Məzmuna keç

Mədəni



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aktiv gücü əlində tutan yalnız dövlət olmamalıdır. Əgər insanlar mədəni olmaq istəyirlərsə, təşkilat qurma sənəti inkişaf etdirilməli və genişlədilməlidir. Aleksis de Tokvil
  • Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. İlham Əliyev
  • Asiyalı və avropalı əcdadlarımızdan bizə irs qalan irqi, mədəni, əxlaqi və sosial konsepsiyalar həmvətənlərimizə, onların istedad və rifahına hörmətdən keçməklə hər şeyi qəbul etməli və ehtiram göstərməlidir. Piramidanı öz şəxsi şərəfin üzərində qurmaq yolverilməzdir. Nə qədər ki, biz şəxsi və milli adətlərimizi möhkəm saxlayırıq, bizim həyat enerjimizi sümürən təmtəraqlı özünüsevmə oyunlarının qurbanı olmamalıyıq. Atilla
  • Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır. Heydər Əliyev
  • Azərbaycanın çox istedadlı insanları var, çünki Azərbaycanda elmi və mədəni olaraq çox böyük zənginlik və dərinlik vardır. Abdulbari Gözəl
  • Belə bir qəribə fakt mövcuddur: bizim üçün çox əhəmiyyətli ola biləcək, Kainatın sirrlərini açmağa köməyi dəyəcək və həyatın verdiyi dərdlərin öhdəsindən gəlməyimizi təmin edəcək biliklər mədəni dəyərlərimizin arxa plana atdığı biliklərin arasında ön sıralardadır. Bunlar digərlərinə nisbətən doğruluğu ən az isbatlanmış biliklərdir. Ziqmund Freyd
  • Böyük türk milləti! On beş ildir boynumuza götürdüyümüz işlərdə uğur vəd edən bir çox söz eşitmisiniz. Xoşbəxtlikdən millətimin mənə olan inamını sarsıdan heç bir sözümü qaçırmadım. Bu gün eyni inam və möhkəmliklə deyirəm ki, bütün mədəni dünya bir daha bütünlüklə milli ideala doğru addımlayan türk millətinin böyük bir millət olduğunu bir daha tanıyacaq. Şübhə etmirəm ki, unudulmuş mədəni xüsusiyyətlər və türklüyün böyük vətəndaşlıq qabiliyyəti gələcək inkişafı ilə yüksək sivilizasiyanın üfüqündə yeni bir günəş kimi yüksələcəkdir. Türk milləti! Bu böyük milli bayramı əbədiyyətə tökülən hər on ildə daha böyük şərəf, xoşbəxtlik, əmin-amanlıq və firavanlıqla qeyd etməyinizi ürəkdən ümid edirəm. Nə mutlu türkəm deyənə! Mustafa Kamal Atatürk
    • 29 oktyabr 1933-cü ildə 10-cu il nitqi
  • Coğrafi mövqe etibarilə Avropa ilə Asiya arasında yerləşən Qafqaz, milli ünsürlər və mədəni dəyərləri baxımından da iki aləmi təşkil edən bir keçiddir. XIX əsrin Avropasında hökm sürən, indi də XX əsr Asiyasını bürüyən böyük fikir, milli istiqlal fikri burada mütləq zəfər çalacaqdır. Məhəmməd Əmin Rəsulzadə
  • Dini illüziyaların müasir mədəni həyatdan yoxa çıxmasını istəməyən də başa düşür ki, bu illüziyalar insanlar üçün nevrotik təhlükədən güclü müdafiə idi. Ziqmund Freyd
  • Ekologiyada iki bölmə var: bioloji ekologiya və mədəni və ya mənəvi ekologiya. Birincinin qanunlarına əməl edilməməsi bir insanı bioloji olaraq öldürə bilər, ikincinin qanunlarına əməl olunmaması isə insanı mənəvi cəhətdən öldürə bilər. Dmitri Lixaçov
  • Erməni abidələri, misal olaraq Bakının mərkəzindəki erməni kilsəsi dövlət tərəfindən qorunur. Təəssüflər olsun ki, Ermənistan əksinə, nəinki işğal olunmuş ərazilərdə mədəni abidələrimizi dağıdır, hətta Ermənistandakı Azərbaycan toponimlərini də dəyişdirir. Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən alban abidələri saxtalaşdırılaraq qriqoryanlaşdırılıb. Hidayət Orucov
  • Ədəbiyyatımızı bilmək lazımdır. Ədəbiyyatı bilməyən adam yüksək mədəni səviyyəyə çata bilməyəcəkdir. Heydər Əliyev
  • Əfsanəsiz xalq, əsatirsiz ölkə yoxdur: köçərilərdə onlar şifahi nağıl və hekayətlər şəklində nəsildən-nəslə ötürülür; yarımmədənilər üçün bu əfsanə və əsatirlər onların inamının əsası, onların yazılarının, ədəbiyyat və tarixlərinin əsas məzmunudur; mədəni xalqlarüçün isə onlar təxəyyülü qidalandırmaq üçün ən gözəl qida, mənəvi sərvətdir. Mirzə Kazım bəy
