Məzmuna keç

Vəfalı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bağban oldum, bağ becərdim, dərmək üçün bar gərək,
    Vəfalı dost arasında namus, qeyrət, ar gərək. Aşıq Şəmşir
  • Elə bir dövrdə yaşayırıq ki, fikirlər şikəst, şəxsiyyətlər satılmış, vəfalılar tənha, əxlaqlılar guşənişin, cavanlar ya məyus, ya satılmış, ya da azğın, keçmişdəkilər, keçmiş böyüklər ya şəhid, ya da satılmışlar. Elə bir əsrdir ki, artıq kütlələr arasında heç bir avaz, heç bir səs yüksəlmir, qələmlər qırılıb, dillər kəsilib, dodaqlar tikilib və bütün həqiqət qalaları sadiq ardıcıllarının başına uçurulub. Əli Şəriəti
  • Ən vəfalı dostumuz kölgəmizdir, amma unutma ki, o da yoldaşlıq etmək üçün günəşli havanı gözləyir. Georq Vilhelm Fridrix Hegel
  • İnsanın paklığına və nəcibliyinə inanan və bütün yaradıcılığı boyu onu tərənnüm edən Səməd Vurğun Aygünün simasında Azərbaycan qadınlarının məsum, fədakar, genişürəkli, sevməyi bacardığı kimi, bağışlamağı da bacaran, eşqinə və əhdinə axıra qədər vəfalı olan ölməz surətini yaratmışdır. Bu qadın paklıq və ismət mücəssəməsidir. İsmayıl Şıxlı
  • Səfəviyyə dövründə yazılan tarixdən belə görünür ki, Səfəviyyə şahlarının anaları Qacar elindən olublar. Bu el Araz çayının sahillərində yaşayıb. Səfəvilər İran sərhədlərini özbəklərdən qorumaq üçün bunları Astrabada köçürüblər. Bu köçürülmə və seçim onu göstərir ki, el döyüşkən olub. Qacar eli Səfəviyyə şahlarına həmişə vəfalı qalıb. Qacar eli tərəfindən heç vaxt Səfəvi şahlarına qarşı etiraz, üsyan, yağılıq olmayıb. Səfəvi dövrünün bütün əhmiyyətli savaşlarında, qərbdə, şərqdə baş verən osmanlı və özbəklərə qarşı müharibələrdə Qacar elinin başçıları və döyüşçüləri iştirak ediblər. O elin səfəvilərə bağlılığının iki səbəbi vardı. Birincisi yazdığımız kimi qohumluq əlaqələri, ikincisi elin arasında olan ikitirəlik idi. Hər tirə özünü dövlətə yaxın göstərmək istədiyindən savaşlarda can-başla iştirak edirdi. Qacar eli İranın şərq hissəsində yerləşəndən sonra, heyvandarlıqla məşğul olduğundan Gürgan və Ətrək çaylarının sahillərini seçdi. Bu yer onların sabiq yurdlarına çox bənzəyirdi. Orda otlaqlar bol idi. Bu çayların kənarında hansı tarixdən yaşadıqları dəqiq deyil, amma belə məlum olur ki, Qacar elinin qrupları arasında ixtilaflar baş verib. Bu ixtilafların ilkin səbəbi yerləşmə üstündə əmələ gəlmişdi. Onlar Gürgan çayının aşağı və yuxarı başına əyləşmişdilər. Yuxarı başda əyləşənlərə yuxarıbaşlılar, aşağı başda əyləşənlərə aşağıbaşlılar deyiblər. Türklər arasında yuxarıbaşlılar dəvəli, aşağıbaşlılar qoyunlu adlanıblar.[1].
    • Tarixçi Ələskər Şəmim

İstinadlar

[redaktə]
  1. Ə. Şəmim, Iran dər dövreyi-səltənəti-Qacar, "Elm" nəşriyyatı, II çapı, 1370 hicri, səh.20–21.(farsca)