Məzmuna keç

Təmir



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adi günlərdə biz öz əxlaqımızdan çox az istifadə edirik. Bazar günü isə onun təmirə ehtiyacı olur. Mark Tven
  • Əgər mən fleytanı təmir etdirmək istəyirəmsə, fleyta ustasının yanına gedirəm, əgər gəmini təmir etmək istəyirəmsə, gəmiqayıranın yanına gedirəm, dövlətin düzəldilməsi üçün isə hər kəs yararlı hesab edilir. Sokrat
  • Əxlaqının gözəlliyi baxımından bütün dünya əhlindən üstün idi və cəmi əmrlərində və qadağalarında Ulu Tanrının qorxusunu göz önündə saxlayardı. Ümumi camaatla və bütün insanlarla ədalətlə rəftar edərdi. Zalımları cəzalandırmağa, məzlumları himayə etməyə çalışırdı. Əkinçiliyin artırılmasına, aləm əhlinin ərzaq təminatının səbəbkarı olan kəndlilərə və əkinçilərə qayğı göstərilməsinə səy edib diqqət yetirirdi. Məmləkətlərin qorunması və yolların mühafizəsi üçün ədalətli naiblər və yetərincə qabiliyyətli məmurlar təyin edirdi. Əsgərlərin ülufələrinin verilməsi və haqq sahiblərinin yaşayışının təminatı yönündə bir dəqiqə belə səhlən-karlıq etməzdi. Din əmrinə rəvac verilməsində, peyğəmbərlərin ağasının (Məhəmməd peyğəmbərin) şəriətinin hökmlərin yerinə yetirilməsində, xeyriyyə binalarının təmirində, mədaxilin və vəqflərin artımında səylər göstərdi. Üzüyünün möhüründə [ərəbcə] belə nəqş edilmişdi: "Ədalət göstərən məlik (padşah) olar, zülm edən həlak olar". [1]Həsən bəy Rumlu
  • Güvən eynilə ayna kimidir. Qırıldığında təmir edə bilərsən, amma hər baxdığında o qırıqları əksində görərsən. Ledi Qaqa
  • Qüvvətli bir hökmdarın ədalətli bir vəziri, əfəndisinin bütün ədalətsizliklərini təmir edə bilər. Lakin şəxsən vəzir də zalım olsa dövlət binası yerlə bir olar. Teymurləng
  • Oyuncaq və insan ürəyi çox bənzər bir-birinə. Bəzən təmiri olmaz ikisinin də. Sunay Akın
  • Tövbə etmək əxlaqı təmir etmək kimi bir şeydir. Mark Tven
  • Ürəyi qırmağa tək bir söz yetər; Amma qırılan ürəyi təmir etməyə nə bir üzr, nə də bir ömür yetər. Çarlz Bukovski

İstinadlar

[redaktə]
  1. Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Kastamonu: Uzanlar, 2017. s.96-97.