  • Hər bir ali təhsilli məmur ziyalı, əsilzadə sayılmadığı kimi, hər var-dövlət sahibi, vəzifəli şəxs də, əgər daxilən mənəviyyat sahibi deyilsə, mədəni ola bilməz.[1] Teymur Əhmədov
  • Hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini — rus dilini də, ingilis dilini də, fransız dilini, ərəb, fars dillərini də mənimsəsin, öyrənsin. Bu lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan bir çox dili bilməsini tələb edir. Mən gənclərimizə bu tövsiyəni verirəm. Amma bunlarla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz… Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməzsə, o, tarixi bilməyəcək, onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları olmayacaqdır. Heydər Əliyev/Azərbaycan dili
  • Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır, bu günahdır. Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır, əsl insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır. Oskar Uayld
  • İqtisadi, sosial və mədəni müharibələr qanlı müharibələrdən daha təhlükəlidir. Qustav Lebon
  • İmperializmin, xüsusilə zəngin tarixi təcrübəsi və mədəni keçmişi olan köklü cəmiyyətlərdə gördüyü ilk iş, mövcud nəsli tarixindən ayırmaq olmuşdur. İmperializm bu işdə o qədər müvəffəqiyyətli olmuşdur ki, uyğun cəmiyyətlərin islahatçıları keçmişlə bütün əlaqələrini kəsdilər və keçmişlərini tanımaz oldular. Halbuki imperialistlər, son dərəcə iman və eşqlə keçmiş əsərlərini diriltməyə, qorumağa və tanıtmağa çalışdılar. İkinci dünya müharibəsində Avropa şəhərləri bombalanarkən tarixi miraslarını can və mallarını fəda etmək bahasına olsa da qorumağa çalışdılar və bunun üçün mübarizə apardılar. Əli Şəriəti
  • İndi həqiqətən mədəni adam olmaq marağında olanlar çox azdır. Anna Bartkulaşvili
  • Mədəni bir insan olmağın yalnız bir yolu var — oxumaq. Andre Morua
  • Mədəniyyətdən uzaq yaşayan insanları gördükcə insanın təbiəti haqqında daha yaxşı fikirləşməyə fürsətim oldu və sözdə mədəni insan ilə sözdə vəhşi insan arasındakı təməl fərqlərin yoxa çıxdığını gördüm.[2] Alfred Rassel Uolles
  • Mən öz dinimi, öz ədəbiyyatımı, öz duyğularımı, kədər və iztirablarımı, dərdlərimi və ehtiyaclarımı düşündüyüm zaman, gerçəkdə özümü düşünürəm. Mənim fərdi deyil, ictimai və tarixi özüm bu mədəniyyətin doğulub ortaya çıxdığı qaynaqdır. Bu səbəbdən mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram. Əli Şəriəti
  • Muğam bizim üçün milli özünüdərketmə fəlsəfəsinin kökündə bərqərar olmuş mədəni dəyər mənbəyidir. Bütöv musiqimiz bu daimayaşar mənbədən bəhrələnir, qidalanır, şaxələnir, inkişaf edir…[3][4] Ələddin Allahverdiyev
  • Rəhbərlik etmək istəyənin ümumi mədəni səviyyəsi olmalıdır. Beləcə, Makedoniyalı İsgəndərin bütün qələbələrinin özülündə Aristoteli tapırıq. Şarl de Qoll
  • Səhvi bağışlamaq mədəni şəkildə intiqam almaqdır.[5] Deyl Karnegi
  • Yaddaş vicdanın və əxlaqın mədəniyyətin əsasını təşkil edir, mədəniyyətin zənginləşməsinin, şeirin əsaslarından biridir — mədəni dəyərlərin estetik qavranılmasıdır. Yaddaşı qorumaq özümüzə və nəsillərimizə olan mənəvi borcumuzdur. Yaddaş bizim sərvətimizdir. Dmitri Lixaçov

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.486.
  2. Evrimin ateşli kızıl radikali
  3. "Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı". Jurnalistlər Araz Yaquboğlu və Ramil Cəbrayıla verilmiş müsahibə. Karabachmedia.az (2018–05-28)
  4. "Türk dünyası ağsaqqalları" qəzeti, 30 may — 05 iyun, № 11(199), 2018, səh. 4–5.
  5. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.144