Səfillər (Viktor Hüqo)
Səfillər - Viktor Hüqonun əsəri.
Əsərdən sitatlar[redaktə]
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı o adama deyərlər ki, vaxtında özünü dustaq edə bilsin.
B[redaktə]
- Bəşər alicənablığının ən yüksək nümunəsi başqalarının işlədiyi günahın cəzasını çəkməkdir.
D[redaktə]
- Dərdli adamlar geriyə baxmazlar. Onlar qara talelərinin dallarınca gəldiyini çox gözəl bilirlər.
Ə[redaktə]
- Əgər günah ilahi surəti qaraltsa, vicdan ağrılı bir məmnunsuzluqla ruhu narahat edər...
G[redaktə]
- Gülmək günəş kimidir, o, insanların üzündən qış soyuğunu qovur.
H[redaktə]
- Hər əzablı yolun bir istirahəti var.
İ[redaktə]
- İndi ucuz olan nədir? Hər şey bahadır. Təkcə dərd ucuzdur. Bax bu dərdi lap havayıca alarsan.
- İndiki cəmiyyət içindəki ictimai həyat pisdir. Lakin insan yaradılış olaraq pis deyil, pisliyin qaynağı qanunlar və adətlərdir...
- İnsan öz-özündən qorxmalıdır. Əsl oğru xurafatdır, əsl qatillər isə - qəbahətlər.
- İnsanın cismi vardır. Bu cisim eyni zamanda onun üçün həm ağır yük, həm də vəsvəsədir... O bu cismi sürüyür və ona tabe olur...
K[redaktə]
- Köləliyin ağırlığı qadın üzərinə, yəni zəriflik,gözəllik, analıq üzərinə düşür... Bu hal bütün kişilər üçün bir ləkə...həm də ən böyük ləkədir...
Q[redaktə]
- Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır.
- Qəlbi soyutmaq olar. Taleyi dəyişmək olmaz.
M[redaktə]
- Müqəddəs olmaq- müstəsna bir şeydir: ədalətli olmaq isə qaydadır.
- Mümkün qədər az günah etmək - insan üçün qanun budur. Heç günah etməmək isə mələklərin arzusudur. Yer üzündə nə varsa günaha tabedir. Günah cazibə qüvvəsinə malikdir.
O[redaktə]
- O, qısqanclığı işə salaraq, qəzəbdən haqiqət, intiqamdan isə ədalət doğurmuşdur....
- Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır.
S[redaktə]
- Sağlam düşüncə yalan deyə bilməz.
- Səhv – məhəbbətin ayrılmaz hissəsidir.
T[redaktə]
- Tanrı evi qorumursa, onu mühafizə edənlər əbəs yerə qoruyurlar.
V[redaktə]
- Vicdan-bizdə mövcud olan biliklərin məcmusudur.
Y[redaktə]
- Yolunuzdan çıxın, yıxılın, günah iş görün, ancaq ədalətli olun.