Mari Monteqyu


Mari Monteqyu -(1689-1762) - İngilis yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Azadlığı almaz zəncirlərindən üstün tuturam.
B[redaktə]
- Bir insan bizi xoşbəxt etmək üçün çox zəif bir səbəbdir.
- Biz səyahətçilər çox çətin vəziyyətdəyik. Bizdən əvvəl söylədiklərindən başqa bir şey söyləməsək, darıxdırıcı hesab olunuruq və sanki heç nə görməmişik. Yeni bir şey söyləsək, xəyalpərəstlər və romantiklər kimi bizə gülürlər.
E[redaktə]
- Evlilik uşaq doğurduğu kimi , uşaqlar da narahatlıqlar, mübahisələr və mübahisələr doğurur.
G[redaktə]
- Görünür, insan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır. Çünki heç kəs öz ağlından gileylənmir.
İ[redaktə]
- İnsanın bir hadisə haqqında düşünə-düşünə çəkdiyi iztirab həmin hadisənin verdiyi əzabdan betərdir.
K[redaktə]
- Kimin ən çox öyrəndiyini yox, kimin ən yaxşı öyrəndiyini soruşmaq lazımdır.
Q[redaktə]
- Qadın olduğum üçün mənə müəyyən qədər təsəlli verən tək fikir evlənmək təhlükəsinin olmamasıdır.
Ö[redaktə]
- Ömrümüzün təməlində duyğu və mənafelər deyil, vicdan və ağıl durmalıdır.
Ş[redaktə]
- Şöhrəti zor gücünə qazanmaq olmaz.
T[redaktə]
- Təhsilinizin əsas məqsədi sizi yaxşı həyat yoldaşı etməkdir.
- Türk qadınlarının ən böyük bəzəyi Türk olmaqlarıdır. Onlar bəzənmək üçün almaz və ya zümrüd geyinmirlər, bəlkə üzərlərində daşıdıqları o daşları bəzəmiş və qiymətləndirmiş olurlar. Çünki hər Türk qadını canlı bir inci və qiymətsiz bir brilyantdır.
V[redaktə]
- Vicdan ədalətin ən yaxşı vəkilidir.
Mənbə[redaktə]
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014