İdeal
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Antisemitizm, yəhudi xalqına nifrət bəşəriyyətin ruhunda ləkə olub və qalır. Biz bu məsələ ilə tam razıyıq. Buna görə də bunu bilin: antisionizm mahiyyətcə antisemitizm deməkdir və həmişə belə olacaq. Bu niyə belədir? Bilirsiniz ki, sionizm yəhudi xalqının öz torpaqlarında yaşamağa qayıtmaq arzusu və idealından başqa bir şey deyil. Yəhudi xalqı, Müqəddəs Yazılar bizə deyir ki, müqəddəs torpaqda, öz vətənində çiçəklənən birlik içində yaşayırdılar. Onları oradan Rəbbimizi belə amansızlıqla qətlə yetirən Roma tiranı qovmuşdu. Vətənindən qovulmuş, milləti külə dönmüş yəhudi xalqı dünyanı dolaşmağa məcbur oldu. Yəhudi xalqı onlara hökmranlıq etməyə gələn hər bir tiranın əlindən dönə-dönə əzab çəkdi. Bütün bəşəriyyətin bu ayrılmaz hüququnu əziz tutan hər kəs üçün bunu başa düşmək, yəhudi xalqının qədim İsrail torpağında yaşamaq hüququnu dəstəkləmək çox asan olmalıdır. Bütün yaxşı niyyətli insanlar Allahın xalqının onlardan oğurlanmış torpağa sevinclə qayıtması vədinin yerinə yetməsinə sevinəcəklər. Bu sionizmdir, nə çox, nə də az. Martin Lüter Kinq
- Avropa xalqları ailəsini bəşəriyyətin sabit bir hissəsi əvəzinə təkmilləşən nə etdi? Onlarda, mövcud olduqda səbəb kimi deyil, nəticə olaraq mövcud olan heç bir üstün mükəmməllik yoxdur; lakin onların əlamətdar xarakter və mədəniyyət müxtəlifliyi. Fərdlər, siniflər, millətlər bir-birindən son dərəcə fərqli idilər: onlar hər biri dəyərli bir şeyə aparan çox müxtəlif yollar açdılar; və hər dövrdə müxtəlif yollarda səyahət edənlər bir-birlərinə qarşı dözümsüzlük göstərsələr də və qalanların hamısı öz yolu ilə getməyə məcbur edilsəydi, bunu əla bir şey hesab edərdilər, lakin onların bir-birinin inkişafına mane olmaq cəhdləri nadir hallarda baş verirdi. Hər hansı bir daimi uğur və hər biri digərlərinin təklif etdiyi yaxşılığı almaq üçün vaxt keçdikcə dözdü. Avropa mənim fikrimcə mütərəqqi və çoxşaxəli inkişafı üçün bu yolların çoxluğuna tamamilə borcludur. Lakin o, artıq bu faydanı xeyli az dərəcədə əldə etməyə başlayır. O, qətiyyətlə bütün insanları eyniləşdirmək kimi Çin idealına doğru irəliləyir. Con Stüart Mill
B[redaktə]
- Bir ideal uğruna ölməyə hazıram. Nelson Mandela
C[redaktə]
- Cəsarət bizim irsimizdən yoxa çıxıb. Gügman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
D[redaktə]
- Dünya çox xərclər çəkib ki, indi kimi olsun, nə olsun ki, o qədər də ideal deyil, amma onda yaşamaq olar. Buna baxmayaraq yenə də nəsə çatışmır - axı həmişə nəsə çatışmır. Paulo Koelyo
Ə[redaktə]
- Ən çətin iş gündəlik, çoxillik əməyə mərdliklə qatlaşmaqdır. Özün üçün mərdliyin idealını tap və onu dönə-dönə izlə. Vasili Suxomlinski
G[redaktə]
- Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal. Viktor Hüqo
H[redaktə]
- Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pulla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadan ayırmaz, həqiqəti təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir. Nəriman Nərimanov
İ[redaktə]
- İdeal adam olmur, ideallaşdırmağa layiq adamlar olur. Xudu Məmmədov
- İdeal, əbədi, nifrətdən uzaq sevgi yalnız narkomanla narkotik arasında olur.[1] Ziqmund Freyd
- İdeal kişi - ideal həyat yoldaşının olduğunu düşünən kişidir. Corc Bernard Şou
- İdeal - yol göstərən mayakdır. Lev Tolstoy
- İdealda ictimai vicdan deməlidir: əgər bizim xilasımız əzab verilmiş uşaqdan asılıdırsa, o zaman qoy hamımız məhv olaq və bu xilası qəbul etməyək. Fyodor Dostoyevski
- İdeallarsız, yəni azacıq da olsa yaxşı şey istəmədən heç vaxt yaxşı gerçəklik alınmaz. Fyodor Dostoyevski
- İdealsız düzgün istiqamət götürmək, istiqamət götürmədən də yaşamaq olmaz. Lev Tolstoy
- İndiki vaxtda ideal eşq əlaqəsi məktubla davam etdiriləndir. Corc Bernard Şou
- İnsanlar üçün ən ideal nizam, onların xoşbəxt olduğu nizamdır. Alber Kamyu
X[redaktə]
- Xalq geriyə gedəndə də ideal arxasınca qaçır və həmişə hansısa “irəli”yə inanır. Fridrix Nitsşe
- Xalq o zaman məhv olur ki, öz mənşəyindən törəməyən ideala doğru can atır. Fridrix Nitsşe
M[redaktə]
- Məhəbbət ideal, nigah real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür. Höte