana heç vaxt azad qadın hesab oluna bilməz. Onore de Balzak
- Öz torpağın doğma ana, yad torpağı ögey anadır. Avar atalar sözləri
P
[redaktə]- Pis oğula ana cavabdehdir, pis nəvəyə - nənə. Vyetnam atalar sözləri
- Pişik evə, it - sahibinə, uşaq isə anaya öyrəşir. Çin atalar sözləri
- Pittak səksən il ömür sürmüş, baş daşında isə bu sözlər yazılmışdır: "Ana öz oğlu üstə ağladığı kimi Lesbas da sənin üstə ağladı". Pittak
- Pula ata, ana, ailə ala bilməzsən. Ukrayna atalar sözləri
S
[redaktə]- Sevdiklərimizi təpikləməyə ana qarınında başlarıq. Ece Ayhan
- Sənə “Səni sevirəm” dediyim qədər anama “baş üstə anacan” desəydim, indi cənnətdə yerim hazır idi. Camal Sürəya
- Siz ana olana qədər mühakimələriniz yavaş-yavaş şəfqət və anlayışa çevrilir. Erma Bombek
- Sürgün cəzası ana torpaqda olmalıdır. Çinua Açebe
T
[redaktə]- Tanrı hər yerdə eyni anda ola bilmədiyindən anaları yaratdı. Yəhudi atalar sözləri
- Təbiətin ən böyük möcüzəsi anadır. Höte
- Tək uşağı olmaq anaya ömürlük qorxudur. Benqal atalar sözləri
- Təkrar - biliyin anasıdır. Rus atalar sözləri
- Tələbat ideyaların anası, fəaliyyət isə beşiyidir. İohann Fixte
- Tərbiyə ana qucağında başlayır, hər deyilən kəlmə isə uşağın şəxsiyyətini formalaşdıran bir kərpicdir. Namiq Kamal
- Torpaq - ana, toxum - atadır. Efiopiya atalar sözləri
- Torpağımızı qorumaq hər bir azərbaycanlının şərəfli borcudur. Əgər bəziləri bunu anlamırlarsa, qorxurlarsa, hərbi xidmətə tab gətirə bilmirlərsə, onlar öz vicdanları, ata-anaları, vətən qarşısında xəyanət edirlər. Gün o gün olacaq ki, Azərbaycan torpaqlarının hamısı azad olacaq. Hər bir vətəndaşımız öz elinə-obasına qayıdacaqdır. Heydər Əliyev
U
[redaktə]- Uşaq ana üçün hər şeydən qiymətlidir, lakin döşünü dişləyəndə ana onu da özündən kənar eləyər. Madaqaskar atalar sözləri
- Uşaq hələ ana bətnindədir, adını qoyublar Müzəffər. Fars atalar sözləri
- Uşaqlar ana üçün onun həyatının lövbərləridir. Sofokl
- Uşaqların əsas tərbiyə məktəbi ər və arvad, ata və ana arasındakı qarşılıqlı münasibətdir. Vasili Suxomlinski
- Uşağını itirən bir ana üçün hər gün ilk gündür; bu iztirab qocalmaz. Viktor Hüqo
V
[redaktə]- Vətən bu xalqın həm beşiyi, həm qidası, həm anası, həm də son mənzilidir. Füyuzat jurnalı
- Vətən - doğma ana, qürbət - ögey anadır. Çuvaş atalar sözləri
- Vətən doğma anadır, qürbət ögey ana. Lak atalar sözləri
Y
[redaktə]- Yaxşı ana min müəllimə dəyər. Corc Herbert
- Yaxşı qız yaxşı da ana olar. Əfqan atalar sözləri
- Yoldaşlıqdan daha müqəddəs bağlılıq yoxdur! Ata öz uşağını sevir, ana öz uşağını sevir, uşaq atanı və ananı sevir. Amma bu o deyil, qardaşlar! Heyvan da öz balasını sevir. Amma qanla yox, ruhla bərabərləşməyi yalnız insan bacarar. Nikolay Qoqol
Z
[redaktə]- Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir. Heydər Əliyev
İstinadlar
[redaktə]Ailə üzvləri və qohumlar | |
---|---|
Ər • Arvad • Ata • Ana • Baba • Nənə • Qardaş • Bacı • Oğul • Qız • Gəlin • Ögey • Əmi • Əmioğlu • Əmiqızı • Dayı • Dayıoğlu • Dayıqızı • Bibi • Bibioğlu • Bibiqızı • Xala • Xalaoğlu • Xalaqızı • Əmizadə • Qayın • Baldız • Qayınata • Qayınana • Kürəkən • Yeznə • Bacanaq • Süd anası • Nəvə • Nəticə • Kötücə • Yadicə • Kirvə • Yengə • Quda |