Plan

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bu gün həyata keçirilən yaxşı bir plan, sabah həyata keçiriləcək mükəmməl bir plandan daha yaxşıdır. Corc Patton

Ç[redaktə]

  • Çox böyük bir çətinliyin ruhda əmələ gətirdiyi gərginlikdir ki insanda plan qurma qabiliyyətinə ən maksimum səviyyədə hərəkətə keçirib o anda çətinlikdən çıxmağa və rahatliq əldə etməyə səbəbiyyət verir. Alfred Adler

D[redaktə]

G[redaktə]

  • Gözləmək. Sevginin mənə öyrətdiyi ilk dərs. Günlər çox ləng keçir, biz minlərlə plan qururuq, xəyali söhbətlər edirik, özümüzə söz veririk ki, bu cür və bu cür vəziyyətlərdə özümüzü tamam fərqli aparaq - heç cür rahatlıq bilmirik, sevgilimizin gələcəyi anı səbirsizliklə gözləyirik. Paulo Koelyo

H[redaktə]

  • Heç kim plan qurarkən və onu icra edərkən ehtiyatlı olmur. Mülahizələrdə biz möhkəmik, hərəkətlərdə isə qorxuya güzəştə gedirik. Fukidid

İ[redaktə]

  • İnsan bütün həyatı boyu nə qədər əmək, nə qədər bilik sərf edir. Nə üçün? Təbiətin heç bir plan və çertyoj olmadan yarada bildiyinin zəif bir oxşarını yaratmaq üçün!.. Jül Vern
  • İnsanın nəyəsə nail olmasının üç yolu var: planlaşdırma, işləmək, dua etmək.Corc Patton

Q[redaktə]

  • Qələbə, möhtəşəm plan quranın yox, az səhv edənin olur. Şarl de Qoll

N[redaktə]

  • Nazir düşmənlərlə bağlı strateji plan təklif etməyi, öz işlərində sürətli addımlar atmağı, dostlarının uğurlarına sevinməyi və dövlət işlərində cəsarətlə davranmağı bacarmalıdır. Çanakya

P[redaktə]

  • Plan təsadüfi nəticələrə nail olmağın ən yaxşı üsuludur. Ambroz Birs
  • Pul və plan kimi iki şeyi heç vaxt almayın. Alfred Nobel

S[redaktə]

  • Səhər plan qurur, gündüzlər isə axmaqlıq edirəm. Volter

Y[redaktə]

İstinadlar[redaktə]