Məzmuna keç

Düşünmək



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axşam düşündüyün işi səhər gör. Udmurt atalar sözləri
  • Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
  • Ağılı kamilləşdirmək üçün öyrənməkdən çox, düşünmək lazımdır. Rene Dekart
  • Arzunu düşünmək onu daha da çoxaltmaq deməkdir. Emil Alen
  • Bu gün gələcəyini düşünməyən sabah onun əzabını çəkər. Konfutsi
  • Danışmamışdan əvvəl düşün, hərəkət etmədən əvvəl ölç. Uilyam Şekspir
  • Din heç vaxt bəşəriyyəti islah edə bilməz, çünki din köləlikdir. Azad olmaq, qorxu qalalarını və barrikadalarını tərk etmək, dik durmaq və gələcəyə təbəssümlə baxmaq daha yaxşıdır. Bəzən özünüzü səhlənkarlığa vermək, dalğa ilə, dünyanın kor gücü ilə sürünmək, düşünmək və xəyal etmək, nəfəs alma həyatın zəncirlərini və məhdudiyyətlərini unutmaq, məqsəd və obyekti unutmaq, istirahət etmək daha yaxşıdır. Beynin şəkil qalereyasında, keçmişin qucaqlarını və öpüşlərini bir daha hiss etmək, həyatın səhərini qaytarmaq, ölülərin formalarını və üzlərini yenidən görmək, gələcək illər üçün ədalətli şəkillər çəkmək, bütün Tanrıları unutmaq, onların vədləri və təhdidləri, damarlarınızda həyatın sevincli axını hiss etmək və döyüş musiqisini, qorxmaz ürəyinizin ritmik döyüntülərini eşitmək. Sonra özünüzü hər cür faydalı işlərə oyatmaq, düşüncə və əməllə beyninizdə ideala çatmaq, xülyalarınıza qanad vermək ki, onlar kimyaçı arılar kimi adi şeylərin alaq otlarında sənət nektarını tapsınlar. Faktlara öyrəşmiş və sabit gözlər, uzaqlarla indi birləşən incə telləri tapmaq, biliyi artırmaq, zəiflərdən yük götürmək, beyni inkişaf etdirmək, haqqı müdafiə etmək, ruha saray etmək — bu əsl dindir. Bu əsl ibadətdir. Robert Qrin İngersoll
  • Dostu düşünməyən düşmənə dönər. Qırğız atalar sözləri
  • Dövlət xadiminin siyasi xadimdən fərqi bundadır ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünmək üçün fəaliyyət göstərir. Uinston Çörçill
  • Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir. Konfutsi
  • Düşünməmiş danışmaq - naxoşlamamış ölmək kimidir. Qırğız atalar sözləri
  • Düşünmədən öyrənmək vaxt itirməkdir. Konfutsi
  • Düşünmək asandır, həyata keçirmək çətindir.Dünyada ən çətin şey isə düşünüləni həyata keçirməkdir. Yohann Volfqanq Göte
  • Düşünmək çətin bir sənətdir, onun üçün əksəriyyət tək qərar verər. Karl Qustav Yunq
  • Düşünmək çətin işdir, buna görə də çox az adam düşünər. Henri Ford
  • Düşünmək görməkdir. Onore de Balzak
  • Düşünmək qabiliyyəti ilk növbədə öz ehtiras və nəfsini cilovlamaq üçün lazımdır. Platon
  • Düşünmək mənim mübarizəmdir. Virciniya Vulf
  • Düşünmək - öz-özünə mübahisə etmək deməkdir. İspan atalar sözləri
  • Düşünürəm, demək yaşayıram. Rene Dekart
  • Eşq sevməsini bilən üçün vardır və qarşılıqsızdır. "Nə qədər sevsən o qədər sevərəm" kimi düşünmək eşq deyil, tacirlikdir! Can Dündar
  • Əla bir ideya düşünmək, lakin onu gerçəkləşdirməyə cürət etməmək – maliyyə dünyası üçün bundan böyük cinayət ola bilməz! Donald Tramp
  • Əslində heç bir şey yaxşı və ya pis deyil. Hər şey bizim onlar haqqında düşündüyümüzə bağlıdır. Uilyam Şekspir
  • Ətraflıca çalış, doğru bir şəkildə araşdır, diqqətlicə düşün, düşündüklərini nəzərdən keçir, ciddi və səmimi bir şəkildə tətbiq et. Konfutsi
  • Gecədirmi insanı kədərləndirən,
    Yoxsa insandırmı kədərlənmək üçün gecəni gözləyən?
    Gecədirmi səni mənə düşündürən,
    Yoxsa mənəmmi səni düşünmək üçün gecəni gözləyən? Özdəmir Asaf
  • Geniş məlumatı olmaq, sağlam və içdən bir məqsədi olmaq, ciddi olaraq araşdırmaq, dərin- dərin düşünmək: Bax, ərdəm bunların içindədir. Konfutsi
  • Görmək və hiss etmək mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir. Uilyam Şekspir
  • Gözəlliyi anlamaq üçün bir dəfə baxmaq yetər, bir qərara gəlmək üçünsə çox düşünmək lazımdır. Emil Zolya
  • Hər şeyi düşünmək, düşündüklərini nizama salmaq deməkdir. Corc Bernard Şou
  • İnsan çox güman ki, düşünmək üçün yaradılıb, onun bütün üstünlüyü bütün xidməti bundadır; onun əsas vəzifəsi lazımı şəkildə düşünməkdir... ancaq insanlar nə haqda düşünür? Blez Paskal
  • Qadınların düşündüyünü, adətən, kişilər həyata keçirirlər. Konfutsi
  • Müasir elm adamları aydın düşünmək əvəzinə dərindən düşünürlər. Aydın düşünmək üçün sağlam düşüncəyə malik olmaq lazımdır, dərin düşünməyi isə dəli də bacarır. Nikola Tesla
  • Ölüm haqqında düşünmək ölümdən də dəhşətlidir. Boetsi
  • Öz zənginliyi ilə hər şeyi ala biləcəklərini düşünənlərin əksəriyyəti hər şeydən əvvəl artıq özlərini satıblar. Frensis Bekon
  • Tanrı Adəm ilə Həvvanı, düşünmək istəmədiklərini düşünmək məcburiyyətində buraxacaq şəkildə yaratmışdır. Karl Qustav Yunq
  • Vaxt rahatlıq bilmədən əbədi hərəkətdədir və onu başqa cür düşünmək olmaz. Lev Tolstoy
  • Yalanlamaq və rədd etmək üçün oxuma. İnanmaq və hər şeyi qəbul etmək üçün də oxuma. Danışmaq və nitq atmaq üçün də oxuma. Dartmaq, müqayisə etmək və düşünmək üçün oxu. Frensis Bekon
  • Yaşamaq-hiss etmək və düşünmək, əzab çəkmək və bundan xoşbəxt olmaqdır, hər cür başqa həyat ölümdür. Vissarion Belinski

İstinadlar

[redaktə]