Yersiz
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
E
[redaktə]- Ermənilərin eybi: bədfel, kündə bədən, oğru, gözü götürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıltlı, ağasına düşmənçilikdir. Qabusnamə
Ə
[redaktə]- Ədəb sayılsa da məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayılır,
Yersiz susmaq ilə yersiz söz demək. Sədi Şirazi
H
[redaktə]- Həyalı qadın - kişiyə şöhrət, həyasız - yersiz söz-söhbət. Rus atalar sözləri
İ
[redaktə]- İnsaflı cəza yersiz təltifdən yaxşıdır. Xaqani Şirvani
M
[redaktə]- Mən tənhalığı sevmirəm. Sadəcə olaraq yersiz tanışlıqlara yol vermirəm… Yersiz olaraq bu insanlara görə məyus olmamaq üçün. Haruki Murakami
Y
[redaktə]- Yerini bilməyən yersiz qalar. Adıgey atalar sözləri
- Yersiz gəldi, yerli qaç. Azərbaycan atalar sözləri/Vətən və el
- Yersiz görülmüş iş də yersiz deyilmiş söz kimidir. Xudu Məmmədov
- Yersiz gülməyin axırı ağlamaq olar. Ləzgi atalar sözləri
- Yersiz qəzəb - özünə əzab. Özbək atalar sözləri
- Yersiz qürur - bəla olur. Özbək atalar sözləri
- Yersiz lazım olma arzusu əl-ayağa dolaşmaqdan başqa bir şey deyil. Xudu Məmmədov
- Yersiz oyun - sındırar boyun. Özbək atalar sözləri
- Yersiz sərtlik dəhşət yaradar, yersiz mülayimlik hörmət azaldar. Nə elə qaba ol ki,səndən qaçsınlar, nə də elə yumşaq ol ki, sənə qabarsınlar. Sədi Şirazi
- Yersiz söz dostu düşmən elər. Qırğız atalar sözləri
- Yersiz zarafatlar kədərli sonluqla bitir. Miqel de Servantes