Vicdan
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adamlar adət etdikləri pis hərəkətlərdən heç vaxt vicdan əzabı çəkmirlər. Volter
- Ağrımaq, zəif insanın bir xüsusiyyətidir və əxlaqsızlıqdır. Əxlaq da köləyə xasdır. Vicdan əxlaqı yerinə dahilik yəni iqtidara aparan əxlaqı qoymaq lazımdır. Fridrix Nitsşe
B[redaktə]
- Bu dünyada bircə şey dilsiz danışır - vicdan. Gürcü atalar sözləri
Ə[redaktə]
- Əgər rahat yatmaq istəyirsənsə, yatağına özünlə təmiz vicdan apar. Bencamin Franklin
M[redaktə]
- Mən sizi vicdan adlanan xülyadan azad edirəm. Adolf Hitler
T[redaktə]
- Təmiz vicdan böhtandan qorxmur. Volter
- Təmiz vicdan insan üçün ən yaxşı yastıqdır. Henrik İbsen
V[redaktə]
- Vicdan bahalı bir xüsusiyyətdir. Ucuz insanlarda olmur. Onore de Balzak
- Vicdan - bizdə fitrən mövcud olan biliklərin məcmusudur. Viktor Hüqo
- Vicdan bizim hamımızı eqoist edir. Oskar Uayld
- Vicdan məhkəməsi ən ali məhkəmədir. Viktor Hüqo
- Vicdan - minlərlə şahid deməkdir. M.F.Kivintilion
- Vicdan, nə qədər ki, biz onu ləkələməmişik, çox qabil və səhv etməyən hakimdir. Onore de Balzak
- Vicdan nəsihətlərinə əməl etmək adama xoş gəlir. Onore de Balzak
- Vicdan qanunlar qanunudur. Alfons de Lamartin
- Vicdanı asanlıqla əyilə bilən adamla yaxınlıq etmə. Höte
- Vicdanın oyanması qəlbin əzəmətini göstərir. Viktor Hüqo
- Vicdansız elm ruhun çöküntüsüdür. Fransua Rable