Məzmuna keç

Əxlaqsızlıq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər. Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.[1] İsa
  • Ağrımaq, zəif insanın bir xüsusiyyətidir və əxlaqsızlıqdır. Əxlaq da köləyə xasdır.Vicdan əxlaqı yerinə dahilik yəni iqtidara aparan əxlaqı qoymaq lazımdır. Fridrix Nitsşe
  • Avaralıq və heç nə etməmə əxlaqsızlığa və xəstəliyə səbəb olur. Ağılın bir şeyə can atması isə həyatı möhkəmləndirməyə yönəlmiş gümrahlıq gətirir. Hippokrat
  • Ayağını yorğanına görə uzatmayan adam gec-tez əxlaqsızlığa yuvarlanar. Platon
  • Bir milləti savaşsız məhv etmək istəyirsinizsə gənclərini zinaya və əxlaqsızlığa alışdırın. Səlahəddin Əyyubi
  • Bizi qadınlara cəlb edən əxlaqsızlıq yox, onlarla yanaşı yaşamaqdan həzz almaqdır. Jan Jak Russo
  • Elm cəhli yox edir, əxlaqsızlığı yox. Türk atalar sözləri
  • Elmi başqalarına izah etməmək mənə əxlaqsızlıq kimi görünür, çünki kiməsə aşiq olanda bunu aləmə car çəkmək istəyirsiniz. Karl Saqan
  • Ədalətsizlik isə əxlaqsızlığın bir hissəsi yox, ümumiyyətlə əxlaqsızlığın özüdür. Aristotel
  • Əgər siz heç olmasa həftədə iki dəfə əxlaq haqqında əxlaqsızlıqlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsinizsə siyasət meydanı sizin üçün bağlıdır. Oskar Uayld
  • Əxlaqsızlıq heyvani hissiyyatdır və burada heç bir poeziya ola bilməz. Çünki, poeziyaya düşüncənin insanı heyvana qədər alçaldan elementləri yox, yalnız ağıllı elementləri daxildir. Vissarion Belinski
  • Əxlaqsızlıq həmişə əxlaq libasına bürünməyi xoşlayır. Fridrix Nitsşe
  • Əxlaqsızlıq zənginlikə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib, rüsvayçılıqla yatağa gedir. Bencamin Franklin
  • Ən azı əxlaq qədər əxlaqsızlıq da dində yer alıb. Ziqmund Freyd
  • İncəsənətdə əxlaqsızlıq mövcud ola bilməz. Hətta artıq iyrənc görünən istək tələb olunsa belə, incəsənət həmişə müqəddəsdir. Çünki o yalnız müşahidə səmimiliyini özündə birləşdirir, özünü aşağılamağa qadir deyildir. Əsl incəsənət əsəri həmişə alicənabdır. Hətta mal-qaranın həyəcanını verməyə çalışan rəssam belə hiss etdiyi ən insaflı təəssüratı verməyə çalışır. Oqust Rodin
  • Qüsurlardan ən böyüyü əxlaqsızlıq, fəzilətlərin ən yüksəyi isə oğulluq borcudur. Yapon atalar sözləri
  • Mənim hərəkətimin mənəvi dəyərə malik olması üçün onunla mənim inamım bağlanmış olmalıdır.Cəzadan öncə qorxunun insanı hansısa hərəkətə təhrik etməsi və ya hansısa insanın gözündə yaxşı görünmək üçün gorülən hərəkətlər-əxlaqsızlıqdır. Hegel
  • Millətlər pulsuzluqdan deyil, əxlaqsızlıqdan süqut edərlər. Mark Tulli Siseron
  • Ölkələr pulsuzluqdan deyil, əxlaqsızlıqdan çökərlər. Nəcib Fazil Qısakürək
  • Öz əxlaqsızlığına utanmaq – bu, zirvəsində əxlaqına görə utanacağın nərdivanın birinci pilləsidir. Fridrix Nitsşe
  • Özünü qarınqululuğun və əxlaqsızlığın torundan qoruyan adam-əsl qüvvərli adam hesab olunur. Əbül Fərəc

İstinadlar

[redaktə]
  1. Matta 15:18-19